Weather forecast for Zardab

Satışa bel çantasına yerləşən velosiped çıxarılıb

    O dünyadan növbəti xəbərimiz velosiped haqqındadır. Biz velosipedi yenidən icad edib-etməmək haqqında düşünərkən, onlar bunu artıq ediblər. Yeni velosiped haqqında xəbəri auto.24tv.ua saytı avqustun əvvəllərində  oz oxucularına təqdim edib. 
   mini elektrovelosiped
 
 
Elektrovelosiped ideyası əslində yeni deyil. Hazırda belə velosipedlərin müxtəlif variantları mövcuddur.
Məsələn, yaşlı insanların istifadəsinə verilən elektrovelosiped onlara hətta aşağı sürətdə də tarazlığı qorumağa imkan verir.
Ukrayinada hazırlanan elektroveleosiped isə istehsalşəların dediyinə görə bir dəfə yükləmə ilə 360 km məsafə qət edir.
"Xiaomi şirkətinin 14,5 kiloqram çəkiyə malik velosipedini qatlayaraq avtomobilin baqajına yerləşdirmək olurdu. “Ağıllı” velosipedin bort kompüteri onun sürətini, getdiyi məsafəni və digər parametrlərini qeydə alır. Onu Bluetooth vasitəsilə smartfona sinxronlaşdırmaq da olar.
Şatışa çıxarılan elektrovelosipedi isə bel çantasına yerləşdirmək mümükündür. 
Düzdür, ötən ilin noyabırında internetdə bu velosiped haqqında xəbərlərə rast gəlmək olardı. Amma, o vaxt bu hələ ideya səviyyəsində idi. İndi isə bu ideya reallaşıb. Smarcircle startapı yığcam, amma texnoloji cəhətdən mürəkkəb elektriklə işləyən S1 velosipedinin satışına sifarişləri qəbul etməyə başlayıb.
    Cəmisi 7 kq olan bu nəqliyyat vasitəsi 100 kq-a qədər adamı rahatlıqla daşıyırr. 
Onu asanlıqla yığmaq və bel çantasına yerləşdirmək mümükündür. Yığılmış halda ölçüləri 29х49х19 sм-dir. 
   Elektrik rejimdə  20 km/saata kimi sürət yığır, amma pedalı fırlatmaqla daha sürətlə hərəkət etmək olar. kanları vardır. Smartfondan rahat istifadə imkanı da nəzərə alınıb.
Bu yığcam qurğunun qiyməti hazırda 1000 dollaradır.

Satışa bel çantasına yerləşən velosiped çıxarılıb Satışa bel çantasına yerləşən velosiped çıxarılıb Reviewed by Camil Asad on 13.8.18 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.