Din şəhərinin Mollinisi…
Hüqonun məşhur “Səfillər ”-i barədə çoxlarınız yəqin eşitmişsiniz. 1862-ci ildə işıq
üzü görən bu əsər dərin məzmunu ilə tək fransızları deyil, bütün Avropa
oxucularını silkələdi.
Tarixdən o da
məlumdur ki, onun Avropanı silkələməsindən 35 il öncə Fransanın gənc yazıçılarından
biri Din şəhərində yepiskop olmuş və 1818-ci ildə vəfat etmiş monsenyor
Moillininin izi ilə bu şəhərə gəlmişdir.
35 illik zaman fərqi
olan bu iki hadisəni bir-biri ilə nə bağlayırdı? Yəqin təxmin etdiniz: həmin
gənc artıq yaşa dolmuş Viktor Hüqo idi.
Yepiskop Moillinin
təəccüblü təvazökarlığı, təmənnasızlığı, qayğıkeşliyi, çoxlu sayda digər
xeyirxah əməlləri, görünür, yüksək dini təbəqənin nümayəndələri arasında nadir
rast gəlinən idi. Məhz bu da ona qarşı hamıda rəğbət oyatmışdır.
Mərd yepiskopun
şəxsiyyəti Hüqonun təxəyyüllünə dinclik vermir. O, Din yepiskopunun
əlyazmalarının əslini əldə edir. Bu əlyazmalarda onun dini baxışları, müqəddəs
kitabın şərhinə həsr olunmuş fikirləri bütün duaları ilə öz əksini tapmışdır.
Hüqoda “Yepiskopun
əlyazmaları” adlı roman yazmaq fikri oyanır. O, 1832-ci ildə hətta bu adda
kitabın çapı üçün müqavilə də bağlayır.
Amma kitab nəinki
yazılır, hatta Hüqo onu heç yazmağa başlamır da. Bunu
əminliklə demək olar, çünki böyük romançının öz
əsərlərinin bütün qaralamalarını, ilkin qeydlərini, planlarını səliqə ilə
saxlamaq adəti vardır. “Yepiskopun əlyazmaları ” ideyasından isə heç bir iz
qalmayıb.
...və "Səfillər"-in Mirieli
Hər halda, bu ideya tamamilə unudulmur, Hüqo yenidən çoxdan bəyənib seçdiyi Din şəhərindən
olan yepiskopun şəxsiyyətinə qayıdır. Onun cizgiləri “Səfillər”-in yepiskopu
Mirielin obrazında aydın seçilir.
“Səfillər”-in
materialları içərisində qorunub saxlanılan Hüqo tərəfindən çəkilmiş Din
şəhərinin küçələri, meydanları, park və abidələri əks olunan plan da buna
şahidlik edir.
Lakin Hüqonun təxəyyülü
ideyaya köklü dəyişikliklər edib. Belə ki, “Səfillər”-də artıq Hüqonu
ilahiyyatçı-yepiskop və onun yazıları maraqlandırmırdı. Onu maraqlandıran İNSAN
idi.
Yazçının təxəyyülündə
Moillinin həyatından real hadisə canlanır. Bu yepiskopla katorqadan qayıdan
keçmiş məhbusun görüşü idi. Səfil məhbusun aqibəti yepiskopu mütəəssir edir. Moillinin
onun taleyinə müdaxilə edir və xeyirxah addım atır.
Katorqadan qayıdan
məhbusun adı Pyer Moren idi. Romanda Hüqo onu Jan Valjan adlandırır. Moren
çarəsizlikdən oğurluq edir.
Morenin bacısı və
bacısının yeddi övladı aclıq içindədir. Məhz bu, Moreni çörək dükanının pəncərəsini
sındırmağa və oğurluq etməyə vadar edir. Bədəli isə ağır olur – onu beş il
müddətinə katorqa cəzasına məhkum edirlər.
atta Hüqo onu heç yazmağa başlamır da. Bunu
əminliklə demək olar, çünki böyük romançının öz
əsərlərinin bütün qaralamalarını, ilkin qeydlərini, planlarını səliqə ilə
saxlamaq adəti vardır. “Yepiskopun əlyazmaları ” ideyasından isə heç bir iz
qalmayıb.Moren reallığı və Hüqonun didərgin həyatı
“Səfillər”
işıq üzü görəndə nə Dindən olan yepiskop, nə də Moren sağ deyildi. Hüqo isə
Gernsi adasında didərgin həyatı sürürdü. Fransa hökuməti onun imperator III
Napoleona qarşı çıxışlarını bağışlamadı.
Bütün Fransa şövq və həyəcanla
“Səfillər ”-i oxuyurdu. Mühafizəkar tənqid isə pulgir cəmiyyətin açıq
yaralarını göstərən romanı söyürdü. Jan Valjanın kədərli tarixçəsi isə ən çox
hücuma məruz qalırdı.
“Necə?! Fransada
hakimlər acından çörək oğurlamış adamı katorqaya məhkum edilər? Bu ola bilməz!
Bu həqiqətə uyğun deyil! Bu Fransa qanunlarına, Fransa məhkəməsinə, Fransa ictimai
qorlusuna bir böhtandır –bu hücumçuların əsas arqumentləri idi.
Əslində isə Pyer
Morenə çıxarılmış hökm nə yeganə idi, nə də təsadüfü. Hüqonun arxivində Fransa
məhkəmə reqlamentindən çıxarış saxlanılır. Həmin reqlamentdə katorqa ilə
cəzalandırılan cinayətlər sırasında “sındıraraq oğurluq etmək” - də vardır.
Cəzanın şəraiti və günahkarın şəxsiyyəti hakimin vəzifəsinə aid deyildi.
Sındıraraq, qıraraq oğurluq faktı birbaşa katorqa ilə cəzalandırılırdı.
Real hadisələr üzərində qurulmuş əxlaq dərsi
Hüqonun yazdıqlarının
reallığa əsaslandığını sübut edən başqa faktlar da var. Belə ki, jurnalist
Ponmarten cavanlığında Miollinin və Pyer Morenin görüşünün canlı şahidi Din
yepiskopunun katibini axtarıb tapır.
Ehtimal ki, bu, yepiskopla katorqa məhbusunun
sensasiyalı görüşünün canlı şahidi ilə maraqlı müsahibə təqdim etmək kimi
peşəkar həvəsdən doğmuşdu.
Amma, həm də, ola bilərdi ki, buna onu
Fransanın ən böyük övladlarından birinə qərəzli münasibət məcbur etmişdi.
Bəlkə də o, bununla:
“ Siz hesab edirsiniz ki, insanlığa sığmayan belə cəza ola bilməz? Onda buyurun,
bu da sizə canlı şahid, həm fəxri din xadimi ”- demək istəyirdi.
Beləliklə, Panmarten
yepiskopun keçmiş katibi, keşiş Anjeleni tapır. Bu ağ saçlı, nəzakətli qoca öz
yaşına baxmayaraq sağlam düşüncəsini və gözəl hafizəsini qoruya bilmişdi. Geniş
və hərtərəfli söhbət alınır və jurnalist maraqlı yazı hazırlaya bilir.
Təbi ki, romanda
fərqli nüanslar da var. Yazıçı təxəyyülünü unutmayaq. Amma canlı şahidin
danışdıqları romanda qeyd edilən hadisənin əsas süjeti ilə demək olar ki,
üst-üstə düşür.
Hüqonun böyüklüyü
bundadır: real həyatdan götürdüyü real hadisə və bu hadisə üzərində qurulmuş
əxlaq dərsi, həm də, təlqin etmədən, məcburi qəbul etdirilməyən bir dərs.
Böyük romançının
qələmi insan qəlbinin dərinlikləri yol tapır, həmin qəlbin alçalmasını,
alçalaraq yüksəlməsini, ilahi bir qüvvəyə can atmasını göstərir.
Hüqo, məhz buna görə
Hüqodur; o, olanları uydurmur, real hadisələr üzərində yeni möhtəşəm bir
mənzərə yaradır, oxucuya insan qəlbinin, düşüncələrinin yaxşı və pis
tərəflərini öz baxış bucağından təqdim edir
“Səfillər” də məhz
Hüqonun möhtəşəm qələminə görə iki yüz ilə yaxındır ki, hamı tərəfindən
sevə-sevə oxunur.
Cəmil
Əsadov,
Yazı
hazırlanarkən E.Dobinin „Doqquz süjetin tarixçəsi“ kitabından istifadə edilib
Yazıçı təxəyyülünün "Səfillər"-də canlandırdığı qəhrəmanlar
Reviewed by Camil Asad
on
12.8.18
Rating:
Hiç yorum yok: