Bəli, bəli, o dünyadan
xəbərlərimiz var. Amma bu sizin düşündüyünüz “o dünya” deyil. Xəbər
gətirdiyimiz dünya yeni texnologiyalar dünyasıdır. İstərdim ki, mənim təqdim
etdiyim o dünyadan xəbərlərdə bizdən də nəsə olsun. Ən azından adımız
“balonlarda seyrə çıxan əcnəbilərin” sırasına düşsün.
Amma, hələki o dünyadan xəbərləri oxumaqla
kifayətlənək.
İlk xəbərimiz gələcəyin əskəri
haqqındadır.
17 dəfə artıq yük qaldıran, sürətlə, yorulmadan hərəkət edən əsgər
Təhlükəsizlik və aerokosmik sənaye sahəsində ixtisaslaşan Lockheed Martin şirkəti San-Xose şəhərində keçiriləcək İnnovation Day sərgisində özünün yeni ONYX ekzoskletini təqdim edib.
Ekzoskletlərin
əsas tətbiq sahəsi hərbi sənayedir. ABŞ ordusunda «Future Soldier» (“Gələcəyin ordusu”) layihəsi çərçivəsində tətbiq edilən
yeni texnologiyalardan biridir.
İctimayyət üçün açıq məlumatlara əsasən ekzoskletlər Yaponiya, Russiya, Amerika və İzrail ordudsunda
istifadə edilir. Turküyə 2017-ci ildə
öz ekzosklet sistemini yaradıb.
Ekzosklet nədir?
Ekzosklet yerimə,
qaçış, dırmanma və sıçrama kimi hərəkətlərə dəstək olmaqla heyətin daha yaxşı
performans göstərməsini təmin edir. Ötürücü hissələrdən və karkaslardan
ibarətdir. Onu geyinmiş insanın əzələ qüvvəsi və hərəkət çevilkiyi artır. Ekzoskletlər
gələcəyin prespektiv layihələri sırasındadır.
Hərbidə,
tibbdə, sanəyedə, kosmosda tətbiq edilə bilər. İflic insanlara hərəkət etməyə
imkan yaradan ekzoskletlər mövcüddur.
Çəkisi əsasən
5 kq-dan 30 kq arasındadır. 30 kq-dan ağır olanlara da rast gəlinir.
Qiyməti 1000
ABŞ dollarından başlayır. 50000 dollardan baha olan ekzoskletlər mövcüddür.
2010-cu ildə
amerkalılar bir əskərin qaldıra biləcəyi yükdən 17 dəfə artıq yük qaldıra biləcək
ekzosklet hazırladıqlarını bildirmişlər.
Lockheed Martin şirkətinin
2017-ci ildə keçirdiyi testlər zamanı FORTIS K-SRD ekzoskletini
geyinmiş üzərində təcrübə aparılan şəxs 20 kq-lıq əlavə kürək çantası ilə 15
dərəcəyə qədər bucağı dəyişən test zolağında qaçaraq ekzoskletin imkanlarını nümayiş etdirmişdi.
Lockheed Martinin ONYX qurğusu qurşaqdan aşağı istifadə eilən yeni nəsil
ekzosklet hesab edilir. Qurğuda yerləşdirilən kiçik kompüter ötürücülərdən
sürət, istiqmət və hərəkət bucağı haqqımda məlumatları alaraq elektro-mexanik
dizlikləri idarə edir.
İnsan bədəninə uyğunlaşan ONYX
istifadəçinin çevikliyini artırır, az yorulmasını təmin edir.
O dünyadan xəbərlər
Reviewed by Camil Asad
on
11.8.18
Rating:
Hiç yorum yok: