Hüqonun "Səfillər"-i haqqında maraqlı məlimatlar
Viktor Hüqonun 1862-ci ildə nəşr olunmuş və XIX əsrin ən mükəmməl nəsri hesab edilən “Səfillər” romanı haqda 7 maraqlı faktı zərdab.blogspot.com tədim edir. Yazı internetin rus dilli sektorundan seçilmiş müxtəlif məlumatlar əsasında Cəmil Əsədov tərəfindən hazırlanıb.
1.“Səfillər” romanına Viktor Hüqo həyatının 20 ildən çoxunu sərf edib. Yazıçı bəzən depressiyaya düşür, romanı davam etdirməyə həvəsi olmurdu. Bu durumdan çıxış yollarını axtaran yazıçının gizli silahların biri onu əhatə edən mühitdən tamamilə uzaqlaşması idi. Bu zaman Hüqo tərki-dünya həyat tərzi keçirirdi. Belə yaşam ona öz təxəyyül və fantaziyasının dərinliklərinə enməyə kömək edirdi. O, evə qapanır, heç kimi qəbul etmir, paltardan imtina edir, qələm və kağızla silahlanaraq qəhrəmanları ilə baş-başa qalırdı. Xidmətçilərə göstəriş vermişdi ki, azacıq da olsa nəsə yazmasa paltarlarını ona qaytarmasınlar.
2.Böyük ehtimalla, Hüqo poçt tarixində ən qısa yazışmanın müəllifidir. 1862-ci ildə “Səfillər”-in nəşrindən sonra o, həyəcan və səbirsizliklə oxucuların əsərə münasibətini bilmək istəyirdi. Odur ki, naşirə cəmisi bir “?” işarəsindən ibarət teleqram vurur. Naşirin də cavabı layiqli olur, Hüqo cəmisi bir “!” işarəsindən ibarət cavab alır.
3.Həyatinin 16 ilini Viktor Hüqo Parisin Rohan-Guemene otelinin ( de Rohan-Guemenee) sonuncu mərtəbəsində yaşayıb. 280 kv. metrlik apartamentdə “Səfillər” üzərində işləyən Hüqo burada Lamartin, Alfred de Vini, Aleksandr Düma, Balzakla tanış olur. Hazırda burada Hüqonun ev-muzeyi yerləşir. Yeri gəlmişkən Aleksandr Düma öz “Üç müşketyor”-unda miledi Vinteri nəhz bu oteldə yerləşdirir
4.Amerikada Vətəndaş müharibəsi zamanı “Səfillər” əsgərlər arasında populyarlaşır. 1862-ci ildə nəşr edilən əsər artıq həmin ilin sonunda ABŞ-da ingilis dilinə tərcümə edilərək geniş yayılır – xüsusilə də hərbiçilər arasında.
5.Roman bir neçə dəfə ekranlaşdırlıb. Onun əsasında 1985-ci ildə çəkilən müzikl bir neçə “Toni” (Amerikada hər il teatr sahəsində qazanılan uğura görə verilir) mükafatına layıq görülüb.
6.21-dən çox dilə tərcümə olunan əsər əh çox Fransada və Britaniyada ekranlaşdırılıb. 2012-ci ildə kinoteatrlarda nümayişinə başlanan bu filmlərdən biri tamaşaçılar tərəfindən daha maraqla qarşılnıb. “Səfillərin” ekran variatında baş rolları Hyu Cekman (Hugh Michael Jackman) və Enn Heteuey (Anne Hathaway) oynayıblar.
7.Hüqonun əsərlərinə uşaqlar üçün əlavələr Rusiyada 1860-cı illərin sonundan çap edilməyə başlanıb. Bunlar “Səfillər”-in Kozettasına və böyük hadisələrin kiçik qəhrəmanı Qavroşa həsr olunub. Sonradan Hüqonun qəhrəmanları haqqında əlavələr ilbəil artmağa başlayıb. Bu ənənə SSRİ-nin dövründə də davam etdirilib. 1960-1980-cı illərdə onlar hətta “Səfillər”-in özündən daha tez-tez çap edilirdi və bütün SSRİ ərazisində, o cümlədən Azərbaycana da geniş yayılmışdı.
8.Hər il Moskvada “Qavroş” Beynəlxalq uşaq tamaşaları festivalı keçirilir. Bu festivalın fərqləndirən cəhət odur ki, hər il bir ölkənin teatrlarına həsr olunur və yalnız həmin ölkənin mədəniyyəti, onun adət və ənənələri təqdim edilir.
9.Paris metrosunun stansiyalarından birinə Viktor Hüqonun adı verilib. Bu stansiya onun adını daşıyan meydanda yerləşir. Həmçinin Merkuridə Hüqo adına krater vardır.
Hüqonun tərki-dünya olaraq yazdığı şedevr haqqında 9 maraqlı fakt
Reviewed by Camil Asad
on
10.10.18
Rating:
Hiç yorum yok: