Həmyerlimiz, Zərdabın Əlvənd kəndindən olan M.Məmmədıinin 60 yaşı tamam olur
Zərdabın Əlvənd kəndində dünyaya göz açmış ziyalımız, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının professoru, filologiya üzrə elmlər doktoru, görkəmli dilçi alim Məhərrəm Əvəz oğlu Məmmədlinin ömrünün 60-cı ili geridə qalır.
60 illik zirvədən nələr görünür? Bunu Məhərrəm müəllim daha yaxşı bilir. Bizi isə bildiklərimizdən, gördüklərimizdən 10 faktı sizinlə bölüşürük.
- M.Məmmədli 1958-ci il oktyabrın 10-da Zərdab rayonunun Əlvənd kəndində anadan olub. Orta məktəbi Göyçay şəhərində bitirib. 1980-cü ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmiş və 1986-cı ilədək İsmayıllı rayonunda müəllimi vəzifəsində işləmişdir.
- 1986-cı ildən Dilçılik İnstitutunda elmi fəaliyyətlə məşğul olmağa başlayan Məhərrəm müəllim, 1989-cu ildə “Azərbaycan dilinin Təbriz dialekti” mövzusunda namizədlik, 2006-ci ildə “Azərbaycan dili şivələrində ismin qrammatik kateqoriyaları” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.
- 1998-ci ildən isə BDU-da çalışır. Hazırda türkologiya kafedrasının professorudur. Həmçinin Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya elmləri üzrə Ekspert Şurasının üzvü olub. 2015-ci ildən Dilçilik İnstitutunda Dissertasiya Şurasının üzvü, 2008-ci ildən BDU-nun Filologiya fakültəsinin Tədris Metodiki Şurasının sədridir.
- Onun 5 kitabı, 100-ə yaxın elmi və publisistik məqalələri onu respublikamızın hüdudlarından kənarda da tanıtmış, ona nüfuz qazandırmışdır. Əsərləri Ankara, Simferopol, Tehran, Qars, Ufa şəhərlərində çap olunub.
- İxtisaslı elmi kadrların hazırlanmasında yaxından iştirak edən Məhərrəm müəllimin rəhbərliyi altında iki fəlsəfə doktoru dissertasiyası müdafiə olunmuş, 7 dissertasiya işinin müdafiəsində o, rəsmi opponent kimi çıxış etmişdir.
- “Zərdab sizin üçün nə deməkdir?” – sualının cavabında “ Zərdab ana yurdumdur” - deyir. Eyni zamanda mərhum alimimiz Fuad Qasımzadənin sözlərini əlavə etməyi də unutmur: “Həsən bəy Zərdabinin doğulduğu yer ziyalıların qibləgahıdır”.
- Məhərrəm valideyn və müəllimləri ilə yanaşı həm də özünü ömür yollarımda həmişə ona dayaq olmuş el-obaya borclu sayır. Fürsət tapdıqda toyda-yasda iştirak edir, sevinc və kədərlərinə şərik olur.
- Yaxınlarının dediyinə görə Məhərrəm müəllim həm də utancaqdır. Deyə bilərsiniz ki, bu yaşda nə utancalıq? Bu utancaqlıq abırdan, həyadan irəli gəlir. Bəlkə də bu ifədələrin artıq köhnəlik sayılmağa başladığı bir zamanda, az tapılan bu xarakteri utancaqlıq kimi ifadə edir yaxınları.
- Məhərrəm müəllimə görə səsli- küylü şəhər həyatından uzaqlaşmaq, sakit kənd həyatı keçirmək, çayların şırıltısını dinləmək, dağların və meşələrin gözəlliyindən zövq almaq, kənd ağsaqqalları və ağbirçəkləri ilə şirin- məzəli söhbətlər ən yaxşı istirahətdir.
- Sonucu isə əslində fakt deyil, arzulardır, təbriklərdir. Biz Məhərrəm müəllimə müxtəlif vaxtlarda yönəlmiş müxtəlif arzu, istək və təbriklərdən bəzilərini toplayıb, Məhərrəm müəllimə yenidən yönəldirik.
Bizə dərs deyən dəyərli müəllimimiz, Yaxşı ki sizin kimi şəxsiyyəti tanıdıq.Haqqınızı halal edin, Sizin kimi müəllimlərin qədrini bilmək lazım. —Aynure İlqarqizi, Nigar Aliyeva, Məhərrəm Məmmədli, Rahima Kudratli, Mehriban Hesimli vəTogrul Babayev Sulutlu ilə birlikdə.
Əziz qardaşım Məhərrəm Məmmədli! Hər bir insan bu dünyaya arzuların qanadında gəlir, arzuların işığında öz ömürnaməsini yazır, uzaqdan boylanan zirvələrə doğruaddımlayır... Siz dərin elmi, zəngin biliyi, bütöv şəxsiyyəti ilə sayılıb-seçilən alimlərimizdən biri kimi Azərbaycan dilinin keşiyində qətiyyətlə dayanır, bütövlükdə türkologiyanın inkişafına sanballı töhfələr verirsiniz. Bu gün öz sözü, öz imzası olan elmlər doktoru, professor kimi Bakı Dövlət Universitetində səmərəli pedaqoji fəaliyyətinizlə gənclərə nümunə göstərirsiniz! Sizinlə birgə uğurlu gələcəyə doğru yürüməkdən qürur duyuruq! Səmimi dost, sədaqətli insan, parlaq şəxsiyyət kimi həmişə var olun! Ad gününüz mübarək!!! Daha uca zirvələrdə görüşək!!! Knyaz Aslan
Məhəmməd müəllim,siz dəyərli alim, ləyaqətli insan, qeyrətli vətəndaşsınız.Əsil insana gərək olan keyfiyətləri özündə cəm etmisən . Ad günün mübarək olsun. Nizami Mamedov
Təbrikər, təbriklər və bir də təbrikər! 90 yaşını Kürün qırağında keçirməyini arzulayıram! Sarvan Kerimov
Zərdablı dilçi alimin həyatından 10 fakt
Reviewed by Camil Asad
on
9.10.18
Rating:
Hiç yorum yok: