İslamda qadın hüquqları
586 –cı ildə Fransada dini şura qadınlar haqqında belə bir qərar çıxarmışdır:
“Qadınlar kişilərə xidmət etmək üçün yaradılmış bir növ insanlardır”.İslamda isə qadın və kişi bir- birini tamamlayır, təkmilləşdirir:
“Allah onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz” (Ali-İmran surəsiç 195-ci ayə).“Ər və arvadın bir-birlərinin boynunda qarşılıqlı haqları var” (Bəqərə surəsi, 228-ci ayə)Son əsrə qədər Avropa ölkələrində qadınlar hətta mülkiyyətdən istifadə etmək hüququndan məhrum idilər. İngiltərərdə 1850-ci ildə qəbul edilmiş qanuna görə, qadınlar ölkə vətəndaşları sayılmırdılar və heç bir mülkiyyət hüququna malik deyildilər. Hətta əyinlərindəki paltarları da onların mülkiyyəti hesab edilmirdi.
Bütün sünni və şiə mənbələrinin təsdiq etdiyi belə bir tarixi hadisə var. Bir gün ikinci xalifə Ömər minbərə çıxıb belə dedi: “ Hər kəs 500 dirhəmdən artıq mehriyyə (başlıq) versə, onun artıq hissəsini müsadirə edib beytul-mala qatacağam!”
Orada iştirak edən qadınlardan biri Ömərə etiraz edib dedi: “Sizin bu əmriniz Allah hökümlərinin ziddinədir! Çünki, Allah-taala belə buyurur:
-“Onlardan (qadınlardan) birinə çoxlu mal vermiş olsanız da, heç bir şeyi geri almayın.” (Nisa surəsi, 20-ci ayə).
Ömər səhvini başa düşüb belə dedi:
“Kişi səhv etdi, qadın isə həqiqəti dedi.”Bu tarixi hadisə bir daha İslamda qadının hansı yüksək mövqeyə malik olmasını sübut edir. Bir qadın xəlifə qarşısında etiraz edir və o da , cəmiyyətin hüzurunda öz səhvini etiraf edərək, Allah qanunlarına zidd olan göstərişini ləğv etməyə məcbur olur.
Səkkizinci Henri qadınlara dini kitab oxumağı qadağan edən bir fərman vermişdi.
Bir cavan evlənmək istədiyinin Peygəmbərə (s.ə.v.v.) bildiriəndə , Həzrət (s.ə.v.v) belə buyurur : “ Bu qadına Quran oxumağı öyrətsən , səni onunla evləndirərərəm.”
1882-ci ildə Britaniyada təsdiq edilmiş yeni bir qanuna görə qadınlar həmin dövr üçün “misilsiz” hüquq əldə edirdilər: qazandıqları pulu istədikləri kimi xərcləyə bilər və öz ərlərinə təhvil verməmək ixtiyarı qazanırdılar.
İslam dini isə bundan 14 əsr öncə qadının xüsusi mülkiyyətə sahib olması və onun iqtisadi cəhətdən müstəqilliyini elan etmişdi: qadın ticarətdən, hədiyyədən və sair yolla əldə etdiyi maliyyə vəsaitlərini ərindən aslı olmayaraq, istədiyi kimi xərcləməkdə azad və müstəqildir. “Kişilərin öz qazanclarından öz payı, qadınların da qazandıqlarından öz payı vardır.” (Nisa surəsi, 32-ci ayə).
Kilsə uzun müddət böşanmaya ümumiyyətlə icazə verməmişdir. Xristianlıq boşanmanı qəti surətdə qadağan etdiyindən, sonda dövlətlər rəsmən ona icazə verməyə məcbur oldular. Məsələn, Fransada boşanma 1789-cu il inqilabına qədər qadağan idi. Yalnız 1804-cü ildə xalqın təzyiqi nəticəsində boşanmağa icazə verildi. Amma 1816-cı ildə yenidən qadağan edildi. Yenə xalqın tələbi ilə 1884-cü ildə müəyyən məhdudiyyətlətlə boşanmağa icazə verildi.
İslamda isə boşanma təqdir olunmasa da onun hüquqi əsasları işlənmişdir. Burada boşanmanın İslam nöqteyi-nəzərindən hüquqi əsaslarını şərh etmədən Volterin etiraflarını xatırladırıq:
“ Məhəmməd (c.ə.v.v) ağıllı bir qanunverici idi. O, istəyirdi ki, bəşəriyyəti bədbəxtlikdən, cahillikdən və fəsadlardan xilas etsin. Onun evlənmək və boşanma haqqındakı qanunları xristian qanunlarından nəyahətsiz dərəcədə üstündür... Quranın boşanma haqqındakı qanunlarından daha kamil qanun ola bilməz”Seyyid Müctəba Musaəvi Lainin “İslam və Qərb mədəniyyəti” kitabından.
“Kişi səhv etdi, qadın isə həqiqəti dedi.”
Reviewed by Zardob
on
20.1.19
Rating:
Hiç yorum yok: