Ölümündən sonra güllələnən rəhbər
Moskva,1924-cü il yanvarın 21-i, Sovetlərin XI qurultayı. Partiya rəhbərlərindən biri Buxarin iştirakçılara qara xəbəri çatdırdı - Rus İnqilabının rəhbəri Vladimir İliç Lenin ölmüşdür.
Lenin kimdir? Araşdırsanız onun müxtəlif “titullarını” taparsınız, istər neqativ, istərsə də pozitiv:
“Almaniyanın casusu”, “dünya proletariatının və inqilabının rəhbəri”, “inqilabdan yan ötən fırıldaqçı”, “qaniçən diktator” , “ideal insan”, “homoseksual” ...
Bizim nəslin yaddaşında isə onun obrazı belə canlanır - uşaqkən fincanı sındırıb sonra da boynuna alan vunderkind və Qubadan xurcunla gələn almanı uşaq evinə göndərən baba.
Bəs həqiqətən o kim olub? Gəlin onun özünü “dinləyək”.
Vladimir Lenin Rusiya Müvəqqəti Hökumətin çar ailəsini sağ saxlaması barədə 1921-ci ildə bunları söyləyir:
"Bu qorxaqlar, çox danışanlar, özlərinə vurğun narsistlər, Hamlet kimi karton qılınclarını yelləyənlər hətta monarxiyanı belə məhv edə bilmədilər. Biz isə monarx tullantılarını bir dəfəlik və heç kimin bacarmayaçağı şəkildə zibilliyə tulladıq".
Bu o zaman idi ki, artıq çar ailəsi yox idi: 1918-ci ildə Lenin Ural İnqilab Komitəsinə gizlicə əmr vermişdi: "İmperator ailəsi güllələnməlidir". Əmr iyunun16-dan 17-nə keçən gecə yerinə yetirildi.
Vladimir Leninin 1918-ci ildə Bakıya, Stepan Şaumyana yolladığı teleqramlarda bu sözlər daha çox işlənirdi: "Hər kəsi doğrayın!" yaxud "Hər kəsi doğramaq zorundayıq..."
1919-cu ildə əsir Ümumrusiya Fövqəladə Komissiyasının rəhbəri Feliks Dzerjinski əsir götürülmüş kazakların taleyini dəqiqləşdirmək məqsədi ilə Xalq Komissarları Sovetinin sədri Vladimir Leninə məktub yazır. Leninin cavabı çox qısa idi: "Son nəfərə qədər güllələyin!"
"Qırmızı terror" haqqında dekretində isə açıq şəkildə deyilirdi: "Asın, bacardığınız qədər çox insan asın, kulakları, kəndliləri, keşişləri asın..."
Lenin açıq şəkildə ziyalıların məhvini tələb edirdi. O, savadsızlığın ortadan qaldırılması ilə bağlı yazırdı: "Bizim "Savadsızlığı ləğv edək" şüuarımızı heç də yeni ziyalı nəslinin yaradılması kimi anlaşılmamalıdır. Savadsızlıq ona görə ləğv olunmalıdır ki, hər bir kəndli, hər bir fəhlə bizim dekretlərimizi, əmrlərimizi və çağırışlarımızı başqalarının köməyi olmadan oxusunlar. Məqsəd ancaq və ancaq bundan ibarətdir".
Bir dəfə mübahisə düşür ki, kim daha çox qəddar idi -“ Lenin yoxsa Stalin?” Molotov qəribə sözlər danışıb: “Əlbəttə ki, Lenin. Çox sərt idi. Stalindən daha amansız idi. Onun Dzerjinskiyə yazdığı məktubu oxuyun. O, ən sonda verilməli olan qərarları bir andaca əmr edirdi. Sadəcə Tambov üsyanına baxmaq bəs edir, o əmr etmişdi ki, hamını əzib yandırsınlar...”
"Ayrıldıq, ayrıldıq biz, əzizim! Bu elə kədərlidir... Bilirəm ki, bir daha buralara gəlməyəcəksən! Həyatda necə önəmli yer tutduğunu mən indi dərk etdim" – bunları Leninə onun sevgilisi yazıb, arvadı Nadejda Krupskaya yox, məhz sevgilisi İnessa Armand. Armanda olan ehtirasını Lenin ingilis dilində belə ifadə edib: "Oh, I would like to kiss you thousand times..." ("Səni min dəfə öpərdim...").
Amma arxivdə başqa eşq məktubları da var - Zinovyevin Leninə, Leninin də ona yazdığı sevgi məktubları...
Lenin-Zinovyev cütlüyünə mane olan əsas şəxs Nadejda Krupskaya olub. Zinovyevin Leninə məktublarının birində də bu öz əksini tapıb:
“Yadındadır, biz Cenevrədə olanda bu qadından necə gizlənirdik. Bizi, bizim hisslərimizi, bir-birimizə bağlılığımızı heç kim başa düşə bilməz. Tez qayıt gəl, gözləyirəm səni, mənim çiçəyim. Sənin Qerşelin” (Zinovyevin əsl adı Qerş olub).
Digər bir məktubda Zinovyev fikirlərini daha açıq ifadə edib: “İliç, bütün tapşırıqlarını yerinə yetirmişəm. Burada mənim üçün çox çətindir. Ürəyimi ancaq onunla isidirəm ki, yaxın günlərdə səni görəcəm. Sən bizim yuvamızı saxlamısanmı? Ora başqa adam aparmırsan ki? Mən çox həyəcan keçirirəm, yalnız sənin sədaqətinə olan ümidim məni isidir. Öpürəm. Sənin Qerşelin”.
Leninlə Zinovyevin arasındakı “sevgi” macəralarını Krupskaya təfsilatı ilə bilib. O, Cenevrədə öz gözləri ilə onların yataq oyunlarının şahidi olub. Krupskaya bu utanc əməllərə qarşı mübarizə aparmaqda cıxış yolu tapmadığından susmağa üstünlük verib.
Tarixçi alim Sokolov öz tədqiqatlarından belə bir qənaətə gəlib ki, Lenin passiv, Zinovyev aktiv homoseksual olub.
1970-ci illərdə Moskvada doğulmuş, milliyyətcə erməni olan yazıçı Marietta Şaqinyan Lenin haqqında kitab yazanda bütün arxivlərə buraxılışı olub. O da Leninin seksual orientasiyası ilə bağlı bir sıra arxiv materialları əldə edib və bu haqda Brejnevi məlumatlandırmaq üçün ona məktub yazıb. Brejnev bu məsələni yaxın ətrafı ilə müzakirə edib. O dövrdə SSRİ-nin baş ideoloqu sayılan Suslovu bu xəbər dəhşətli dərəcədə sarsıdıb. Suslov təklif edib ki, Marietta Şaqinyanı aradan götürtmək lazımdır. Brejnev isə məsələni başqa cür həll edib. O, erməni yazıçını Lenin haqqında kitab yazdığına görə dövlət mükafatı və mənzillə mükafatlandırıb, bununla da onun susmağına nail olub.
Faktları uzatmaq da olar, amma hər halda Lenin dahi olub – dahi isə müsbət yaxud mənfi olmur, sadəcə dahi olur.
19 mart 1934-cü ildə isə onu yenidən “öldürdülər” - "Proqress" kolxozunun üzvü Mitrofan Mixayloviç Nikitin proletariatın dahi rəhbəri Vladimir Leninin movzoleydəki cəsədinə qarşı terror aktı həyata keçirdi. Movzoleyə ziyarətə gələn kolxozçu Leninin cəsədinə yaxınlaşıb üzərindəki naqandan atəş açdı.
"Cəsus”, "rəhbər”, “ideal insan", “homoseksual” DAHİ
Reviewed by Zardob
on
31.1.19
Rating:
Hiç yorum yok: