Novruz bayramı haqqında 14 maraqlı fakt
Başlığa çıxartdığımız suala həm “hə”, həm də “yox” cavabı vermək olar. Novruz bayramı haqqında topladığımız 10 faktı oxuyun, cavabı özünüz müəyyən edin.
- XX əsrin 20-ci illərinə qədər Çar hökuməti Novruz bayramına Milad bayramı qədər diqqət yetirməsə də, xalq bu bayramı coşqu ilə qarşılayıdı. Bakıda bayramın təmtaraqlı qeyd olunmasına H.Z.Tanğıyev, Ağamusa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular böyük yardım edirdilər.
- 1919 və 1920-ci illərdə, cəmisi 17 ay yaşamış Azərbaycan Respublikasında, bu bayram rəsmən təntənə ilə qeyd edilib.
- 1920-ci ilin işğalından sonra da bu bayram təntənə ilə qeyd edilib. Bunu o dövrün qəzetlərində gedən yazılar da sübut edir.
- 1925-ci ildə qəbul edilən xüsusi qərarda inqilabi bayramlarla yanaşı, 6 dini və milli bayramın da dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu.
- Amma bu qərarın ömrü cəmi 3 il oldu. 1928-ci ildən dini və milli bayramlara qarşı hücumlar genişləndi. Bu hücumların önündə 1924-cü ildə yaradılmış “Mübariz Allahsızlar İttifaqı”nın üzvləri gedirdi.
- Milli bayramlar, o cümlədən Novruz 1937-ci ildə, SSRİ Konstitusiyasının qəbulundan sonra qadağan edildi.
- 20 ildən sonra, Stalinin ölümündən sonra Novruz bayramı, bütün dini və milli bayramlar kimi, qeyri-rəsmi bəraət aldı.
- 1967-ci ildə Novruzun dövlət səviyyəsində qeyd olunması qərara alındı. Novruzunu rəsmi keçirilməsi üçün Moskvaya Azərbaycanla yanaşı, Özbəkistan da müraciət etmişdi.
- 1967-ci il martın 20-də Bakının qədim Qız qalası yaxınlığında başlanan el şənlikləri “Bahar bayramı” kimi tarixə düşdü. Bu el şənliklərinin qurluşçu rejisoru Zərdabda anadan olmuş Məbud İsmayılzadə idi.
- 1968, 1969, 1970-ci illərin əvvəllərində keçirilən Novruz şənlikləri möhtəşəmliyinə görə 1967-ci ilin tədbirlərindən geri qalmırdı.
- SSRİ rəhbərliyi 70-ci illərin ortalarında sonra “Bahar bayramı”-nın kütləvi keçirilməsinə icazə verməsə də, rəsmi qəzetlər bayram təbrikləri ilə nəşr olunur, televiziyada bayrama uyğun verilişlər hazırlanırdı.
- XX əsrin 70-ci illərində martın 21-nə mütləq bayram əhval-ruhiyyəli bir mədəni-kütləvi tədbir salınırdı. Məsələn, “Yaz bayramı-Saz bayramı”, Cəfər Cabbarlının abidəsinin açılış mərasimi. Bu tədbirlərdə əsas atributlar Novruzun rəmzləri olurdu.
- 1985-ci ildən sonra qəzetlər martın 21-də rəngli çıxır, bu qəzetlərdə daha "bahar bayramından" yox, Novruzdan söz açılırdı.
- 1991-ci ildə SSRİ-dən müstəqilliyini əldə edən Azərbaycan Novruzu rəsmi bayram elan etdi, 2000-ci illərin əvvəllərindən isə Novruz bayramında tam 10 gün iş günü sayılmır.
Sovet imperiyasında Novruz bayramı qadağan edilmişdir?
Reviewed by Camil Asad
on
21.3.19
Rating:
Hiç yorum yok: