Weather forecast for Zardab

Qafqaz-İslam Ordusunun Zardaba gəlişi

mart soyqrımı zardob bloqda

   Bu şəkillər ötən əsrin əvvəllərində ermənilərin törətdiyi soyqırımı əks etdirən tarixi sənədlərdir. Mart soyqırımı demək olar ki, Azərbaycanın bütün ərazisini əhatə etmişdir. Şəkillər o vaxtlar indiki Zərdab rayonun daxil olduğu Göyçay qəzasında çəkilib. Düzdür, bu şəkillərdə Zərdab haqqında hansısa məlumat olması barədə bilgi yoxdur, amma bəzi faktlar yaşıdımız ərazidə erməni-türk döyüşlərinin olduğuna şahidlilik edir.
  Məsələn, Zərdabın Ağabağı və Nəzaralı kəndlərində iki türk əsgəri məskunlaşmış, burada ailə qurmuş və uzun müddət yaşamışlar. Həmin əsgərlər 1918-ci ildə Türk Qafqaz İslam Ordusunun tərkibində bu torpaqlar uğrunda gedən döyüşlərdə yaralanaraq burada qalmışlar.
   Başqa biq fakt. Bıçaqçı kənd ağsaqqalların dediyinə görə erməni–türk davasında kəndin Məmmədsan, Məhəmməd, Aloslan, Məmmədkərim, Mustafa, Abbasəli, Məlik Zakiroğlu kimi igidləri Qafqaz türk islam ordusunun döyüşçülərinə qoşularaq vuruşmuşlar. Rəsul adlı bıçaqçılı bu döyüşlərdə qəhrəmanlıqla şəhid olmuşdur. Ağsaqqallar xatırlayırdılar ki, türk paşası və yüzbaşı kəndin cavanlarına hərbi təlim keçmişlər. Kənd sakinləri türk ordusuna xeyli araba, at, cöngə, digər ərzaq məhsulları pay vermişdilər.
   Həmyerlimiz Ürfan Məmmədlinin  “Banı nənəmin gördükləri” adlı yazısı Qafqaz-İslam Ordusunun Zərdaba gəlişindən bəhs edir.
   Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Taleh Əliyev deyir ki, ərazidə 80-dən çox kənd tamamilə məhv edilmişdi: "Məhz Zərdab ərazisində, Türyançayın əsas qolu olan Qarasu çayına doğru edilmiş hücumda müsəlman əhaliyə amansız divan tutulmuşdu. Yerli sakinlərin və 1918-ci ilə məxsus Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən, Zərdabın Dəli Quşçu kəndinin ərazisində həmin soyqırımı qurbanlarının kütləvi şəkildə dəfn edildiyi  məzarlığın olmasını ilkin ehtimalla söyləmək mümkündür."


  


Qafqaz-İslam Ordusunun Zardaba gəlişi  Qafqaz-İslam Ordusunun Zardaba gəlişi Reviewed by Zardob on 30.3.19 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.