Ana südünün tərkibi uşağın cinsindən aslıdır?
Bir az öncə Elçin Əlibəylinin “El bizim, sirr bizim”
tok-şousuna baxdım. Müzakirə “Cahillik,
xurafat, yoxsa yenilikçilik ziyandır?” sualı ətrafında aparılırdı. Müzakirəyə dəvət
olunanlar da oxumuş, savadlı insanlar idi.
İştirakçılarının yaşadığımız
cəmiyyətin müxtəlif təbəqəsinin nümayəndələri olduğunu nəzərə alsaq, müəyyən
istisnalarla bu tok-şounu cəmiyyətimizi əks etdirən kiçik modeli kimi də qəbul
etmək olar .
Bilirsiniz niyə görə?
Müzakirə bizim əksəriyyətimizə xas olan xüsusiyyətləri tam mənasında bir güzgü
kimi əks etdirirdi. Çox xırdalığa getmədən bir məqamı deyim – əksəriyyət “mənim fikrim mütləq həqiqətdir” iddiasını təlqin
etməyə çalışırdı. Digər azlıq isə mülayimcəsinə buna etiraza cəhd edirdi.
Diqqətimi daha çox cəlb
edən isə ilahiyyatçı qonağın dini kitablardan gətirdiyi fikrə müzakirədə
iştirak edən həkim və ateistin münasibəti oldu. Daha dəqiq desəm, bu sətirlər məhz
həmin münasibətin təsiri altında yazılıb.
İlahiyyatçı müzakirənin
gedişində təxminən belə bir fikir söylədi: “Ananın südünün tərkibi övladının
cinsindən aşlıdır”. O, fikrini tamamlamamış ateist bunu “cəhalət” adlandırdı, həkim isə belə
yanaşmanın elmi cəhətdən əsasız olduğunu bəyan etdi.
Özlüyümdə fikirləşdim - görəsən
kim haqlıdır, “cahil” hesab edilən ilahiyyatçı,
yoxsa möhkəm əminliklə onun fikrini inkar edənlər?
Əslində bunu yoxlamaq
çox da çətin deyil. Açar söz kimi “Ana
südü körpənin cinsindən aşlıdırmı?” seçərək Google-də iki dildə (rus və
ingilis) axtarış etdim. Googledən öyrəndim ki, bu istiqamətdə araşdırmalar
aparılıb, bu tədqiqatlara əsasən “körpənin
cinsdən aşlı olaraq ana südünün fərqləndiyi” fikrinin yaşamaq hüququ var. Bunu
siz özünüzdə asanlıqla yoxlaya bilərsiniz. Bu mənbələr dini saytlar
deyil.
www.kp.ru, www.nauka.vesti.ru, www.theguardian.com, www. ncbi.nlm.nih.gov, www.scientificamerican.com
kimi saytlar öz səhifələrində ana südünün körpənin cinsindən aşlı olaraq dəyişdiyi
barədə məqalələr yerləşdirib, həm də 4-5 il öncə. Bunu siz
də asanlıqla yoxlaya bilərsiniz.
Qoy kimin haqlı olduğunu
hər kəs özü müəyyən etsin. Müzakirələrdə ekspert kimi iştirak edənlərə isə demək
istəyirəm:
- Hörmətli ziyalılar, əqidənizdən aşlı olmayaraq, qarşınızdakı insanın fikrinə hörmətlə yanaşın.
- Öz fikrinizi mütləq həqiqət kimi bizə təlqin etməyin.
- Əgər bu gün elm “cəhalət” adlanan fikri araşdırırsa, buna pul xərcləyirsə, deməli bu fikirdə həqiqətin zərrəsi var. Zərrələrin həqiqətə çevrilmək ehtimalı elə də az deyil.
- Dünya elm sahəsində gedən yenilikləri izləyin, bunu mənim bilməməyim nöqsan deyil, amma ekspert qismində müzakirədə iştirak edən bundan xəbərdar olmalıdır.
- Gəlin unutmayaq - “Olmaz dediyin nə varsa, hamısı olar ...”
Mən 6, 7, 8 və sair bəndləri
də yaza bilərdim. Amma ....
Bir gün Mövlanaya sual verirlər ki, bu qədər oxumusan, görmüsən, nə bilirsən? Cavab verir ki, həddimi bilirəm.
Sonda Aristoteldən bir nümunə gətirim.
O, kitablarının birində fərqli cinslərin dişlərinin sayca fərqləndiyini iddia
edib. Buna görə heç kim ona “cahil” deməyib, əksinə elm aləmində bu fikir 1000
il mütləq həqiqət kimi qəbul edilib. Sonradan kiminsə ağlına gəlib ki, gəlin
sayaq.
Bir fikir də mən irəli
sürmək istəyirəm: “İnsanın üç beyni var”. Əslində bu mənim fikrim deyil, belə
deyirlər, mən də inanıram. Bunun elmi əsası olmayadığını deyənlər isə qoy saysınlar, bəlkə həqiqətən üçdür.
Cəmil Əsədov
Digər yazılara keçid
Kimdir cəhalət yayan - ilahiyyatçı yoxsa...?
Reviewed by Zardob
on
3.4.19
Rating:
Hiç yorum yok: