Əməkdar incəsənət xadimi M. İsmayılzadənin həyatından 10 fakt
- 1927-ci ildə Zərdabda anadan olan Məbud İbrahim oğlu İsmayılzadə əmək fəaliyyətinə də rayonumuzda başlayıb (1942-ci il).
- Teatr sənətinə böyük maraq onu Azərbaycan Dövlət Teatr İnstitutuna gətirib. 1951-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun rejissorluq fakültəsini bitirən 24 yaşlı M. İsmayılzadə Respublika Xalq Yaradıcılığı evinin direktoru vəzifəsinə təyin olunur.
- 20 il bu təşkilatda çalışan Məbud müəllim “Çinar”, “Şur” kimi onlarla məşhur kollektivlərin, 30-dan çox xalq teatrının yaranmasına birbaşa rəhbərlik edib.
- Azərbaycan mədəniyyətinin tarixinə yazılan, 1954-cü ildə minlərlə həvəskar ifaçının iştirak etdiyi ilk teatrlaşdırılmış “Xalq Yaradıcılığı Bayramı”nın, 1955-cü ildə keçirilən Respublika Bədii Özfəaliyyət Baxışının, 1961-ci ildə çağırılan III Aşıqlar Qurultayının təşkilatçısı o idi.
- 1959-cu ildə Moskvada Azərbaycan Mədəniyyət ongünlüyü çərçivəsində xalq yaradıcılığı bölməsinin quruluşçu rejissoru da Məbud İsmayılzadə olmuşdur.
- 1967-cı ildə uzun fasil’d’n sonra ilk dəfə rəsmi keçirilən Novruz bayramının, 70-ci illərin məhsul bayramlarının, 1982-ci ilfə Şuşada Vaqif poeziya günlərinin ssenari müəllifi və qurluşçu rejissoru da o olub.
- 1973-cü ildə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına direktor və baş rejisor təyin edilir. Azərbaycan teatrının görkəmli şəxsiyyətlərindən Mehdi Məmmədovun dediklərini onun əməyinə verilən ən yaxşı qiymətdir: "Lənkəran Dövlət Dram Teatrı yaşca balaca olsa da, repertuar səviyyəsinə görə daha dolğun, daha mənalıdır. Sözün əsl mənasında bu teatra qibtə edirəm. Bütün akademik teatrlar bu teatrdan öyrənməlidir."
Azərbaycanda ilk teatrlaşdırılmış kütləvi bayramların zərdablı rejissoru
Reviewed by Zardob
on
21.3.19
Rating:
Hiç yorum yok: