Çar
Rusiyasının imperatoru II Aleksandr 1870-ci ildə şəhərlərin qanunverici və
icraedici orqan haqqında fərman imzalayır. Bakıda bu fərmanın icrasına 1877-ci ilin dekabrından başlanılır və həmin
orqanlar 1918-ci ilədək, çar Rusiyyasını bolşevik Russiyası əvəzedənədək fəaliyyət göstərir. Təbii
ki, XIX əsrin ən böyük azərbacanlısı Zərdabi bu prosseslərdən kənarda qala bilməzdi
və qalmayıb da.
Həsən bəy Məlikov-Zərdabi 1897-ci idən
ardıcıl olaraq Dumaya üzv seçilmiş, təftiş komissiyasının üzvü, sədri, məktəb,
tibb, bağçılıq və təsərrüfat komissiyalarının daimi üzvü, yarmarka komitəsinin
və su təchizatı komissiyanın üzvü olmuşdu. Həmçinin "Qocalar evi"nin qəyyumu, Mariya
gimnaziyasında qəyyumlar şurasının üzvü idi. Bakı rus-müsəlman qız məktəbinin
layihəsinin və nizamnaməsinin hazırlanmasında iştirak etmişdi.
Zərdabinin
tərcümüyi-halı ilə tanış olanlar çox gözəl bilir ki, təhsil, xalq maarifi onun
həyatının məqsədi olmuşdur. Zərdabi bu məsələlərlə bağlı iclaslarında fəal
iştirak edirdi. O, Bakıda təhsil ocaqları açmaq üçün hər fürsətdən istifədə
edirdi. 1904-cü ildə II Nikolayın vəliəhdi dünyaya gəlir, özü də uzun müddətli
gözləntidən sonra. İmperiyanın hər yerində bayramdır. Zərdabi bundan yaralanmaq
qərarına gəlir və Əlimərdan bəy
Topçubaşovla birgə vəliəhdin adına yeni ibtidai məktəb açmağı təklif edir.
Hələ
Dumadakı fəaliyyətindən öncə Zərdabi müsəlman qızlar üçün məktəb açılması təklifi
ilə müraciət etmiş, amma mənfi cavab almışdır. Sonradan Dumanın digər üzvü
H.Z.Tağıyevin köməkliyi 1898-ci ilin 16 martında məktəbin nizamnaməsi təsdiqlənir,
mayın 24-də isə hakimiyyət qızlar üçün nəzərdə tutulan təhsil müəssisəsinə
imperiatriçə Aleksandr Fyodorovnanın adının verilməsini dəstəkləyir. 1901-ci
ilin 7 oktyabrında qız məktəbinin açılışı baş tutur.
O
vaxtlar Bakıda nəşr olunan "Kaspi" qəzetinin məlumatlarına əsasən demək
olar ki, Həsən bəy tibb sahəsində olan problemlərin müzakirəsində fəal iştirak
edib. Uşaqlar arasında geniş yayılmış göz xəstəlikləri, yetim uşaqlar üçün
sığınacaqlar barədə onun çıxışlarından sonra bu məsələlərin həlli ilə bağlı tədbir
görülür.
Dumanın
4 oktyabr 1902-ci il tarixli iclasında H.Zərdabi digər Düma üzvləri ilə birgə
Bakıda 6 sahə müalicəxanasının yaradılmasını təklif edir. Həmin iclasda həmçinin
məktəb həkimləri və sanitarları məsələsi də müzakirə olunur və Həsən bəy
vurğulayır ki, məktəb işi ilə məşğul olacaq şəxslər məktəb təsərrüfatını yaxşı
bilməlidirlər.
1898-1907-
ci illərdə Bakı şəhərinin su təhcizatı Dumanın laslarında mütamadi müzakirə
edilən məslələrdən idi. Burada tək mühandislərin deyil, həm də iri müəssisə
sahibləri olan bəzi üzvlərin də maraqları toqquşurdu. Həmin iclaslarda Həsən bəy
əhaliyə içmək üçün yararsız suyun şirinləşdirərək verilməsi təklifinə etiraz edərək
belə demişdi: "Bulaq suyu təkcə içməli su deyil, həm də orqanizm üçün
qidadır, biz hamımız quyu suyu ilə boya-başa çatmışıq, şirinləşdirilmiş su
bütün tənqidlərdən aşağıdır. Biz fabrik üçün nəyin yarayıb-yaramadığının qeydinə
qalmırıq, biz əhalidən danışırıq".
Şəhərdə
işıqlandırma, su təminatı, kanalizasiya bərbad vəziyyətdə idi. Bir qayda olaraq
bu məslələrin həl edəcək komissiyaya rəhbərliyi qlasnılar arasında təmiz ad,
güclü nüfuz qazanmış şəxsə etibar edirdilər və heç də təəccüblü deyil ki,
qlasnılar uzun illər bu məsul vəzifəni Həsən bəyə etibar etmişdilər. Duma
iclaslarının xronikası və yoxlama komissiyasının məruzələri ilə tanış olarkən Zərdabinin
ictimai işə necə ədalətli və dürüst yanaşdığının, onun yerli əhalinin
maraqlarını necə vətənpərvərliklə qoruduğunun şahidi oluruq.
Zərdabinin Bakı şəhər Dümasında fəaliyyəti
Reviewed by Zardob
on
21.12.19
Rating:
Hiç yorum yok: