Milli Məclisə seçkilərdə Zərdablılar kimlərə səs vemək istəyir
Bir neçə gündür ki, Miilli Məclisin buraxılması, yeni seçkilərin keçirilməsi barədə xəbərlər gündəmi zəbt edib. Zərdablılar da bu müzakirələrdən kənarda qalmır, millət vəkili görmək istədiyi şəxslərin adını sosial şəbəkələrdə paylaşırlar. Ən çox bir nəfərin adı çəkilir – Vəfa Müradzadə.
Vəfa
Muradzadə kimdir?
O,
əslən
Zərdabın İsaqbağı kəndindəndir. Dəfələrlə rayonda olub,
xeyir-şər məclislərində iştirak edib. Coğrafi
məkan
kimi
Zərdabı tanıyır,
əhalinin
problemlərinə bələddir.
İnternetdə,
Zərdabla
bağlı olan resurslarda,
onun zərdablı tələbələrə, imkansız ailələrə köməyi
dəfələrlə
işıqlandırılıb. Olsun
ki, məhz bu amil onu zərdablılara daha yaxın edib.
Deputat
seçiləcək
şəxsə
insanlarla
ünsiyyətdə
olmaq,
problemləri təşəbbüsə, layihəyə çevirmək,
onların həllinə nail olmaq üçün uyğun
addımlar atmaq
bacarığı
vacibdir.
Düzdür, Vəfa xanım, hələ ki, Zərdabla, zərdablılarla bağlı
böyük layihələr həyata
keçirməyib (bəlkə
də mən səhv edirəm) ,
amma
müyyən görüşlərdə iştirak edib, xüsusilədə
gənclərlə görüşlərdə. Həmçinin Vəfa
xanımım təsisçisi
və sədr olduğu Azərbaycan-Türkiyə İş Qadınları Birliyi, "İş
Qadınlarına Dəstək İctimai Birliyi" onun
problemlərin
həlli üçün konkret
layihələri həyata keçirmək qabiliyyətindən xəbər verir.
Deputat
qanunların qəbulunda bilavasitə iştirak edir. Onun işi yalnız
qanunları bir-iki dəfə oxumaqla bitmir.
O, həmin
qanunların məntiqi axarını anlamlı, onun mənfi və müsbət
tərəflərini hesablmağı bacarmaıdır. Vəfa xanım Bakı Dövlət
Universitetinin mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə
bitirib. Riyaziyyatçıların isə
məntiq
və hesablama bacarığına söz ola bilməz.
Milli
Məclis qanun istehsalçısıdır, deputat da bu istehsalın
iştirakçısı. Buna
görə də deputat seçiləcək şəxs həm də hüquqi
biliklərə malik olmalıdır. Vəfa xanım 2004-cü ildən qırmızı
diplomlu hüquqşünasdır. İki il vəkil kimi çalışıb, yerli və
xarici şirkətlərdə işləyib.
Qanunverici
orqanda çalışanların həm də iqtisadi bilikləri mükəmməl
olmalıdır. Vəfa Muradzadə 2006-cı ildə ilk Azərbaycan brendi-
“Made in Azerbaijan” markası ilə ev tekstili fabriki yaradıb.
Son 13 ildə müxtəlif işgüzar sərgilərdə və səfərlərdə
iştirak edib. Fransanın Kann festivalında dünyanın 16 iş adamı
ilə bərabər “Biznes Qələbəsi” mükafatına
layiq
görülüb.
Olsun
ki, Vəfa xanımı tanıyan zərdablılar bu amillərə əsaslanırlar.
Həm də tək bunlara deyil. İnternetdə apardığım kiçik
araşdırma əsasında deyə bilərəm ki, Vəfa Muradzadə
işgüzardır, inadcıldır, hərtərəfli hazırlığa malikdir,
mütaliəni sevir, öz əməyi, biliyi ilə iş qurmağa vərdiş
edib (hələ ali məktəbdə oxuduğu illərdə ingilis dilindən
tərcümə edib, bildiklərini öyrətməklə məşğul olub). Bir
az idealistdir, amma daha çox realistdir. Təmsil etdiyi sahənin
bilicisidir, ən əsası korrupsiyaya bulaşmayıb.
Əlbəttə,
seçkilərin vaxtı hələ təyin olunmayıb, kimlərin Zərdabdan
deputatlığa namizəd olacağı məlum deyil, o cümlədən Vəfa
Muradzadənin də. Qərarı hər kəs özü verəcək.
Kimlər
namizəd olacaq, kim-kimə səs verəcək, kim Zərdab seçicilərini
Milli Məclisdə təmsil edəcək – bunu zaman göztərəcək.
Yaşasaq, görərik.
Allah
hamımıza xeyirli eləsin!
Cəmil Əsədov
Cəmil Əsədov
Milli Məclisə seçkilər: Zərdabdan namizəd kimlər olacaq?
Reviewed by Zardob
on
30.11.19
Rating:
Hiç yorum yok: