Ceyn Osten hələ də haqlı olaraq ingilis ədəbiyyatının “Birinci xanımı“ hesab edilir. Onun əsərləri Böyük Britaniyanın bütün kollec və universtetlərində məcburi oxunan ədəbiyyatlar siyahısındadır, kitabları şedevr kimi qəbul edilir, süjetin səmimliyi və sadəliyi ilə cəlb edir. “Emma” haqlı olaraq Ceyn Ostenin ən yaxşı əsəri sayılır, onun yaradıcılığınən zirvəsii hesab edilir. Romandakı hadisələr varlı mülkədar Vudhausun Emma adlı qızının ətrafında cəryan edir. Bu hekayətin kifayət qədər tipik olmayan qəhramanı kasıb deyil, onun hər şeyi var - yaxşı evi, sevən atası, var-dovləti, - yalnız əri yoxdur. O, ümimiyyətlə öz həyatından tam razıdır, bunu görə də ərə getmək və kiməsə vurulmaq arzusu yoxdur. Əvəzində onu əhatə edən insanların romantik hekayətlərinə qarışmağı daha çox bəyənir. “Emma” kitabının qəhrəmanı öz niyyətinə elə aludə olur ki, ətrafında baş verənləri görə bilmir. Bu onu tez-tez pis vəziyytə salır. Müxtəlif xanımlara adaxlı seçməyə aludə olan Emma, bu adaxlılardan bəzilərinin onun özü ilə maraqlandığını və özləirini bu qızlara tay saymadıqlarını güman belə etmir. Ən yaxşı dostu mister Naytli onu dəfələrlə xəbərdar edir, amma o, kiməsə qulaq asmağa adət etməyib. Emma heç nəyə baxmadan Harriet Smitin şəxsi həyatını qurmağa davam edir. Amma bu dəfə onun planları alt-üst olmağa məhkimdur və qız axmaq vəziyyətə düşür.
“Emma” romanını tənqidçilər istehzalı, ironik və
çoxsaylı sarkazma malik əsər adlandırmışlar. Bir-neçə dəfə ekranlaşdırılıb.
Kitabın 1996-cı ildə ekranlaşdırılması böyük uğur qazanıb.
Merrey “fırıldaqçıdır, amma bununla yanaşı çox
qəşəngdir”, - bacı Kassandraya məktubunda Ceyn Osten yeni naşirini belə
xarakterizə etmişdir. “Emma” Murreyin
xoşuna gəlir, amma, buna baxmayaraq müəllifə cəmisi 450 funt təklif
edirərək “Ağıl və ehtiras” və “Mansfild parkı“ romanlarının müəlliflik
hüquqlarını da tələb edir. Bu praktik olaraq o demək idi ki, “Emma” üçün Ceyn
Osten cəmisi 150 funt alacaqdır. Rəqəm Ceyn Ostenin ən təvazökar
gözləntilərindən də aşağı idi. O, inanılmaz olsa da, sağlığında nəşr edilmiş
bütün kitabları üçün yalnız 700 funt almışdır!
Con Merreylə uzanan danışıqlar, eyni zamanda işin
yekununda Ceyn Ostenin mətni xeyli dərəcədə yenidən işləməsi kitabın çapını,
demək olar ki, doqquz ay ləngidir. 10 dekabrda
“Emma”-nın çıxacağı elan edilir,
amma Merrey eyni zamanda “Mansfild parkı“-nın ikinci nəşri üzərində işlədiyindən, qeyd
edilən tarixə kitab hazır olmur. Marrey “Emma”-nı 1815-ci ildə ümimiyyətlə çap
edə bilməyəcəyindən ehtiyatlanaraq titul vərəqində romanın çap tarixini 1816-cı
il kimi qeyd edilməsinə göstəriş verir. Amma hər halda 16 dekabradək kitab çapa
hazır olur. Cəmi 2000 nüsxə çap ediliri.
Bu say kifayyət edir: 1816-cı ildə yalnız 1250 nüsxə satılır. “Emma”-nın iknci
nəşri yalnız 1833-cü ildə baş tutur.
“Emma” Ceyn Ostenin özünün sağlığında həyat üzü
görən sonuncu əsəridir. Ceyn Osten romanın bir nüsxəsini onun kitablarını
yüksək qiymətləndirən Marii Edjyorta hədiyyə göndərir. Amma cavab məktubu ilə
tanış olmağa macal tapmır: məktubu onun ölümündən sonra qardaşı Henri alır. Bəlkə
də bu yaxşı idi, çünki Marii Edjortun rəyi Ceyn Osteni çətin ki, sevindirərdi.
“Kitabda heç bir süjet yoxdru, - Edjort yazırdı, - bundan başqa, Emma
aydınlaşdırır ki, Harrietin əri kimi nəzərdə tutduğu insan, deyəsən onun özünü
sevir... yaxşı bişirilmiş duru yulaf yarması, Emmanın atasının
nöqteyi-nəzərincə, çox faydalıdır, düzdür, aşbaza izah etmək çətindir, müəllif
bununla nə demək istəyir”
Roman haqqında rəylər mətbuatda uzun müddət
görünmədi. Ceyn Osten çox həyacanlanırdı, özünü daim bu sualla üzürdü: “Görəsən onun yazıçılıq istedadı tükənməyib?” O,
özünü sakitləşdirmək üçün dostlarının və yaxınlarının rəylərini toplmağa
başlayır. Bu rəylər ilk növbədə həmin dövrün zövqlərinin şahidləri kimi
maraqlıdır. Bacısı Kassandra “Emma”-nı “Qürur
və qərəz”-dən daha çox, amma “Mansfild parkı“-ndan daha az bəyənir. Ümimiyyətlə ailə şurasında
“Emma” Ceyn Ostenin uğursuzluğu kimi hesab edilir: romanda dinamika yoxdur,
kübar xarakterlər mövcüd deyil.
1816-cı ilin mart-sentyabr aralığında olan
rəylər ailə və dostların çevrəsində formalaşmış rəylərdən az fərqlənirdi.
Amma budur “Rüblük
icmalda” Valter Skotun tək “Emma” haqqında deyil, həmçinin Ceyn Ostenin bütün
yaradıcılığını əhatə edən geniş rəyi çap olunur. Bu rəyi Ceyn Osten çox yüksək
qiymətləndirir və onu təssüfləndirən yeganə məqam Valter Skotun öz icmalında “Mansfild
parkı“ barədə heç nə
xatırlatmaması olur. Faktiki olaraq bu, Ceyn Osten yaradıcılığını dərindən
əsaslandırılaraq qiymətləndirilən ilk rəy idi.
Valter Skot “Emma”-dan “insan qəlbinin dərin bilgilərini”-ni əks
etdirən və “bu bilgiləri şərəf və xeyirxahlığa xidmətə yönəldən” bir əsər kimi
bəhs etmişdir. Skot Ceyn Ostenin romançılığı “romantik xəyallardan” real həyata
çevirdiyini qeid edir və əlavə edir ki, bu istiqamətdə birincilik çələngi
süzsüz, Ceyn Ostenə məxususdur. Yazıçının təbiətə bu qədər sadiqliyi, onun adi
həyat hadisələrini görmək və onlara dəqiqliklə ifadə etmək bacatığı Skotu
heyrətləndirir. O, “Emma”-nın müəllifini Marii Edjuartdan üstün olduğunu qeyd
edir və bildirir ki, onun “orta sinifin həyatının təsvirləri unikaldır”.
Bəli, Skot razılaşır ki, “Emma”-da hadisələr azdır, amma oxucunun diqqəti
bundan azacıaq da zəifləmir.
Skot tərəfindən verilən qiyməti bir-neçə
onillkdən sonra Ceyn Ostenin tələbisi Corc Eliot da təkrar edir: “Yazıçının həyatı bilməsi, qəhramanlarının
təsvirində istifadə etdiyi xüsusi nəzakət mənə flamand məktəbinin rəssamlarını
xatırladır”
“Realizm” anlayışının ingilis ədəbi lüğətində yalnız
1840-cı ildən meydana çıxmasına baxmayaraq, Skot Ceyn Ostenin yeni tip realizmini
qeyd edir. Onun məqaləsi imzalanmamışdır, amma hamı müəllifin kimliyini
bilirdi. Skotun rəyini bəyənən Ceyn Osten, incəsənət məsələlərində onunla heç
də həmişə razlaşmasa da, artıq özünün “İnanc”-ında (ingiliscə “Persuasion“) onu
ehtiramla xatırlayır.
Romanda
avtobioqrafik məqamlar çoxdur. Hadisələr Surreydə baş verir və Hayberi də
tamamilə Ceyn Ostenin tez-tez baş çəkdiyi və yaxşı tanıdığı Bukhemi xatırladır.
Missis Goddardın pansionu Ceyn və Kassandranın vaxtilə oxuduği Rendinqdəki
Ebbi-skulun eynidir. Onların şəxsi mürəbbiyələri missis Laturnellə oxşayan
missis Goddar da qadın təhsilinə səthi yanaşır. Onun fikrincə tərbiyyələndirilən
gənc qızlara ikl növbədə ailə ocağına sevgi aşılamaq lazımıdr. Romanda kifayyət qədər yer ayrılan
şaradalar Ceyn Ostenin ailəsində populyar idi. Ceyn Osten özü şaradalar qoşur
və aludəçiliklə yaxınıarı ilə oynayırdı. Ceyn Osrtenin qardaşı Henri mister
Ueston üçün prototip idi; yazıçının anasının xarakterinə kitabın bir-neçə
personajında rast gəlmək olar. Xəstə və vasvası missis Çörçill missis Ostenin
xarakterinin cizgilərindən biri idi. Mister Vudhausun xarakterində və
davranışlarında yazıçının anasının cizgiləri hiss olunur. Frenkin varlı
Çörçillər tərəfindən oğullğa götürülməsi hekayəsi qardşı Edvardın Nayt cütlüyü
tərəfində oğulluğa gğtürülməsini xatırladır. Emmanın intelektual tənhalığı Ceyn
Ostenin özünün intelektual tənhalığını xatırladır.
Ceyn Osten - ingilis ədəbiyyatının “Birinci xanımı“
Reviewed by Zardob
on
8.2.20
Rating:

Hiç yorum yok: