Səs.- 2012.- 7 mart.
XIX əsrdə azərbaycançılıq görüşlərilə Azərbaycan cəmiyyətində əsas lı dönüş yaradan ziyalılardan biri də Həsən bəy Zərdabi idi. XIX əsrdə islam ideologiyasının mövqeyi möhkəm olsa da, sonralar o öz yerini türkçülük və azərbaycançılığa verdi. Lakin bu milli ideyalar islamı inkar etmədi, əksinə, ona özlərinin tərkib hissəsi kimi baxdılar. Azərbaycan milli ideologiyasının nəzəri və əməli yaradıcılarından biri olan Həsən bəy Zərdabi yazırdı ki, din və dil millətin sütunlarını təşkil edir. Müasir Azərbaycanşünas alim fransız F.Jorjo yazır:
Zərdabi geniş xalq kütlələrinin müraciət etmək arzusunun aydın ifadə olunduğu xalq danışığına yaxın, sadə dildə “Əkinçi” qəzetini nəşr etdirir. İlk vaxtlar çar hərəkatı dəstəkləyirdi.
F.Jorjoq qeyd edir ki, Azərbaycan ziyalıları öz maarifçilik ideyalarını ənənəvi metod kimi şeirlərlə yanaşı mətbuat, teatr kimi müasir ideyalar vasitəsindən də istifadə edirlər. O, XIX əsrin 70-ci illərində heyrətamiz dərəcədə inkişaf etmiş mətbuatı müasir vasitələrə aid edirdi. F.Jorjon Azərbaycan dilində Zərdabi tərəfindən nəşr olunan “Əkinçi” ilə yanaşı “Ziya”, “Ziyayi-Qafqaz”, “Kəşkül” məcmuələrinin də adını çəkir. O, sonralar Azərbaycan ziyalılarının öz maarifçilik ideyalarını “Kaspi” kimi mətbuat orqanında da ifadə etdiklərini göstərir.
Milli şüurun oyanışı millətin öz əslini-kökünü, tarixini tanıması problemi ilə sıx bağlı idi. XIX əsrin sonlarına doğru “Əkinçi” qəzetinin simasında milli mətbuatımızın yaranması ilə maarifçilik və milli özünüdərk prosesinin yeni mərhələsi başlanır. Həsən bəy Zərdabinin milli şüurun oyanışma verdiyi bu töhfə vasitəsilə, əslində, xalqın inkişafında yeni eranın başlanğıcı qoyulur, milli və ictimai məsələlər minlərlə azərbaycanlının fikrinə və duyğularına hakim kəsilir.
Əvvəl “Əkinçi”, sonralar “Kəşkül” və “Ziya” qəzetlərinin səhifələrində milləti səfərbər edən, ona kimliyini anladan yüzlərlə yazılar nəşr olunurdu. Bu yazılarda millətin ağsaqqalı H.Zərdabi milli mövcudluq uğrunda ölüm-dirim savaşından - “zindəganlıq davasından” qalib çıxmaq üçün xalqı kütləvi şəkildə elmə, maarifə yiyələnməyə və bu yolda öz haqqını qorumağa çağırırdı. O, cəmiyyətdə daim mübarizə getdiyini xatırladaraq yazırdı:
Əvvəllər insanlar zindəganlıq davasını yumruq, sillə, sonra qılınc, qalxan və dəxi sonra tüfəng və qeyri əsləhələr ilə edirdi. Elə ki, sonra vurmaq öldürmək nəhy oldu, insan zindəganlıq davasını ağıl ilə edir. Hər kəsin ki ağlı çoxdur, qanacağı artıqdır, bu zindəganlıq davasında düşmənə artıq gəlib, onun ruzusunu günü-gündən azaldıb, bədənini zəifləndirib, cürbəcür naxoşluğa düçar edib, axırda tələf edər. Çünki ağıl və qanacaq artıq olmağı elm təhsil etmək ilədir, ona görə biz müsəlman qardaşlarımıza “oxuyun, elm təhsil edin!” -deyəndə zikr olan zindəganlıq davasından ötrü deyirik ki, bu davada müsəlman qardaşlarımız məğlub olub axırda puç olmasınlar.
Faiq Ələkbərov Zərdabinin milli ideologiyanı formalaşmasına təsirindən bəhs edir.
XIX əsrin ikinci yarısında milli ideyaların rüşeymlərinin və milli ideologiyamızın yaranması prosesində Həsən bəy Zərdabi (1842-1907) və onun “Əkinçi” qəzetinin müstəsna əməyi olmuşdur. Fikrimizcə, əgər biz milli ideyalardan, milli-mənəvi dəyərlərdən bəhs ediriksə, H.B.Zərdabi və “Əkinçi” bir-birindən ayrı tutula bilməz. H.B.Zərdabinin çağdaşlarından başlıca üstünlüyü də, milli ideyaları ortaya qoymaq üçün daha əlverişli bir vasitəni - mətbuatı seçməsi idi. Mətbuat xalqın kütləvi şəkildə maariflənməsi, türk millətinin oyanışı, milli və dini birlik ideyasının yayılması baxımından çox önəmli idi. Ən vacib məqam odur ki, “Əkinçi”nin dövründə köhnəpərəstlərə qarşı bütöv bir yenipərəstlər cəbhəsi yarandı. Artıq Azərbaycan ziyalıları tək-tək (A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov və b. kimi) deyil, sxolastik dünyagörüşə və mühafizəkarlığa qarşı, müəyyən mənada, bir mövqedən mübarizə aparmışdılar.
Bu baxımdan, Zərdabi yalnız milli mətbuatın banisi deyil, o həm də, milli ideologiya əsasında, 1918-ci ildə yaranan Azərbaycan Cümhuriyyətinin qurucularının ideoloqudur.
Ümumilikdə, Zərdabinin Qafqaz müsəlmanlarının-türklərinin maariflənməsi, oyanışı və milli birliyi uğrunda apardığı mübarizə iki başlıca amilə:
1) Azərbaycan türklərinin millət kimi formalaşmasına, yəni siyasi-ideoloji mənada, milli birliyin-millətin yaranmasına;
2) Qafqaz müsəlmanları arasında, başda türklər olmaqla milli birliyin yaranması yolunda islamın müsbət rol oynaya bilməsi işinə xidmət etmişdir.
Fikrimizcə, bu iki məsələ - millətin formalaşması və milli birliyin yaranmasında islamın rolu Zərdabinin yaradıcılığında vəhdət təşkil etmişdir. Bu baxımdan, Zərdabinin “müsəlman”, “müsəlman milləti” və s.ifadələri “türk”, “Qafqaz türkləri”, “türk milləti” anlayışlarının sinonimi kimi başa düşülməlidir. Əslində, ana dilinin və millətinin adının “türk” olduğunu bildiyi, üstəlik, “Əkinçi”də tez-tez doğma dilini “türk dili” adlandırdığı halda, yalnız “millət” məfhumu baxımından Zərdabinin “Qafqaz müsəlmanlan”, “müsəlman”, “islam milləti” anlayışlarından istifadə etməsi təsadüfi deyildir.
Zərdabi“Əkinçi”yəyazdığməqalələrinin birində bu məsələyə müəyyən qədər aydınlıq gətirməyə çalışmnun fikrinə görə, qədim dövrlərdə Qafqaz Asiya ilə Avropa arasında bir körpü rolunu oynamışdır. Asiya qitəsində əhali çoxaldıqca Qafqazdan köçüb Avropaya gedirmiş. Ancaq bununla yanaşı, həmin tayfalardan bəziləri Qafqazda məskunlaşmışlar. Zərdabiyə görə, sonra Qafqaza ərəblər gəlib və buranın əksər əhalisini islamlaşdırmışdır. Lakin Qafqaz millətlərinin əksəriyyəti islamı qəbul etsələr də, etnik tərkibin rəngarəngliyi onların bir millət kimi birləşməsinə əngəl olmuşdur. Bu baxımdan, Zərdabi də Bakıxanov kimi Qafqazda yaşayan xalqların etnik müxtəlifliyini nəzərə alaraq, daha çox “müsəlman” anlayışından istifadə etmişdir. Eyni zamanda, bu dövrdə türklərin özlərini müsəlman kimi qələmə vermələri, həddən artıq islam təəssübkeşliyi ilə bağlı idi. Zərdabi də XIX əsrdə, “müsəlman”, “islam milləti” anlayışının cəmiyyət daxilində hökm sürdüyü bir zamanda, birdən-birə Azərbaycan türk millətindən söz aça bilməzdi. Əlbəttə, bu dövrdə Zərdabi, Axundzadə, Bakıxanov, Zakir və başqa ziyalılarımız sadə rəiyyətdən fərqli olaraq, Qafqaz müsəlmanlarının əksəriyyətinin türk mənşəli olmasını daha yaxşı anlayırdılar. Bu baxımdan Zərdabinin bir türk kimi, türkcə qəzet nəşr etməsi və burada türk dilini özünə doğma sayması təbii idi. Zərdabi “Əkinçi”nin ilk sayındaca rus dilində olan hökumət qərarlarının, fərmanlarının doğma türk dilinə tərcümə edildiyini bildirmişdir: “Məzkur qərardadı biz öz türk dilimizə tərcümə etmişik”.
Zərdabi “Əkinçi” qəzeti bağlandıqdan sonra, məcburi şəkildə uzun müddət ictimai fəaliyyətdən uzaqlaşsa da, XIX əsrin sonlarına yaxın yenidən fəal şəkildə millətinə xidmət etməyə başlamış, “Kaspi”, “Həyat” və b. qəzetlərdə milli ruhlu məqalələrlə çıxış etmişdir. Bu baxımdan, H.Zərdabinin “Əkinçi”dən sonrakı fəaliyyəti də millətinin oyanışı və inkişafı ilə bağlı olmuş, o, həm bir çox çağdaşlarının (N.B.Vəzirov, S.Ə.Şirvani, Əhsənül Qəvaid və b.), həm də yeni nəslin (Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Ağa oğlu və b.) milli ruhda yetişməsində və formalaşmasında müstəsna rol oynamışdır. Təsadüfi deyil ki, çağdaşları ilə yanaşı, XX əsrin əvvəllərində yaşamış bir çox tanınmış ziyalılarımız da - Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, Ə.Ağaoğlu, Ə.M.Topçubaşov və başqaları H.Zərdabini özlərinin müəllimi, ustadı saymışlar.
XIX əsrin ikinci yarısında M.F.Axundzadə və H.Zərdabi qədər olmasa da, milli ideologiyanın təşəkkülü prosesində və Qərb mədəniyyətinin təbliğində bu və ya başqa dərəcədə rol oynayan mütəfəkkirlərimiz - S.Ə.Şirvani, N.B.Vəzirov, Ə.Gorani, Ə.Heydəri, Ə.Qəvaid, Cəlal və Kamal Ünsizadə qardaşları və b. olmuşdur. Bu ziyalılar öz yaradıcılıqlarında proqramlı şəkildə milli ideologiya adına çalışmasalar da, ancaq onların bəzi əməlləri təşəkkül tapmağa başlayan miili ideyalara xidmət etmişdir. Daha doğrusu, bu kimi mütəfəkkərlərimizin bəzi ideyaları Qafqaz və Azərbaycan türklərinin inkişafında, milli mənsubiyyətlərini dərk etməsində, bir millət kimi formalaşmalarında istiqamətverici rol oynamışdır. Şübhəsiz, onların nisbətən milli yol tutmalarında həməsrlərinin, o cümlədən, A.A.Bakıxanov, Q.Zakir, M.Ş.Vazeh, M.F.Axundzadə və H.Zərdabinin təsiri də çox olmuşdur. A.A.Bakıxanovun davamçıları - Mirzə Adıgözəl Qarabağlı, Əhməd Hüseynzadə və b. Azərbaycana aid yeni tarixi kitablar, Axundzadənin davamçıları - N.Vəzirov, Ə.Haqverdiyev və b. dram əsərləri, Zakir və Vazehin davamçıları -S.Ə.Şirvani, Sabir və b. ictimai-satirik tənqidi şeirlər, Zərdabinin davamçıları - “Həyat”, “İrşad” və b. mətbu orqanları ortaya qoymaqla, həm onların üslublarını, həm də ideya xətlərini davam etdirmiş oldular. Əlbəttə, burada müəyyən üslublara uyğun şəkildə milli özünüdərkin inkişaf etdirilməsi nisbi idi, bütövlükdə isə A.A.Bakıxanov, M.F.Axundzadə, H.B.Zərdabi və başqaları milli ideya cəhətindən onların hər birinə təsir göstərməyi bacarmışlar.
Həsən bəy Zərdabi və azərbaycançılıq
Reviewed by Zardob
on
28.5.20
Rating:

Hiç yorum yok: