Həmişə pis vəziyyətə düşən, çox ağıllı gənc qadının ironik hekayəsi. O, bü vəziyyətə ətrafındakıların sadəlövh ağılsızlığından düşür? Şübhəsiz!
Özünün
qəmgin firavanlığından, miskin kübar varlığından bir baş
üstün olan intelektual qadın haqqında möhtəşəm (və dünya
ədəbiyyatında ilk) kitab? Əlbəətə ki!
Və
nəhayət, bir neçə dəfə ekranlaşdırılmış və bu yaxınlarda
yendən parlaq ekran həlli ilə ikinci həyat əldə etmiş roman?
Sözsüz ki!
Söhbət
nədən gedir? “Emma”.
XIX əsrin parlaq yazıçısının əsərlərindən ən istehzalı,
ən sarkazımlı, ən sərrast romanı.
Oxumağa başlamazda öncə
diqqətinizi toplayın, çalışın kənar aləm sizə mane olmasın
... Yox, qorxmayın, nə inteqral, nədəki diiferesial həll
eməyəcəksizniz, heç balaca kvadrat tənlik də deyi.... Bu Ceyn
Ostenin incə, sarkazmla dolu ironik dunyasıdır... O, sizi mürəkkəb
dünyamızın sadə həyatına aparacaq, bu sadəliyi möhtəşəm
söz oyunu ilə bəzəyəcək... sözlərin mənası dəfələrlə
dəyişəcək – hərənin öz baxış bucağına görə... Sadə
sözün möhtəşəm mənası gözləriniz önündə canlnacaq,
təxayülünüzü məşğul edəcək ifadələr sizə zövq verəcək.
Ceyn
Ostenin Emması tamamlə başqa dünyadır. Bu dünyada bol musiqi
var, rəsm və tikmə sənəti var, həm də seçim var... nə olsun
ki, bu seçim nahar dəvətinə palatarların seçimidir. Nə qədər
desəniz gözəl kişilər, elə onlardan az olmayan qadınlar da
var... nə olsun ki, xarakterləri heç də həmişə özləri kimi
gözəl deyil. “Emma” bu reallıqdır – bu reallıqda ərə
getmək qadının həyatda yeganə təyinatıdır, qonşuya qonaq
getmək isə – həftə ərzində yeganə əyləncəsi.
Ceyn Ostenin
dünyasında qeyri-adi heç nə yoxdur... Heç müsbət, yaxud mənfi
qəhrəman da yoxdur.... Amma həyat var, sadə bir həyat, burada
sevən də var sevilən də, sevgisi daşa dəyəndə, təkəbbürlü
insan da vər, təmiz saf urəklisi də, yaşlaşaraq uşaqlaşmış
qoclar da var, onlara hörmət etməyi bacaran insanlar da.... Sadəcə
həyat var... Öz gündəlik axarı ilə axan bir həyat... O şəxslər
xoşbəxtdir ki, öz sadə həyatına, müsbət və mənfi
cəhətlərinə gülə bilir, ironiya ilə baxa bilir. Emma
əsil ingilis yumorunun və dumanlı ironiyasının nümunəsidir.
Ceyn Osten yeri gələndə öz personajlarını lağa da qoya bilir.
Virciniya Vulfa görə:
„Sanki, Ceyn Osten öz qəhrəmənlarını yalnız bir məqsədlə yaradır: öz məmnunluğunu təmin etmək və onların boynunu vurmaq üçün.“
Sözləri
sevirsiniz? Düşünmək istəyirsiniz? Təxayülnüzə güc vermək
isəyitsiniz? Onda Osten Ceynin ironiya və sarkazm dolu dünyasına
xoş gəlmişsiniz..
Kitabdan
sitatlar
Zəif
beyinlərə səpilmiş şöhrətpərəstlik toxumu fəlakətli
cücərtilər verir.
*
* *
Gənc
qıza hədsiz ümidlər təlqin etməkdən daha asan heç nə yoxdur.
*
* *
Xeyirxahlıq
kimi keyfiyyətin əhəmiyyətini kiçiltmək lazım deyil, çünkü
bu insanın xasiyyət və vərdişlərinin incəliyindən xəbər
verir, özü haqqında təvözökar və digərləri haqqında
qərəzsiz düşündüyünü bildirir.
*
* *
Hər
bir kişinin xəyallarının hüdüdu məhz gözəl, ağlını çətinə
salmadan hislərini oxşayacaq bir qadınla məhdudlaşır.
*
* *
O
vaxta kimi ki, kişilər gözəlliyə daha fəlsəfi yanaşmanı,
xarici gözəlliyi nəzərə almadan ağıllı və savadlıları
sevməyi öyrənməyəcəklər, Harriet kimi qəşəng qızlar onları
məftun və heyran edəcək
*
* *
Bu
həmişə belədir. Bəşəriyyətin bir yarısı digər yarısının
bəyəndiyiklərini anlamır.
*
* *
Vacib
olanı odur ki, mərhəmət hissi bizdə bu insanlara bütün
gücümüzlə kömək etmək istəyi oyatsın, əks halda bu, ürəyi
incidən böş mərhəmətdən başqa bir şey deyil.
*
* *
Mən
füsünkaramsa bu hələ ərə getmək üçün əsas deyil - bunun
üçün başqalarının da, heç olmasa birinin, məni füsukar
sayması lazımdır.
*
* *
Elə insanlar var ki, onlara kömək etmək ziyandır: onlar üçün
nə qədər çox edirsənsə, onlar özləri üçün daha az nəsə
etməyə meyilli olurlar.
*
* *
Oxumaqdan
çənə vurmaq daha asan idi; xəyallara sərbəstlik verərək onun
gələcəyini təsəvvür etmək və planlar qurmaq, onun düçüncəsini
aydın gerçəkliklə zənginləşdirərək inkişaf etdirməyə səy
göstərməkdən daha xoş idi.
*
* *
Əgər
yanında sənə pərəstiş edən qadın varsa mələk olmaq
çətindir.
*
* *
Düz
sözümdür, Emma, əgər siz, öz bu cür ağlınızla cəfəngiyyat
danışırsınzsa, mənim razılaşmaqdan başqa yolum qalmır. Ağılı
bu sür istifadə etməkdənsə, beyinsiz olmaq daha yaxşıdır.
*
* *
Onun
kübarlığını qoruması daha qiymətlidir. İnsan nə qədər
yaşlıdırsa, özünü apara bilməsi daha əhəmiyyətli olur və
yaşlaşdıqca qeyri-təmkinlilik, kobudluq, yöndəmsizlik daha gözə
çarpan və iyrənc olur. Cavanlıqdakı pis xüsusiyyətlər insan
qocaldıqda ondan uzaq durmağa vadar edir.
*
* *
Onun
qismətində seçməyin, kiminsə sizi seçməsindən daha gözəl
olmasına əmin olmaq var idi; bu zaman siz kiməsə minnətdarlıq
hiss eləmirsiniz, əksinə minnətdar olmağı başqasına
öyrədirsiniz.
*
* *
Özündən
uzaqlaşdıran xüsisiyyətdi, - o dedi.- şübhəsiz, bəzən çox
rahatdır, amma hər zaman xoşagəlməzdir. Qapalılıqda ümid var,
amma cazibə yoxdur. Qapalı insanı sevmək mümkün deyil.
*
* *
Tanaşlığın
dərəcəsini təyin etmək - xanımın əzəli imtiyazıdır.
*
* *
Sizi
əmin edirəm, cəmiyyətdəki ən səs-küylü şöhrətim, şəxsi
həyatımdakı ən kiçik itkilərimi əvəz edə bilməz.
*
* *
Harriet
o insanlardan idi ki, bir dəfə sevirsə, artıq sonra həmişə
sevəcək; onu olmasa da, bir başqasını.
*
* *
İnsan
təbiəti müstəsna vəziyyətdə olanlara o qədər xeyirxahdır
ki, gənc yaşlarında evlənənlər yaxud ölənlər haqqında
hökmən yaxşı söz deyəcəkdir.
*
* *
Bu
yaxşıdır, yoxsa pis, bilmirəm, amma, axmaqlıq hamının gözü
qarşısında, utanmadan, ağıllı bir insan tərəfindən edilirsə,
artıq axmaqlıq kimi görünmür. Pislik hər zaman pislikdir, ancaq
axmaqlıq hər zaman axmaqlıq deyil – bu onu edənin kimliyindən
aslıdır.
*
* *
Sağlam
düşüncə boş vaxtlarında da özünü məşğul etməyə nəsə
tapır və aza qane olur.
*
* *
O
həm davamlı olanı əldə edə bilmişdi, həm də ötəri olanı —
həm pul, həm də məhəbbət və xoşbəxt olmağa haqqı var idi.
*
* *
Sevgi
acı ayrılıq anını yubandırmaq üçün istənilən münasib
bəhanədən yapışmağa həmişə şaddır.
*
* *
Olacaqlar
nə qədər tez olsa, bir o qədər yaxşıdır.
*
* *
Daima
yanında hər şeyi sizdən yaxşı edən yaxın rəfiqənin olması
- bu bədbəxtlikdir!..
*
* *
Mən
musiqini sevgidən, qulaqların həzzini gözlərin ləzzətindən
üstün tutan, onun üçün gözəl səslərin mənim hisslərimdən
daha anlaşılan olan kişini bağışlamazdım.
*
* *
Zərif
ruh qədər heç nə insanı özünə əsir etmir, - o, sonra, tək
qaldıqda, öz-özünə fikirləşdi.- Onun ecazkar qüvvəsinin tayı
bərabəri yoxdur. Zərif ruh, ürək yumuşaqlığı, özünü
nəvazişli, açıqürəkli tutmaq bacarığı ilə birləşdikdə
dünyanın ən sərvaxt bir ağlından min dəfələrlə ecazkardır.
*
* *
Hər
kişinin öz həyat yoldaşında görmək istədiyi açıq xasiyyət
onda yoxdur.
*
* *
Tam
xoşbəxtlik, hətta xatirələrdə belə, nadir hallarda olur.
*
* *
Günah
ardınca cəzanı gətirir, amma bununla günah aradan qalxmır.
*
* *
Bu,
mənim anladığım qədər, sirdir, - o dedi.- Belə məsələlər
həmişə sirr sayılır, ta ki, bunun hamıya çoxdan məlum olduğu
aydınlşana qədər.
*
* *
Hamı
ilə dostcaslna münasibət, amma hamı ilə dostluq etməmək
kişinin ləyaqətinin tərkib hissəsidir.
*
* *
Onun
zəngin olması bir həqiqətdir, çünki o, bütov bir xəzinəyə -
mənəvi zənginliyə malikdir.
*
* *
Mən
həmişə özümə qarşı ən yaxşı münasibətə layiqəm, başqa
münasibətə dözmərəm.
Tərcümə: Cəmil Əsədov
Öz qəhrəmanlarının “boynunu vuran” yazıçı - Ceyn Osten
Reviewed by Zardob
on
23.5.20
Rating:
Hiç yorum yok: