Weather forecast for Zardab

Zərdab Qafqaz müharibəsi illərində - 2

XIX əsrin əvvəllərində, Qafqaz müharibələrində münaqişələrin içərisində olmuş və qarışıq bir dövr yaşamış Zərdabın adına arxiv sənədlərində də rast gəlinir. Bu arxiv sənədlərinin bəzilərinin qısa xülasəsini təqdim edirik.


  • 15 oktyabr 1820-ci ildə polkovnik Mişenko general leytenant Paskeviçə yazdığı hesabatda bildirir ki, Mustafa xan öz əyalına Cavaddan İrana keçmək haqqında göstəriş verib. Xan Əlvənd kəndində olan qaynı Abdul bəyə tapşırır ki, Zərdab kəndinə getsin və oradan oğlu Əliqulu bəyi götürərək birlikdə Cavada gəlsin. Əliqulu bəyin ətrafında olan bəylər və atlılar onunla getmək istəməyib və evlərinə dağılışıblar. Cavada Əliqulu bəy və Abdul bəy nökərləri ilə birlikdə yollanıblar.
  • General leytenant Paskeviçin general Yermolova 13 noyabr 1826-cı il tarixli hesabatından: Kapitan Lazarevin və praporşik Aşın verdiyi məlumatlara görə, Zərdabdan aşağıya, Əlvəndə doğru manelər olduğu üçün, qoşunlarımızın Zərdabdan bir-neçə verst yuxarıda yerləşdirmək daha əlverişlidir. Kapitan və praporşikin fikrincə manelər bunlardan ibarət idi: 1) bu ərazidə yaxşı otlaq sahələri yoxdur; 2) ağaclar çox azdır; 3) dəyirmanlar daha uzaq olacaq (ən azı 50 verst); 4) rahat keçidlər yaratmaq çox çətindir, çünki bu ərazidə Kürün sahilləri olduqca dik və çay çox genişdir. Zərdabdan yuxarıda isə bol otlaq yerləri kifayət qədərdir, ağac və qamış çoxdur və bu səbəbdən bərə qurmaq rahat olacaq. Dəyirmanları isə kişik Göyçay çayından 35-50 verst məsafədə yerləşdirmək mümkündür.
  • Zubovun yazdığına görə, 1927-ci ilin qışında Kür sahillərindəki dəyirmanların və mağazaların mühafizəsi üçün Zərdab və Əlvənd arasında iki kazak polku və 4 artilleriya silahı yerləşdirilmişdir. Həmçinin Zərdab və Şuşa arasında nəqliyyatın hərəktini təmin etmək məqsədilə, Milçanovun başçılığı ilə Ağ Oğlanda kazak polku və 4 artlleriya silahı ilə birlikdə 6 gürcü polku yerləşdirilmişdir.
  • Zubov yazır ki, may ayının 1-də Zərdab və Ağcabədi arasında yüzə yaxın yüklü at qaçırılmışdır.
  • Vasili Alekseyeviç Pottonun yazdığına görə, 1927-ci ildə Qarasubasar mahalının Zərdab və Ləki kəndlərinin sakinləri bir rus eskadronunu ərzaqla təmin edirdilər. Potto həmçinin yazırdı ki, yerli kəndlilər və balıqçılar kiçik gəmilər vasitəsilə rus qoşunlarının Kür çayında hərəkətinə yardım edirdilər. 1927-ci ilin avqust ayında kəndlilər öz qayıqlarında təxminən 5 minlik heyəti olan piyada briqadasını Salyandan Zərdaba aparmışdılar.
  • Frolovun yazdığına görə, oktyabr ayında Qafqaz müharibəsinə cəlb edilən Qaradənizçilər, qış aylarında Əlvənd və Tilanköyün kəndlərində yerləşmişdilər.

          Hazırladı: Bəxtiyar Əsədli

Zərdab Qafqaz müharibəsi illərində - 2 Zərdab Qafqaz müharibəsi illərində - 2 Reviewed by Bəxtiyar on 21.7.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.