Weather forecast for Zardab

Sosialist Əməyi Qəhrəmanı Seyfi Mehrəliyev

Sosialist Əməyi Qəhrəmanı 1991-ci ilə qədər SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən ali fəxri addır. Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş ilk şəxs Stalin (20 dekabr 1939-cu il) olmuşdur. Zərdab rayonu sakini Mehrəliyev Seyfi Seyid oğlu da bu fəxri ada layiq görülmüşdür.


 Mehrəliyev Seyfi Seyid oğlu 1900-cü ildə Göyçay qəzasının Lələ Əhmədli (Zərdab rayonunun indiki Dəli Quşçu) kəndində anadan olub. 1937-ci ildən 1971-ci ilədək Dəli Quşçu kəndinin “Partiyanın 18-ci qurultayı” kolxozunda sıravi kolxozçu, çoban və briqadir işləyib. Kolxoz sonralar "Bakı fəhləsi" adlandırılmışdır. Seyfi Mehrəliyev 1941-1945-ci illər müharibəsi dövründə döyüşən ordunun ərzaq və geyimlə təchiz olunmasında böyük fədakarlıqlar göstərib. Müharibədən sonra da qoyunşuluq sahəsində yüksək nəticələr göstərib. 1948-ci ildə 405 ana qoyun böyüdərək hər 100 ana qoyunda 121 quzu alıb və saxladığı quzuların diri orta çəkisi 40,1 kq olub. 24 iyun 1949-cu il tarixdə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanı ilə yüksək heyvandarlıq məhsuldarlığı əldə etdiyinə görə “Partiyanın 18-ci qurultayı” kolxozunun baş çobanı Seyfi Mehrəliyev Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülüb, “Lenin” ordeni və "Oraq və Çəkic" medalı ilə təltif edilib.
 1971-ci ildən İttifaq əhəmiyyətli fərdi pensiyaçı olub. 08 mart 1977-ci il tarixdə Dəli Quşçu kəndində vəfat edib.

 Sosialist Əməyi Qəhrəmanı Seyfi Mehrəliyev


Sosialist Əməyi Qəhrəmanı Seyfi Mehrəliyev Sosialist Əməyi Qəhrəmanı Seyfi Mehrəliyev Reviewed by Bəxtiyar on 13.8.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.