Karl Şulst 1861-ci ildə ailəsi ilə birlikdə Zərdab
kəndində yaşayıb və öz xatirələrini “Qafqaz” qəzetində çap etdirib.
Zərdab kəndi,
11 avqust 1861-ci il. “Qafqaz” qəzetinin 41-ci nömrəsində Xəzər dənizində baş
verən geoloji hadisə barədə məlumat dərc olunmuşdu;--orada yenə də ada yaranıb.
Bizdə də təbiət
insanların iştirakı və hətta yerli hakimiyyətin icazəsi olmadan bir iş
görüb—bizlərə yeni sərvət bəxş edib. Mayın 12-də baş verən zəlzələdən sonra
Kürd-kənd kəndi yaxınlığındakı Gözəl-Cühür-Axmazı adı ilə tanınan, lap azacıq
suyu qalan limanda böyük miqdarda ağ, təmiz və acı olmayan duz əmələ gəlib. Həmin
yer Zərdabdan iki ağac yarımdan da az məsafədə yerləşir (1 ağac təxminən 6,5
km-ə bərabərdir--tərcüməçi);--hər nə isə, burada əmələ gələn duz, yemək üçün
çox yararlıdır, buna görə də əhali bu duzu torbalara yığıb heyvanların belində
və ya arabalara yükləyib daşıyır və onlar əməlli-başlı duz ehtiyatı yaradıblar.
Bekara,
keyfiyyətsiz duzun puduna 40 qəpik ödənilməli olan yerlərdə bu tapıntı, əlbəttə
ki, çox əhəmiyyətlidir.
Sizə göndərdiyim
keçən dəfəki məktubumda (“Qafqaz” qəzeti, 1861-ci il, 58) mən bizim yerləri,
onun sağlamlıq üçün əlverişsiz olması barədə giley-güzarlardan müdafiə etmişdim
və çalışmışdım ki, həm özümü, həm də sizləri əmin edim ki, bizlər burada
sağlamıq, xəstələnmirik.
Amma deyəsən,
mən iqlimimizi gözə gətirdim: bütün bu təriflərimin əvəzində o mənimlə özünəməxsus
şəkildə haqq-hesab çəkdi. Çox keçmədən sərin küləklər əsdi və özü ilə bizləri
qızdırma-titrətməyə düçar etdi: baxırsan ki, onu orada yıxdı, bunu burada
yıxdı.
Ümumiyyətlə,
qeyd etmək lazımdır ki, bizlərdə avqust və sentyabr sağlamlıq üçün əlverişli
aylar deyil.—Hazırda elə bir gün olmur ki, məsləhət almaq üçün 5-6 nəfər həkimə
müraciət etməmiş olsun,--hamısı da qızdırma-titrətməli.
Siz artıq mənim
birinci məktubumdan bildiniz ki, Zərdabda günlərimiz şən keçmir; indi isə tamam
süstlükdür; başımızı qatan yeganə şey odur ki, taxıl daşıyan kirjimlər (əsasən
Xəzər dənizinin sahili boyunca üzən, 2 min puda qədər yük daşıya bilən tək
dorağaclı, yastıdibli gəmi—tərcüməçi) demək olar hər gün biz tərəflərə üzüb gəlirlər.—Gələcək
məktublarımda bu yerlərin adət və ənənələrini təsvir etməyə çalışacağam; ola
bilsin ki, həm də bu məmləkətin məhsuldarlığından və səmərəliliyindən də nəsə
yazdım.
Karl Şultse, “Qafqaz” siyasi və ədəbi qəzeti, 24 avqust 1861-ci il, nömrə 66.
Tərcümə: İsaməddin Əhmədov
Zərdab kəndi 1861-ci ildə. Karl Şulstun qeydləri. (II yazı)
Reviewed by Bəxtiyar
on
31.8.20
Rating:
Hiç yorum yok: