Əlvənddə anadan olan Abdulhəmid əş-Şirvani Məkkədə, Həzrəti Xədicə anamızın türbəsi önündə dəfn edilmişdir.
Belə ki, Azərbaycanda yaşayan M.Yahyayevin şəxsi
arxivindəki sənəddə alimin adı Abdulhəmid Hüseyn Əli əş-Şəfi əş-Şirvani əl-Əlvəndi
kimi qeyd edilmişdir. Səudiyyə Ərəbistanının kitabxanasında isə əş-Şirvaninin
özü tərəfindən şəxsən köçürüldüyü “Cəmul-Cəvami” əlyazması saxlanılmaqdadır. Əsərin
sonunda müəllifin imzası əl-Əlvəndi olaraq verilmişdir. Kamran Abdullayev Əlvəndin
Şirvan bölgəsinin cənubunda yerləşən müasir Zərdab rayonunun bir kəndi olduğunu
da qeyd etmişdir. Abdulhəmid əş-Şirvaninin bu günki Dağıstan ilə isə hər hansı
bir əlaqəsi tapılmamışdır.
XIX əsrdə yaşayan Abdulhəmid əl-Əlvəndinin
qaynaqlarda doğum tarixi haqqında məlumat yoxdur. Bəhs edilən əlyazma əl-Əlvəndi
tərəfindən Misirdə köçürülmüş və tarix olaraq 124 yazılmışdır. Bu tarixi 1240,
yəni 1825-ci il olaraq qəbul edərək, 1884-cü ildə vəfat edən əl-Əlvəndinin
1800-cü illərin əvvəllərində anadan olduğu ehtimal edilir.
Əl-Əlvəndinin həyatı ilə bağlı məlumat verən tələbəsi
Məhəmməd əl-Kazani, onun əvvəl Şirvanda, sonra isə İstanbulda və Misirdə,
Mustafa əl-Vədəni və İbrahim əl-Bacuri kimi alimlərin yanında təhsil aldığını
bildirir. Abdulhəmid əş-Şirvani daha sonra Məkkəyə köçmüş və ömrünün sonuna qədər
orada yaşamışdır. Əhməd Səid ən-Naxşıbənd xəttatlıq ilə də məşğul olan əş-Şirvaninin
müəllimi olub.
Abdulhəmid əş-Şirvaninin məlum olan tək əsəri “Havəşi
Tuhfətil-Muhtəc bi-Şərhil-Minhəc” əsəridir. Eyni zamanda həm Qafqazdan, həm də
digər dövlətlərdən olan xeyli sayda tələbə yetişdirmişdir. Cəfər əl-Qubavi, Sultan
Həşim əd-Dağıstani, Abdilkərim Həmzə əd-Dərbəndi və digər tanınmış alimlər
Abdulhəmid əş-Şirvaninin tələbələri olmuşdur.
1884-cü ildə (26 zilhiccə 1301/17) Məkkədə vəfat
edən Abdulhəmid əl-Əlvəndi Mualla qəbiristanlığında, Həzrəti Xədicə anamızın türbəsi
önündə dəfn edilmişdir. Dəfn qələbəliklə keçmiş və Əl-Kazani tərəfindən qələmə
alınmışdır.
Hiç yorum yok: