Həsən bəy Zərdabinin oğlu Midhət bəyin həbsindən sonra, həyat
yoldaşı və qızı Fatimə bir müddət Bakı şəhərində yaşayıblar. Hacıağa adlı şəxslə
ailə həyatı quran Fatimə xanımın 08 mart 1950-ci il tarixdə bir oğlu dünyaya gəlib.
Övladlarını Məmmədəli adlandırıblar.
Səfərov Məmmədəli Hacıağa oğlu Bakı şəhərində anadan olub.
Ailə üzvləri, dostları Məmmədəlini Alik adlandırıblar. Ata evi İçərişəhərdə, keçmiş Bakı Soveti metrosu tərəfdə,
Kiçik Qala küçəsində yerləşirdi. Bu evdə az yaşayıb, atası Səfərov Hacıağa on
yeddi yaşında könüllü olaraq müharibəyə gedib və orduda qalaraq xidmətini davam
etdirib. Leytenant Səfərov cəbhədə pulemyot tağımının komandiri kimi
döyüşmüşdür.
Anası ilə birlikdə bir müddət kirayə mənzillərdə, daha sonra
isə Midhət babasının bacısı Qərib Soltanla birlikdə yaşamışdılar. Nənəsi Lidiya
Matveyevnanın dəvətilə Stavropola köçüblər. Lidiya xanım valideynlərinin
funksiyasını üzərinə götürüb, Məmmədəliyə həm ata, həm də ana olubdur.
Nənəsi tərəfindən babası Midhət hər bir şeyin önəmli və
yaxşı bir simvolu kimi xatırlanardı. Təriflənmək lazım gəldikdə “babası Midhətin
surətidir”, tənqid olunduqda isə, “sən niyə belə pissən, baba heç vaxt belə etməzdi" kimi sözləri tez-tez eşidərdi. Nənəsində babası ilə əlaqəsi olan və ya olmayan
keyfiyyət və hərəkətlərin siyahısı vardı: Midhət baba yalan danışmazdı, heç nədən
qorxmazdı, paltarlarını səliqəli saxlardı, verdiyi sözü pozmazdı, bir sözlə hüç vaxt irad tutulası hərəkət etməzdi.
Nənəsinin bacıları gizli olaraq ona söyləmişdilər ki, nənə
babadan “çox əziyyət çəkib”. Söylədiklərinə görə, o çarın tərəfdarı idi, deyərdi
ki, hakimiyyətə avamlar gəldilər, indi hər şey avamcasına olacaq. Lidiya və
qohumları ona çox deyərdilər ki, özünə yazığın gəlmirsə, qızına rəhm et, onu
düşün. Amma Midhət eyni sözü təkrar edərmiş – avamlar və kommunistlər. Söyləyərdi
ki, tüpürüm avam və kommunistlərə, mən qorxmuram. Əgər qorxmayıb hamı bir olsa,
onlar dağılacaqlar.
Uşaqlıq həyatının nüfuzlu şəxslərindən biri də böyük nənə, nənənin
anası Anna Nikolayevna olmuşdur. Böyük nənə həyatında ölən ilk doğma insan,
ölümün soyuqluğunu hiss etdiyi ilk insan olub. Böyük nənə vəfat edəndə Məmmədəlinin
yeddi yaşı var idi.
Kasıb, yoxsul yaşamayıblar. Əsas problem yaşadıqları evin
yararsız vəziyyətə olması və təmir üçün pulun yoxluğu idi. Kitabxanada kollektor işləyən anası Fatimə
cüzi bir maaş alırdı. Hərdən dinə qarşı mühazirələr oxuyaraq əlavə pul
qazanırdı. Atası tərəfindən onlara çox az miqdarda, 15 manat həcmində pensiya,
aliment ödənilirdi.
Otağın divarında Midhət babasının çərçivədə şəkli
asılmışdır. Bu bəlkə də Midhətin yeganə şəkli idi, çünki, həbs olunduqdan
sonra, repressiya qorxusundan onun şəkilləri Lidiya xanım tərəfindən
yandırılmışdır. Şəklin çərçivəsi qiymətli metallardan hazırlanmışdır. Əvvəl çərçivəni
lom şəklində satmağı fikirləşdilər. Amma bu çərçivəyə çox cüzi məbləğ təklif
ediidi. Anasında yeni ideya yaranır və Bakıya yollanaraq Midhətin şəklini müzeyə
satır. Bu pul ilə kiçik də olsa, yeni bir ev inşa edə bilirlər.
Bir müddət sonra yenibən Bakıya köçürlər. Bibisi (babasının
bacısı) Qərib Soltan xanımın himayə edib böyütdüyü bəstəkar Rauf Hacıyev Mədəniyyət
naziri təyin edilmişdir. Qərib Soltan xanımın xahişi ilə və Rauf Hacıyevin köməkliyi
ilə anası Fatimə Bakıda işə düzəlmişdir. Onlara Bakı şəhərində ikiotaqlı mənzil
də verildi.
Bakıda anası ilə deyil, nənəsi Lidiya xanımın mənzilində,
onunla birlikdə yaşayıb. 1969-cu ildə Zərdab şəhər sakini Elxan Vəliyev Məmmədəli
ilə Bakı şəhərində görüşüb və söhbət əsnasında nənəsi ilə yaşadığını Vəliyevə də
söyləyib. Vəliyev özünün ad günü münasibəti ilə təşkil edilən məclisdə Alik ilə
(Məmmədəli ilə) tanış olub. Vədələşib növbəti gün görüşüblər. Alik Vəliyevi
anasının və nənəsinin yaşadıqları mənzillərə aparıb və Elxanı onlarla tanış edib.
1967-ci ildə orta məktəbi bitirib və Azərbaycan Pedaqoji
Universitetinin (İnstitunun) çoğrafiya fakültəsinə qəbul olunub. 1972-ci ildə
institutu bitirib. İnstitutu bitirdikdən sonra orduya çağırılmış, bir il
Çeçenistanda hərbi xidmət keçmişdir. Hərbi xidmətdən sonra hidrometeoroloji
xidmətdə çalışıb. Kabarda-Balkar Respublikasının Aksaut qəsəbəsində,
uçqunlardan əhalinin təhlükəsizliyini artırmaq və ziyanı azaltmaq üçün
yaradılan xidmətdə çalışır. İşi növbəli idi, 2-3 həftə işdə, bir o qədər də evdə
olardı. Sərbəst vaxtlarında mütaliə və şərq döyüş sənəti ilə məşğul
olardı.
Zəmanə dəyişirdi və dağlarda işləmək də çətinləşirdi. Bibisi
oğlu Məmmədəliyə Bakı limanlarının birində işləməyi təklif edir. 1983-84-cü illərdə
işini dəyişdirir, Bulla adasında liman nəzarət kapitanı vəzifəsində çalışır.
İşi yenə növbəli idi və sərbəst vaxtı çox olurdu.
1980-cı ilin payızında Moskvadan Bakıya qayıdarkən, kassalarda
bilet tapmır, vaqon bələdçisi ilə razılaşmalı olur və yol pulunu ona ödəyir. Evə
çatanda həyat yoldaşına söyləyir ki, biletlər kassalardan kənarda ikiqat qiymətə
satılır, işbazlar pulları mənimsəyirlər. Belə ölkə on ildən artıq yaşaya bilməz,
tezliklə SSRİ dağılacaqdır.
Oğlu Hacıağanın təhsili ilə əlaqədar olaraq yenidən ailəsi
ilə birlikdə Stavropol şəhərinə köçür.
SSRİ-nin dağılması barədə proqnozunda bir il yanılır. Rejim
dağıldıqda Robert Cebladze adlı bir mağaza sahibi ilə tanış olur və onun yeni həyatı
başlayır. Bir müddər ticarət ilə məşğul olur və uzun müddət ölkə daxilində və
xaricdə işgüzar səfərlərdə olur.
İşgüzar səfərlərdən savayı, ailəsi ilə birlikdə turist səyahətinə
də yollanıb. İlk səyahətlərini Türkiyə ilə başlayıblar, daha sonra Hindistana,
Parisə, İspaniyaya və digər ölkə və şəhərlərə səyahət ediblər. Səyahətlərdən
sonra yazıçılıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. Paris, İspaniya, Moskva
səfərlərindən xatirələrini qələmə alıb, "Kitabların sirri” kitabının,
Homer haqqında hekayələrin müəllifidir. Bakı haqqında və babaları Midhət bəy və
Məmməd Əli haqqında xatirələrinin də yer aldığı “Və parıltı çay dalğaları rəng
verəcəkdir” romanlarını yazıb. Bu romanlarda bir çox həqiqi faktlar ilə yanaşı,
yazıçı təfəkküründən irəli gələn əlavələr də qələmə alınıb.
Hazırda 71 yaşı olan Məmməd Əli Səfərov ailəsi ilə birlikdə Stavropolda
yaşayır. İki nəvəsi var, oğlu Hacıağa həkimdir. Səfərov və anası Fatimə xanım bir-neçə
dəfə Bakı şəhərinə səfər ediblər. Məmmədəli bəy Bakıya sonuncu səfərinə, özünün
bildirdiyinə görə Hənifə xanıma bənzəyən nəvəsi Valeriya ilə birlikdə gəlib, şəhər ilə nəvəsini
tanış edib. Həsən bəy Zərdabinin abidəsi önündə şəkil çəkdiriblər və nəvəsinə ulu
babası Həsən bəyin kim olması barədə danışıb. Bu səfərdə Qurd qapısı qəbiristanlığında
dəfn olunan nənəsi Lidiya xanımın da məzarını ziyarət ediblər.
Bakıda səfərdə olan Fatimə xanımı qohumları Zərdaba dəvət
etmişdilər. Fatimə xanım ilə görüşən qohumu Şərqiyyə xanımın söylədiyinə görə,
hələ də repressiya xofu ilə yaşayan Fatimə xanım Zərdaba getməkdən imtina
etmişdir. İzdihamlı Bakı şəhərinə nisbətən Zərdabda daha tez tanınmasından çəkinmişdir.
Əsərləri: “Ненавистный богам”, ”...И зарево окрасит волны
рек...”, “В чужом родном городе”,
“Москва – 2010”, “Тайны книг”,
“Моя страна – Россия”, “Реквием по державе”, “Путешествие в экзотику”, “Второе путешествие в Испанию. Медейин”, “Париж,
Париж...”, “Прогноз” və sairə.
Hazırladı: Bəxtiyar Əsədli
Hiç yorum yok: