Weather forecast for Zardab

Həsən bəy Zərdabinin kürəkəni, qızı və nəvələri dünyanın ən bahalı məzarlıqlarının birində dəfn edilib

Həsən bəyin kürəkəninin, qızının, nəvələrinin məzarı


 Paris yaxınlığındakı Sen-Klu məzarlığı dünyanın ən bahalı qəbiristanlıqlarından biridir, icarə haqqı da bahadır. O qədər bahalı yerdir ki, yazılanlara görə, 1 kvadratmetr yer 10 min avrodur. Məzarlıqdakı qəbirlər bir neçə mərtəbəlidir. Bu məzarlıqda dəfn olunmağın siyasi əhəmiyyəti də var. Sen-Klu məzarlığında məşhur bəstəkarlar, siyasi və ictimai xadimlər, yazıçılar və sairə dəfn edilib.

 Məzarlıqda 568876 nömrəli məzar var. Məzar beşmərtəbəlidir, məzar daşının üstündə isə dəfn edilən dörd nəfər haqqında məlumat var. Köhnə məzar daşının üstündə "Quran"dan ayələr də yazılmışdı və bu həmin qəbiristanlıqda üstündə ərəbcə yazılar olan yeganə məzar idi.

 Məzarda ilk dəfə olaraq, 1926-cı ildə Həsən bəy Zərdabinin nəvəsi, Əlimərdan bəy Topçubaşovun və Pəri xanımın oğlu Rəşid bəy dəfn olunub. Rəşid bəy Topçubaşov 1900-cü ildə anadan olub, 1918-ci ildə Bakı real məktəbini bitirib. Yeniyetmə yaşlarından müstəqillik uğrunda mübarizə aparanlardan biri olub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri, Paris sülh konfransına yollanan nümayəndə heyəti sədrinin (atasının) şəxsi katibi olub.

 1934-cü ildə Əlimərdan bəy Topçubaşov, 1947-ci ildə Pəri xanım Topçubaşova (Məlikova, Zərdabi), 1977-ci ildə isə övladları Ələkbər bəy Topçubaşov bu məzarda dəfn edilib.

 1993-cü ildə Heydər Əliyev,  2006-cı ildə isə Prezident İlham Əliyev məzarı ziyarət edib. Məzar daşı dəyişdirilmiş, Əlimərdan bəyin qəbirüstü abidəsi qoyulmuşdur. Abidəni heykəltəraş Akif Əsgərov hazırlayıb.

   Bəxtiyar Əsədli

 

Həsən bəy Zərdabinin kürəkəni, qızı və nəvələri dünyanın ən bahalı məzarlıqlarının birində dəfn edilib Həsən bəy Zərdabinin kürəkəni, qızı və nəvələri dünyanın ən bahalı məzarlıqlarının birində dəfn edilib Reviewed by Bəxtiyar on 30.1.21 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.