Weather forecast for Zardab

Zərdaba gedirəm: rayonumuz haqqında 15 maraqlı fakt

Zərdaba gəlməyə hazırlaşırsınız? Zərdab, zərdablılar haqqında bu məlumatlar sizin üçün maraqlı ola bilər.
  1. Azərbaycanın ən dəyərli övladlarından biri Həsən bəy Məlikovun vətəni Zərdab Kür çayının sahillərində yerləşir. Rayonu respublikamızın paytaxtı Bakıdan 231 km məsafə ayırır.  Bir rayon kimi 05.02.1935-ci il tarixdə formalaşa da, XVI əsrə aid tarixi mənbələrdə rayonunun adı çəkilir. 
  2.  Rayonun yerləşdiyi coğrafi məkan - Mərkəzi Aran rayonu Kür-Araz çökəkliyinin Xəzər sahillərindən başlamış 0 metr yüksəkliyə qədər sahələri əhatə edir. Kür çayı üzərində tikilmiş körpü rayonu, Ağcabədi ilə, ümumən isə Qarabağla  birləşdirir. 
  3. Zərdab rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatının taxılçılıq, maldarlıq, pambıqçılıq sahələri təşkil edir. Ərazidə bir şəhər, bir qəsəbə (Bəyimli), 39 kənd bələdiyyəsi fəaliyyət göstərir.
  4. "Zərdab" sözünün mənşəyi haqqında tədqiqatçılar müxtəlif fikirlər yürüdülər. Bir çox mənbələr bu adın fars dilindəki zərd (sarı)ab (su) sözlərindən alındığnı və sarı, zəhərli su mənasında işləndiyini bildirirlər. Ancaq bu izahatdan belə bir sual meydana çıxır: yararlı boş sahələrin çox olduğu halda insanlar hansı səbəbdən «zəhərli, xəstəlik yayan sarı su» adlandırdıqları bir yerdə məskunlaşmışlar. Buna cavabı N.Zeydlis «Bakı quberniyası» kitabında tapmaq olar. O, ilk vaxtlar Zərdab sözünün soyuq su mənasında işlədildiyini qeyd edir. 
  5.  Başqa bir varianta görə isə fars sözü olan zərd birinci halda sarı, ikinci halda isə əti yeyilən quş (ona əncirquşu da deyilir) mənasını verir. Tuqay meşəsi ərazisində salınmış yaşayış məskənində zərd-əncirquşu çox olmuş və bu səbəbdən də zaman keçdikcə bu quşların adı yaşayış məskəninin adına çevrilmişdir. 
  6. Rayon qəzetinin ilk nüsxəsi 1935-ci ilin yanvar ayında «Kolxozçu» adı altında çap edilib. 1966-cı ildən «Pambıqçı», 1983-cü ildən «Əkinçi» adlandırılıb. 
  7. Rayonda ilk məktəb XIX əsrin 80-cı illərində Həsən bəy Zərdabi tərəfindən təşkil edilmişdir. Belə ki, 1878-ci ildə Bakı polis idarəsinin tələbi ilə şəhərdən uzaqlaşdırılan Həsən bəy öz doğma yurduna dönür və burada kiçik bir məktəb təşkil edir, elmi işlə məşğul olur, müxtəlif qəzet və jurnallara məqalələr göndərir.   Hal-hazırda isə təhsil sisteminin əsasını rayonda fəaliyyət göstərən 41 ümumtəhsil, o cümlədən 28 orta, 9 əsas, 4 ibtidai məktəb təşkil edir. Eyni zamanda rayonda 19 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi vardır.
  8. Zərdab ziyalılar torpağıdır. Bura böyük vətəndaş Zərdabinin məskənidir. Onun atası Səlim bəy Zərdab kəndinin yerləşdiyi Göyçay qəzasında xeyriyyəçiliklə məşğul olmuş, elmə, maarifə himayədarlıq etmişdir. Həsən bəyin qardaşı oğlu Rəhim bəy Məlikov Kazan Universitetinin fizika-riyaziyyat fakultəsini bitirmiş, Azərbaycanın ilk professor-fizik olmuşdur.
  9. Müsəlman dram teatrı cəmiyyətinə Hüseyn Ərəblinski və Əbülfət Vəli ilə yanaşı ilk üzv yazılanlardan biri həmyerlimiz Məhəmməd bəy Əlvəndidir.
  10. Tiflis qız gimnziyasını bitirən Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım maarif sahəsində fəaliyyətinə görə "Lenin ordeni" ilə təltif olunmuş ilk azərbaycanlı qadındır.
  11. Bakıda Təzəpir məscidinin axundu olmuş, Zərdabın Qərəvəlli kəndində dünyaya göz açan, Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev, Nəriman Nərimanov, Mustafa bəy Topçubaşovla dostluq əlaqələri olan Şeyx Əbdürrəhman Molla Tağı oğlu dövrünün mütərəqqi fikirli insanlarından idi.
  12. Qürurverici haldır ki, 1967-cı ildə ilk dəfə rəsmi keçirilən Novruz bayramının, 70-ci illərdə geniş yayılmış məhsul bayramının , 1982-ci ilfə Şuşada keçirilən Vaqif poeziya ğünlərinin də ssenari müəllifi və qurluşçu rejisoru həmyerlimiz Məbud İsmaylzadə olub.
  13. 1997-ci ildə Amerika biblioqrafik mərkəzin araşdırmalarına əsasən "İlin adamı" diplomuna və qızıl medala layiq görülmüş görkəmli akademik Böyükkişi Agayev Zərdabın Əlvən kəndində dünyaya göz açıb.
  14. Zərdablılar qonaqsevərdirlər. Əgər Siz rayonumuza qonaq gəlsəniz çəkinmədən istənilən qapını döyə bilərsiniz: sizi gülərüzlə qarşılayıb, içəri dəvət edəcəklər. Əgər siz kimisə narahat etmək istəmirsinizsə rayonun mərkəzində lazımi rahatlığı olan mehmanxana istənilən anda Sizi qəbul edə bilər.
  15. Bu gun zərdablilar və onların qonaqları H.Əliyev adina İstirahət parkının şəlalə və fontanlarla əhatə olunmuş geniş ərazisində istirahət edə, Kür kənarı istirahət zonasından Kür çayını seyr edə bilərlər. Şəhidərin xatirə parkı isə bizim hamımızı yaxın keçmişimizdən dərs almağa çağıran bir məkandır.
Zərdaba gedirəm: rayonumuz haqqında 15 maraqlı fakt Zərdaba gedirəm: rayonumuz haqqında 15 maraqlı fakt Reviewed by Camil Asad on 23.10.16 Rating: 5
Blogger tarafından desteklenmektedir.