
1935-ci ilə qədər Zərdab bölgəsi Göyçay rayonunun
tərkibində idi.Azərbaycan Xalq Təsərrüfatı Uçotu Nəşriyyatı tərəfindən 1933-cü
ildə Bakıda nəşr olunmuş «Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan
Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü»
statistik məlumatından indiki Zərdab rayonu haqqında xeyli maraqlı bilgi əldə
etmək mümkündür. Həmin məlumata əsasən 1933-cü ildə Zərdab bölgəsində 37
yaşayış məntəqəsi olmuşdur. Sosialist Şuralar Cəmiyyətinin 1920-ci ildən hakimiyyətə
yiyələnməsinə baxmayaraq kəndlərdə təsərrüfatlar hələ ümumiləşdirilməmişdir. 14
kənddə bir təsərrüfat belə ümumiləşməmişdi. Təsərrüfatlar fərdi fəaliyyətlə
məşğul olurdular.
1933-cü ildə Zərdab bölgəsində 2180 təsərrüfatda 11846 nəfər
əhali yaşayırdı. Onların 99,5 faizi türklərdən ibarət idi. Ən iri yaşayış
məskənləri Çallı (819 nəfər), Alıcanlı (726 nəfər), Xələc (676 nəfər), Gəlmə
(618 nəfər), Yarməmmədbağı (602 nəfər), Zərdab (594 nəfər), Qaravəlli (413
nəfər) kəndləri idi.
Maraqlıdır ki, əldə olan məlumatlara əsasən 1831-ci ildən 1940-cı ilədək həmişə kişilərin sayı qadınların sayından çox olmuşdur. 1933-cü il də bu sahədə istisnalıq təşkil etmir. 1933-cü ildə Zərdab bölgəsində yaşayan 11846 nəfərdən 6235 nəfəri kişilər idi. Hazırda qadınların çoxluq təşkil etməsi, görünür, müharibələrin soy kökümüzə vurduğu dəhşətli zərbənin, kişilərin qanlı döyüşlərdə kütləvi qırılmasının nəticəsidir.
Zərdablıların ta qədimdən əsas məşğuliyyəti heyvandarlq və əkinçilik olmuşdur. Heyvandarlıqla məşğul olan ailələrin bir qısmi oturaq həyat keçirsə də bir qismi yarımköçəri həyat sürmüşdür. Xüsusilə qoyunçuluqla məşğul olan ailələr yay aylarında yaylaqlara, əsasən də Şamaxı yaylaqlarına köç edər, Şahdağın ətəklərində məskunlaşar, havalar soyuyanda yenidən Arana – Zərdabdakı yurd-yuvalarına qayıdardılar. Əkinçiliklə məşğul olar, buğda, arpa, çəltik, bostan məhsulları becərərdilər.
Maraqlıdır ki, əldə olan məlumatlara əsasən 1831-ci ildən 1940-cı ilədək həmişə kişilərin sayı qadınların sayından çox olmuşdur. 1933-cü il də bu sahədə istisnalıq təşkil etmir. 1933-cü ildə Zərdab bölgəsində yaşayan 11846 nəfərdən 6235 nəfəri kişilər idi. Hazırda qadınların çoxluq təşkil etməsi, görünür, müharibələrin soy kökümüzə vurduğu dəhşətli zərbənin, kişilərin qanlı döyüşlərdə kütləvi qırılmasının nəticəsidir.
Zərdablıların ta qədimdən əsas məşğuliyyəti heyvandarlq və əkinçilik olmuşdur. Heyvandarlıqla məşğul olan ailələrin bir qısmi oturaq həyat keçirsə də bir qismi yarımköçəri həyat sürmüşdür. Xüsusilə qoyunçuluqla məşğul olan ailələr yay aylarında yaylaqlara, əsasən də Şamaxı yaylaqlarına köç edər, Şahdağın ətəklərində məskunlaşar, havalar soyuyanda yenidən Arana – Zərdabdakı yurd-yuvalarına qayıdardılar. Əkinçiliklə məşğul olar, buğda, arpa, çəltik, bostan məhsulları becərərdilər.
Zərdabın Şamaxı yaylaqlarında otlaq sahələri varmış. Nənəm
Şamaxıya köç etmələrindən danışar, Şamaxı qadınlarının həyat tərzindən, şəhər
mühitindən maraqlı söhbətlər edərdi. Yadımda qalan budur ki, nənəm deyərdi:
Şamaxıda güclü zəlzələ baş vermiş, evlər, tikililər hamısı uçub-dağılmış, yerlə
yeksan olmuşdu. Şamaxılı qadınlar bu fəlakətin bir an içində baş verdiyinə,
şəhərin bir göz qırpımında yoxa çıxdığına, külə döndüyünə həsr etdikləri ağılar
söyləyərdilər. Nənəmin hafizəsində onların dilindən söylənilmiş çoxlu ağılar
qalmışdı. Mənim yaddaşımda isə ikicə misra qalıb:
«Səhər bazarlardan gəldi ətimiz,
Günortada qopdu qiyamətimiz».
Bu ağıdan belə anlaşılır ki, səhər-səhər şamaxılılar öz adətləri
üzrə bazara yollanıb nahar yeməyi üçün lazımi bazarlıq etmiş, günortaya yaxın
zəlzələ baş vermiş, o dövrün möhtəşəm şəhərlərindən olan Şamaxının altını
üstünə çevirmişdir.
Maraqlıdır ki, nənəmin dedikləri M.Ə.Sabirin 1902-ci ildə baş
vermiş Şamaxı zəlzələsinə həsr etdiyi «Üç yüz doqquz idi bəd həzar» şeirində
yazdıqları ilə üst-üstə düşür.
M.Ə. Sabirin yazdığından məlum olur ki, Şamaxıda zəlzələ hicri-qəməri tarixi
ilə 1319-cu ildə zülqədə ayının 4-də, qış fəslində, nahar ərəfəsində baş
vermişdir.
Onu da qeyd etmək yerinə düşər ki, zəlzələdən zərər çəkmiş
şamaxılılara ilk yardım göstərən başda Həsən bəy Zərdabi olmaqla onun özünün
yaratdığı xeyriyyə cəmiyyətinin üzvləri olmuşlar. M. Ə. Sabirin həmin şeirində
bu barədə böyük minnətdarlıqla söhbət açılır.
Zərdabda XIX əsrin ortalarından baramaçılıqla da məşğul olmuşlar.
«Bakı quberniyası» kitabında qeyd edilmişdir ki, Zərdab və Əlvənd kəndlərində
ipək məmulatları hazırlamaq üçün 50 dəzgah vardı. Zərdablı qadınlar məşhur
xalça-palaz toxyan olmuşlar. Bu sənətlə keçən əsrin 70-ci illərinədək
qadınların əksəriyyəti məşğul olurdu. Uzun qış gecələrində qadınlar hana
arxasında əyləşər «Göllü» palaz toxuyardılar. O vaxtkı palazlar bazarda bir
camışın qiymətinə satılardı. Gəlin köçən qızların ən qiymətli cehizi «Göllü»
palaz olardı. «Taxta-taxta» adlandırılan palazlar nisbətən ucuz
qiymətləndirilirdi. Qonşu qadınlar yığışıb hana qurulan evin sahibinə köməyə
gələrdilər. Anamın hanasının nişanələri son illərədək saxlanılırdı. Onun
vurduğu ilmələr, cəld hərəkətləri indi də gözümün qarşısındadır. Toxuculuq
alətləri olan kirkisinin, həvəsinin səsi indi də həzin nəğmə kimi qulaqlarımda
səslənir. Qadınlar təkcə xalça-palaz toxumaqla kifayətlənməz, müxtəlif yun
məmulatları da toxuyardılar.
1889-cu ildə Tiflisdə keçirilən məşhur sərgidə Həsən bəy Zərdabi
və həyat yoldaşı Hənifə xanım iştirak etmiş, böyük uğur qazanmışlar. Həmin
sərginin katoloqunda göstərilir: «Zərdabdan gəlmiş H. Zərdabi və xanımı burada
bir çox sənət nümunələri, o cümlədən ipək məmulatı ilə də iştirak edirdilər.
Yerli üsullarla ipəkqurdu yetişdirdiyinə görə Həsən bəy sərginin gümüş medalına
layiq görüldü. Onun ipəkçiliyə dair düzəltdiyi model herbarilər sərginin
girəcəyinin sağ tərəfində qoyulmuşdu. H. Zərdabi sərgiyə qiyməti 29 manat 70
qəpik və 34 manat olan iki ədəd ipək cecim təqdim etmişdi. («Elm və həyat»
jurnalı, 1968-ci il, №11, səh. 15).
Sonradan daha bir fəaliyyət növü zərdablılrın əsas təsərrüfat məşğuliyyətinə
çevrilmişdir ki, bu da biyan kökü istehsalı idi. Təbii çoxalan biyan Zərdabın
demək olar bütün sututar ərazisində yetişirdi. Əvvəllər biyandan ancaq mal-qara
üçün qaba yem kimi, oduncağından isə ocaqda yandırmaq üçün istifadə edirdilər.
Biyan kökü şəkər istehsalı üçün əvəzsiz xam mal kimi kəşf edildikdən sonra onun
sənayedə istifadə olunması zərurəti meydana çıxdı və biyan kökü tədarük etmək
zərdablılar üçün yeni bir istehsal fəaliyyəti növünə çevrildi.
Kür çayı boyunca yabanı surətdə yetişən biyanın şöhrəti sonralar
dünyanın bir çox ölkələrinə yayılmışdı. İşbazlar biyan kökündən külli miqdarda
qazanc götürürdülər. Biyan kökü tədarük edən yerli sakinlərə isə necə deyərlər,
qəpik-quruş qalırdı.
H. B. Zərdabi «Qafqaz kənd təsərrüfatı cəmiyyətinin əsərləri»ndə
(Tiflis, 1893, №8-9) dərc etdirdiyi «Biyan kökü istehsalı» adlı məqaləsində bu
barədə maraqlı faktlar yazmışdır. Məlum olur ki, hələ XIX əsrin ortalarında
Moskva şəhərində yaşayan şamaxılı Qədirağa və Hacı Abdulrəhman adlı iki qardaş
hər biri yüz vedrəyə qədər su tutan 30-a qədər çuqun qazan alıb gətirir və
onları Əlvənd kəndində qurdurur, biyan kökü şirəsi istehsal etməyə başlayırlar.
Səksəninci illərin əvvəllərində bir nəfər alman və Q. Martırosov adlı birisi
Ucar dəmiryolu stansiyası yaxınlığında, Qarabörk kəndində biyan kökü şirəsi
hazırlamağa başlayır. Sonradan Martirosov bu işi Göyçaya köçürür. Ancaq,
əvvəlkilər kimi o da istehsalı genişləndirə bilmir.
Təxminən 1886-cı ildə yunanlı tacir olan Qizi və Xrussaki qardaşları Ləki
stansiyasında xüsusi zavod tikirlər. Onlar biyan kökünü qurudur, sıxır və sonra
da xarici ölkələrə, xüsusilə də Amerikaya göndərirdilər. Bir az sonra Türkiyədə
və bütün Zaqafqaziyada biyan kökü satışını öz əlində birləşdirmiş nəhəng
inhisarçı kompaniya olan Blis firmasından ayrılmış Ukrat və Qadu da müstəqil
yolla Ucar stansiyasında əvvəlcə presləmə, sonradan şirəalma sexi də olan bir
zavod tikdirir.
Kür vadisindəki biyan kökü və ondan alınan şirə Avropaya,
Amerikaya yollanırdı. Qeyd edək ki, bu zavodlarda emal edilən biyan kökünün
tədarükçiləri arasında zərdablılar çox idi. Dəmiryolu yükün daşınması üçün
yaxşı imkan yaratdığı üçün zavodlar əsasən dəmiryol stansiyaları yaxınlığında
tikilirdi. Məhsul isə zavodların yaxınlığındakı qonşu rayonlardan daşınırdı.
1960-cı illərdə Əlibəyli kəndindən olan 90 yaşlı bir qoca bu sətirlərin
müəllifinin : - Sovet hakimiyyətindən əvvəl nə ilə məşğul olurdunuz? - sualını
cavablandırarkən demişdi: Kürün sahilindəki biyanlığı bellə şumlayır, biyan
kökünü çıxarıb torpaqdan təmizləyir, öküz qoşulmuş arabalara yükləyib Ucar
stansiyasına daşıyıb təhvil verirdik. Bu zəhmətin müqabilində qəpik-quruş alıb
dolanırdıq.
Pambıqçılığın, balıqçılığın, bağçılığın, xüsusilə biyan kökü
istehsalının genişlənməsi, Kür çayı gəmiçiliyində rolunun artması ilə əlaqədar
olaraq Zərdab kəndi sürətlə böyüyür. H. B. Zərdabi 1892-ci ildə «Kaspi»
qəzetində yazırdı: «Bizim kəndimizdə 800-ə yaxın ev var, güman ki, Zərdabda beş
minə yaxın adam yaşayır».
Nisbətən böyük kəndlərdə isə təsərrüfatların ümumiləşdirilməsinə
başlanmışdı. Belə təsərrüfatların sayı Məliklidə 74, Gəndəbildə 69, Xələcdə 52
(o vaxt Xələc Zərdabın inzibati ərazi vahidinə daxil idi), Gəlmədə 44,
Burunluda 39, Çallıda 37, Nəzərallıda 36 idi. Zərdab bölgəsində 8 kənd şurası
fəaliyyət göstərirdi. Qeyd etmək lazımdır ki, bu kənd şuraları sonralar kənd
zəhmətkeşlər deputatları sovetinə çevrilmiş, 1977-ci ilədək bu ad altında,
1977-ci ildən SSRİ dağılanadək isə xalq deputatları soveti kimi fəaliyyət
göstərmişlər.
Mirağa BAĞIROV, Zərdab rayon
dövlət arxivinin müdiri,rayon ağsaqqallar şurasının sədri./24.08.2009-zardab.com.az/
KÜRÜN QOYNUNA SIĞINAN DİYAR:HARADAN GƏLİR BU Karvan
Reviewed by Camil Asad
on
23.10.16
Rating:
