Weather forecast for Zardab

Zərdabın tarixi xəritələrdə




Zərdab xəritələrdə

Zərdabın qədim əraziləri

 Müasir Zərdabın yerləşdiyi ərazilər haqqında xəritələr AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu elmi işçisi,  dissertant Taleh Əliyevin  Arxeologiya və Etnoqrafiya jurnalında çap olunmuş (Тarix və onun problemləri,   № 1, 2014) araşdırmaları əsasında hazırlanıb.


   Zərdab rayonu tarix boyu yerli tayfaların məskunlaşdığı ərazilərdən olmuşdur. Arxeoloji və antropoloji materiallar deməyə əsasverir ki, tunc dövründə bu ərazidə Kür çayının sahili boyu torpaqlarla birlikdə Kür - Araz mədəniyyətinin daşıyıcıları məskunlaşmışlar  (xəritə 1).


zardab xarita
      Hazırki Ucar rayonunun ərazisi ilə birlikdə müasir Zərdab e.ə. IV əsrin sonlarında Şimali Azərbaycan ərazisində meydana gəlmiş Qafqaz Albaniyasının tərkibindəki Əcəri vilayətinə daxil olmuşdur. Tədqiqatlar göstərir ki, Zərdab ərazisi Əcəri vilayətinin cənub hissəsini əhatə etmişdir. Vilayətin tarixi adı isə müasir Ucar toponimində özünü qoruyub saxlamışdır. Zərdab ərazisi antik və erkən orta əsrlər dövrünü əhatə edən  Alban-Küp qəbirləri arxeoloji mədəniyyətinin tərkib hissəsidir (xəritə 2).
ZARDAB


   Ərəb Xilafətiz amanında Azərbaycan torpaqlarının tarixi sərhəddi şimalda Dərbənd keçidi, cənubda isə Həmədan – Qəzvin ərazisi hesab olunur. Ərəb Xilafətinin zəifləməsi nəticəsində Kürdən Dərbəndə qədər olanərazilərdə Şirvanşahlar dövləti yaranmış və Zərdab ərazisi XVI əsrin 30-cu illərinin sonuna kimi bu dövlətin tərkibində olmuşdur (xəritə 3).

zərdabın tarixi


    Abdulla  xan Ustaclı XVI  əsrin ortalarında Şirvan bəylərbəyi olduğu  zaman Zərdab ərazisindəki yaşayış məskənləri böyümüş və ərazinin mövqeyi artmışdır. Şah Məhəmməd  Xudabəndənin hakimiyyəti (1578-1587) dövründə Osmanlılar Şirvan ərazisini imperiyanın tərkibinə qatır. Məhz Osmanlı mənbələri Şirvan ərazisi haqqında yazılarında Zərdabın adını qeyd edirlər. Şah I  Abbasın hakimiyyəti zamanı bu torpaqlar yenidən Səfəvilərin ərazisinə çevrilir (xəritə 4). 

Zərdabın tarixi
   
1736-1747-ci illərdə Zərdab ərazisi Nadir şahın yaratdığı Əfşarlar imperiyasının tərkibindəki Azərbaycan vilayətinin bir hissəsi olmuşdur. Nadir şahın öldürülməsindən sonra Zərdab ərazisi Şamaxı xanlığının tərkibində Qarasubasar mahalına daxil olmuşdur (xəritə 5). 

Zərdabın tarixi

  Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsindən sonra bu ərazidə çar Rusiyası tərəfindən Göyçay qəzası təşkil edilmişdir (xəritə 6). 

Zərdabın tarixi

 1886-cı ilə aid “Bakı quberniyasının etnoqrafik xəritəsi”ndə Zərdab ərazisində yaşayan əhalinin bütünlüklə Azərbaycan tatarları olduğu göstərilir. XIX əsr rus tarix şünaslığında Azərbaycan dilində danışan əhaili Azərbaycan tatarları adlandırılırdı. 1903-cü ilə aid “Qafqaz Hərbi dairəsinin Hərbi - Topoqrafiksahəsi” adlı xəritədə Zərdab ərazisi və bir sıra kəndlər qeyd olunmuşdur (xəritə 7). 

Zərdabın tarixi

   Azərbaycan Demokratik Respublikasının mövcud olduğu dövrdə Zərdabın ərazisi Göyçay qəzasının bir hissəsi olmuşdur (xəritə 8 – 9). 


Zərdabın tarixi



Zərdabın tarixi


Zərdabın tarixi xəritələrdə Zərdabın tarixi xəritələrdə Reviewed by Camil Asad on 29.12.16 Rating: 5
Blogger tarafından desteklenmektedir.