Weather forecast for Zardab

Zərdaba gedirəm: Lələhmədli məskəni

Zərdabın  Dəli Quşçu kəndi haqqında bilmədiklərimiz

  Mollakənddən Zərdaba yönələn yolumuzda rayonun özünə məxsuz yaşayış məskənlərindən biri Dəli Quşçu kənddidir. Bəzi mənbələrdə Dəliquşçu kimi də qeyd edilən bu kənd rayon mərkəzindən 3 kilometr aralıda yerləşir. 

Azərbaycan Zərdab rayonunun kəndləri


  Zərdaba Çöl-Ərəb yolu ilə virtual səyahətimizn sonun kəndi olan bu yaşayış məntəqəsi XX əsrə qədərki sənəd və materiallarda Lələhmədli kimi qeyd olunmuşdur. Dövrünün ən nüfuzlu şəxslərindən olan  Lələ Əhməd XVI əsrdə yaşayıb.
  Deyildiyinə görə Lələhmədlilər qədim Quşçu tayfasından olmaqla, müasir Zərdabın Dəli Quşçu (Lələ Əhmədli), Dəkkəoba (Məscidli oba), Qoşaoba (Vəlixanlı, Nəcəfalılı, Hacılı, Qaravəlili), Xanməmmədli və Hüseynxanlı kəndlərini ıhatə edən ərazilərdə məskunlaşmışlar. 
 Qeyd edək ki, indiki Ermənistan adlanan keçmiş Azərbaycan ərazilərində, o cümlədən Dərələyəz, Sürməli mahallarında Quşçu adlı kəndlər olmuşdur. Gəncə (Yelizavetpol) quberniyasının Zəngəzur qəzasında, İrəvan əyalətinin Məzrə və Karbi nahiyələrində də Quşçu adlanan kəndlər varmış. Hazırda Daşkəsən rayonunda Quşçu qəsəbəsi, Yevlax, Tovuz, Şamaxı, Laçın, Göygöl və Dəvəçi rayonlarında bu adda kəndlər var.
   Dəli Quşçu kəndinin yaxınlığından, vaxtı ilə Şamaxıya – Şirvanşahların iqamətgahına gedən, Şah yolu adlanan qədim yol da keçir. 
    Kənddin ərazisində  hələ də sirri açılmamış, çoxlu insan sümükləri olan Ağtəpə adlı bir böyük, bir kiçik təpə də var. Zərdab rayonunun, ö cümlədən də bu kəndin ərazilərində geniş miqyaslı arxeoloji qazıntılar aparılmadığı üçün, bu təpələrin tarixi barədə  konkret fikir bildirmək bir qədər çətindir. Amma mütəxəsislər  burada ilkin ehtimalla  məzarlığın olması qənaətindədirlər. 
  Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Taleh Əliyevin fikirlərincə, “...Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında yazılır: Şamaxı qırğınından salamat qaçan əhali Göyçay qəzasının müxtəlif rayon və kəndlərinə pənah aparmışdılar. Müsəlman əhalinin bir qismi Kürdəmirə gəlmişdi. Lakin bu qırğından təxminən bir ay sonra ermənilər Kürdəmirə hücum edib, evləri yandırdılar. Nəhayət, əhali xilas olmaq üçün Göyçay qəza mərkəzinə qaçmağa məcbur oldu. Lakin Qarasu bataqlığını keçə bilmədiklərindən əksəriyyəti buradaca qırıldı. Qeyd etmək lazımdır ki, qaniçən ermənilər bununla da sakit qalmayıb, onların arxasınca düşür və ələ keçirdikləri uşaq, qoca və qadınları amansızcasına məhv edirdilər. Məhz Zərdab ərazisində, Türyançayın əsas qolu olan Qarasu çayına doğru edilmiş hücumda da müsəlman əhaliyə amansız divan tutulmuşdur. Yerli sakinlərin və 1918-ci ilə məxsus Fövqəladə İstintaq Komissiyasının sənədlərinə əsasən, Zərdabın Dəli Quşçu kəndinin ərazisində həmin soyqırımı qurbanlarının kütləvi şəkildə öldürüldüyü məzarlığın olmasını ilkin ehtimalla söyləmək mümkündür.”
Zerdab Dali Quşçu kəndi
Dəli Quşçu kəndi (foto L.Mahmudov)
  Kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru,  Zərdabişünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Eldəniz Həsənov isə bu fikirlərlə razılaşmır : “ ...əgər Dəli Quşçu kəndi ərazisində “Ağtəpə” məzarlığını erməni-müsəlman savaşı ilə əlaqələndirmiş olsaq keçmiş Lələ Əhmədli (indiki Dəli Quşçu kəndi) kəndinin son zamanlaradək həyatda olan, yuxarıda adlarını çəkdiyim baba və nənələrimizin özləri baş vermiş hadisələrin canlı şahidləri olardılar və bu haqda onlardan nəyisə eşitmiş olardıq. Həmin qırğında yerli sakin olaraq hansısa bir lələhmədli övladının itkisi olardı, həmin məzarlıqda dəfn olunardı və bunun səsi-sədası bu gün hər bir lələhmədli övladının yaddaşında silinməz bir tarixə çevrilmiş olardı. Həmin şərh olunan hadisənin mövcudluğu yaş, tarix baxımından düzgün deyildir. “Ağtəpə” məzarlığının tarixi çox qədimdir.”
  1933-cü ildə Bakıda nəşr olunmuş “Azərbaycan Sosialist Şuralar Cəmiyyəti, Naxçıvan Sosialist Şura Cəmiyyəti və Muxtar Dağlıq Qarabağ Oblastı inzibati bölünüşü” statistik məlumatında Zərdabın Dəli Quşçu kəndində 32 ümumiləşmiş , 7 fərdi təsərüfstın olduğu, bu təsərrüfatlarda 178 nəfərin yaşadığı bildirilir. 
    Hazırda Zərdabın digər kəndlərinə olduğu kimi , burada da İcra Nümayəndəliyi, bələdiyyə, orta məktəb, uşaq bağçası, klub, kitabxana, tibb məntəqəsi, rabitə şöbəsi, ATS və sair bu kimi obyektlər vardır. Əhali burada da Zərdabın digər kəndləri üçün xarakterik olan məşğuliyyət növləri ilə - heyvandarlıq, taxılçılıq, bostançılıq,  baramaçılıq, quşçuluqla məşğul olurlar.
Zərdaba gedirəm: Lələhmədli məskəni Zərdaba gedirəm: Lələhmədli məskəni Reviewed by Camil Asad on 1.6.17 Rating: 5
Blogger tarafından desteklenmektedir.