Zərdabın yaradıcı insanları
İyiriminci əsrin 70-ci illərində Zərdabda şer həvəskarlarının toplandığı “Kür
damlaları” adlanan bir ədəbi məclis fəaliyyət göstərib. Bu ədəbi məclisə
rayonumuzun müxtəlif guşələrindən şeir həvəskarları gəlib, yazdıqları şerləri
müzakirə edərdilər. Bir müddət fəaliyyat göstərməyən bu məclis yenə də öz
ətrafina rayonumuzun şer həvəskarlarını topalmaqdadır. Ancaq biz burada bu
məclisin bu günkü fəaliyyəti haqqında məlumat vermək isrəmirik. Sadəcə sakit
Kürümüzün sahilində yerləşən kiçik Zərdabımızın yaradıcı insanlarının qəlbindən
qopub gələn damlaların kiçik bir toplusunu Sizlərə təqdim etmək istərdik.
Ürfan Məmmədlinin sevgi hekayəsi
Ürfan Məmmədli 1959-cu ilin yanvarın 25-də Aşağı Seyidlər kəndində anadan olub. 8-ci sinifə qədər doğulduğu kənddə oxuyub, orta məktəbi Nizami adına Şəftəxəl orta məkrəbində başa vurub. İxtisasca mühəndisdir - 1981-ci ildə İnşaat Mühəndsləri İnstitunu bitirib. Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin Elm-istehal ...
Daha çox oxy ➜
Allah nitqinizə qıymasın, Teyyub bəy!
Hansısa kitabda oxumuşam ki, aqil insanın yolu könül mülkünü fəzilətlərlə bəzəmək, hamının imdadına çatmaq, əməllərində yaşamaq və s. hisslərin qurulmasından keçir. Teyyub bəy, insanların könül mülkunə xoş duyğular bəxş etmək məharətini ALLAH sizə çox görməsin. “Bəxtimizi bizdən xəlvət yazan” O boyuk yaradan səsinizə, avaziniza, nitqinizə qıymasın!Amin!
Namiq Atəş, bu atəşin sönməsin!
Namiq Atəşi digər zərdablılar kimi mən də çoxdan tanıyıram. Bu yaxınlarda yenidən dostlaşdıq onunla. Virtual məkanda rastlaşdım, dostluq yolladım və beləcə yenidən "tanış olduq". Facebookda səhifəsini vərəqlədim, haqqında yazılmış xoş sözləri oxudum. Özüm də nəsə yazmaq istədim, amma yazmadım. Fikirləşdim ki, onun haqqında dostlarından biri, həmyerlimiz Ürfan Məmmədlidən gözəl yaza bilməyəcəm.
Daha çox oxy ➜
Kərəm Müslümov (Kürqıraxlı)
Kərəm
Müslümov Otmanoba kəndində
anadan olub. 20 əsrin 70-80-ci illərində Azərbaycan Dövlət radiosunun məşhur
“Bulaq” verilişinin əvəzsiz ifaçısı Səməndər Rzayev onun şeirlərini "biz
tərəfin adamıdı, yazısından yulğun kollarının ətri gəlir"-deyərək
xüsusi şövqlə oxuyarmış.
Daha çox oxy ➜
Bəhrəm Gülməmməd oğlu Əliyev
-1955-ci ildə Zərdab rayonunda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya, 1991-ci ildə isə psixalogiya fakultəsini bitirib. Təhsil sahəsində çalışır.
Tapıb yanıma gətirin
dünyanın ən ağıllı adamını.
Şübhəm vardır onun da ağlına
Əğər qulaq asıbsa bu dünyanın nağılına.
Daha çox oxy ➜
Sevil Nuriyeva (Gültən)
1961- ci il aprelin 22-də Zərdabın Təzəkənd kəndində dünyaya gəlib. 1978-ci ildə orta məkəbi bitirib ve həmin il Bakı Xarici Dillər universitetinə
qəbul olub.
1984-cü ildə İnstututu bitirərək Zərdab məktəblərində müəlim işləyib. Gənc yaşlarından şeir yazır. İlk yazıları Zərdabın ”Pambıqçı” (indiki“Əkinçi”) qəzetində çap olunub.
Dörd kitab müəllifidir. 2002-ci ildə Hamlet İsaxanlının rəhbərlik etdiyi Xəzər universitetinə məktub
göndərir və onun təklifi ilə həmin universitetdə işləmək üçün
Bakıya köçür. Xəzər Xəbər jurnalında korrektor vəzifəsində çalışmağa başlayır.
2005- ci ildən Muğam tatrında ədəbi dram hissə müdiri işləyib, daha sonra Xalça muzeyində fəaliyyət göstərib.
Tələbəliyin ilk illərindən tərcümə işi ilə məşğuldur.İngilis dilindən Azərbaycan dilinə 8 kitab, Azərbaycan dilindən inglis dilinə isə 30-a yaxın kitab (şeir, hekayə, roman) tərcümə edib.
Azərbaycan Yazarlar birliyinin üzvüdür. İki övlad anasıdır.
Daha çox oxy ➜