Zərdabın "Pambıqçı" komandası
09.06.2016-cı il tarixdə Zərdabda futbol barədə yazı yerləşdirərkən "Zərdabın respublika səviyyəli futbol komandası olmayıb" iddiasını irəli sürmüşdük. Amma sən demə belə deyilmiş:
"Pambıqçı" futbol klubu |
ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərin əvvəlində Zərdabın respublika səviyyəli komandası olub – “Pambıqçı” futbol klubu. Bu klub əvvəl ikinci liqada, sonra isə 1- ci liqada çıxış edib.
Bu haqqda yazını saytda yerləşdirdikdən sonra bizə həmin komandanın məşqiçilərindən biri olmuş Ehtiram Əhmədov məlumat verdi.
Aşağlda onun məlumatlarını diqqətinizə çatdırırıq:
"Zərdabın respublika səviyyəli komandası olub - "Pambıqçı" futbol klubu. Bu komanda əvvəcə respublika çempionatının 2-ci, sonradan isə 1-ci liqasında çıxış edib.
Bizim oynadığımız qrupda Şəmkir, Bakının “Sahil”, “Məşəl”, “Azal” , Qazğın “Göyəzən”, Tovuzun “Turan” , Beyləqanın “Mil” , Xaçmazın “Şərabçı” komandalrı oyanayırdılar. Bakının “Məşəl” komandası qrupumuzun lideri idi. Amma buna baxmayaraq biz onları Zərdabda keçirilən oyinda 2-1 hesabı ilə məğlub edə bilmişdik.
Həmin komandanın formalaşmasında bir çox insanların rolu olub. O vaxtkı pambıqtəmizləmə zavodunun direktoru Səxavət Fətəliyev klubun yaradılmasında ən çox əziyyət çəkənlərdən biri idi. “Pambıqçı” futbol klubunun prezdenti isə Faiq müəllim olub (Zərdabın girəcəyində ki, 4 yol adlanan ərazidə kafe sahibi).
Müxtəlif dövrlərdə müxtəlif insanlar bu komandanın qurulması və oynaması üçün əziyyət çəkiblər. “Məhsul” idman cəmiyyətinin o vaxtkı rəhbəri Səhrəb İsrəfilovun, Xalid müəllim Mehrəliyevin, Səyyaf Qarayevin , Ömər Tarverdiyevin köməyi unudulmazdır.
Müzəffər Gülmmədov, Rəhman müəllim Feyzullayev, “Avtobaza”-nın o vaxtkı müdiri rəhmətlik Dayı Hüseynov komandanın problemlərinin operativ həll edilməsinə çalışırdaılar.
Mən və Əhəd Əhədov “Pambıçı”sının oynayan məşqçiləri idik (qeyd edim ki, İsaqbağı məktəbində işləyən Əhəd müəllim yaşı 65-i keçməsinə baxmayaraq yenədə cavanlarla futbol oynayır).
Yaşar Qasımov, Rəhim Ağayev, Natiq Bəkirov, rəhmətlik Ramiz İsmayılov, bəxtiyar Namazov, Qoşaobadan Elçin, gəlməli Heydar, qapını qoruyanlardan biri İlqar komandanın özəyini təşkil edirdilər. Komandanın ən cavan üzvləri isə Gəndəbildən Zülfü, isaqbağından Nəsir idilər.
Digər adlarını çəkmədiyim oyunçulardan üzr istəyirəm. Çox vaxt keçib. Təəssüf ki, hamını yadda saxlamaq olmur. Yəqin ki, bu yazı sizin saytda yerləşirildikdən sonra oxucular çox şeyləri xatırlaycaq və onui əlavə məlumatlarla zənginləşdirəcəklər.
Azərkeşlərimiz də həmişə olub. Hətta oyunlar zamanı komandanın maliyə problemlərinə kömək etmək üçün lotereya da keçirmişdik.
Amma çox təəsüf ki, sonradan bu ənənnə davam etdirilməsi. İndinin özündə də Zərdabda futbol oynayanlar var və maraqlanan olasa normal bir komanda hazırlamaq olar. "
İli variatda bu klubun fotoşəkilini bizə o vaxtlar kimandanın formalaşmasında əməyi olmuş Səhrab İsrəfilova təqdim etmişdir. Bu fotoşəkil fotoşəkil öz keyfiyyətini itirmişdir. Fotoşəklin bir hissəsini isə ümumiyyətlə bərpa etmək olmadı. Bu səbəbdən də oyunçuların hamısı bu şəkildə əks olunmayıb. Bu şəkli faccebuk səhifəmizdə yerləşdirdikdən sonar həmin komandanın üzve Rəhim Ağyevin oğlu Elçin müəllim atasının albomundan foto təqdim etdi.
Ehtiram Əhmədovun təqdim etdiyi digər şəkil isə 1978-ci ildə Şuşada - spartakiadada çəkilib. Bu şəkildə rayonumuz təmsil edən futbolçuları o belə təqqdim etdi: " Ən arxada rehmetlik Tofiq (Hüseynxanlı kəndindən), Ezim (Albeylidən), Rasim
müellim, Tahir (Xanməmmədlidən), Xaləddin Müslümov, Füzuli Zülfüqarov və menəm. Amma təəsüf ki, mənim yanımda duranın adı yadımdan çıxıb". Həmi yarışlarda Zərdabı təmsil edən komanı spartakiadanın ikincisi olub.
Yəqin ki bu yazı və şəkilər yaddaşımızın bərpasına azda olsa kömək edəcək.
Bizdən isə bir şeyi arzulamaq qalır : o vaxtkı ənənələrin dirçəldilməsi, rayonumuzu respublikamızın futbol birinciliklərində təmsil edən komandanın yartadılması. Biz arzulayaq ...
1978-cil. Şuşa. Spartakiada. |
Bizdən isə bir şeyi arzulamaq qalır : o vaxtkı ənənələrin dirçəldilməsi, rayonumuzu respublikamızın futbol birinciliklərində təmsil edən komandanın yartadılması. Biz arzulayaq ...
Futbol tariximiz
Reviewed by Camil Asad
on
16.6.17
Rating: