Weather forecast for Zardab

"Nə gülürsən bu qocanın halına"

  Zərdab şairlərindən bəzi seçmələri sizlərə təqdim edirik.

Zabit Davudov

      Zabit Məhəmməd oğlu Davudov

  1946-ci ildə Zərdab rayonunun Çallı kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. 'Kür damlaları' ədəbiyyat dərnəyinin ilk yaradıcılarındandır. İnşaat sahəsində çalışır."Kür işığında" şeirlər kitabının müəllifidir.Onun şeirlərinə burada qulaq asa bilərsiniz, birini isə biz sizə təqdim edirik.    

        Yanıb ölmək istəyirəm
Yanıb ölmək istəyirəm bu həsrətin qucağında, Məni, səni alışdıran bir sevginin ocağında. Yanıb ölmək istəyirəm mirvari tək Yanağında parıldayan göz yaşında, Bircə anda milyon kərə , söz deyəsi Baxıişların savaişında. Arzuya bax! Ölə-ölə damcılarla Sifətinə axam sənin, Məndən sonra mənə sadiq Günlərinə baxam sənin.

   Pənah Abdullaağa oğlu

   Ötən əsrin 70-ci illərinin uşaqlarınını "Pənah baba" kimi tanıdıgı istedadlı, müdrik, xeyirxah bu insanın həyatının əsas hissəsi sürgündə - qarlı Sibir çöllərində, uzaq Qırğız düzənərində kecib. Günahı da “kulak” ailəsində doğulması olub. Atası Abdullağa Zərdab bəylərin torpaq icarəçisi olub. Yəqin ki, şerlərindəki qəmginlik də o ağır günlərdən xatirədir.

          Gedirəm
Olmadı zərrəcə əsər dərdimə dərman, gedirəm, Çünki vermişdi Xuda, ölmümə fərman, gedirəm. Yığılıb cümlə təbib gəlsə mənim qulluğuma, Dərdimə etməz əlac, gəlsə də Loğman gedirəm. Taleyim böylə imiş, görmədim, bir zövqü, səfa, Dərdimi etmədim aşikar, belə pünhan gedirəm. Dilimin əzbəridir Lailhə İlləllah, Etdiyim bəzi əməldən gora peşiman gedirəm. Cəbr ilə yığdığımın görmədim heç bəhrəsini, Var-yoxum oldu talan, yer ilə yeksan gedirəm. Pənahı yad edin, ey sinəsi dağlı kəslər, Allah-Allah deyərək gözləri al qan gedirəm.

Bağirov Mirağa Tənzil oğlu

  1942-ci ildə Zərdab rayonunun Xanməmmədli kəndində anadan olub. Bakı kitabxanaçılıq texnikumunu, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini, Bakı Ali Partiya Məktəbini bitirib.  Rayonunda nəşr olunan “Pambıqçı” və “Əkinçi” qəzetlərində korrektor, ədəbi işçi və məsul katib və redaktor müavini, Kənd təsərrüfatı işçiləri həmkarlar ittifaqı Zərdab rayon komitəsinin sədri, Zərdab rayon icra hakimiyyəti başçısı aparatında böyük referent vəzifələrində işləyib. Şeirləri “Kolxozçu”, “Pambıqçı”, “Əkinçi” qəzetlərində, “Kirpi” jurnalında, “Kür damlaları” toplusunda dərc olunub.

          Nə gülürsən bu qocanın halına
Sallana-sallana gələn bəxtəvər, Nə gülürsən bu qocanın halına. İllər salıb üz-gözünə yüz qırış, Səninsə gül düzüb tər cəmalına. Yola salıb qış-baharlı bir əsr, Bel bükülüb, saç tökülüb, diz əsir, Söykənməyə pünhani bir yer gəzir Halı yoxdur baxa xətti-xalına. Göz sallanıb, diş ilişir tək dişə, Qəlb nazilib, sanki kövrək bir şüşə. Inanma ta kəməndinə ilişə, Dözə bilməz eşqin qeylü-qalına. Od yağdıran baxışını çək yana, Gəl od vurma, odu sönmüş bu cana. Taqəti yox naz-qəmzənə dayana, Həsəd çəkə yanağının alına. Bu dünyanı yaxşı tanı, gülüm, sən, Verdiyini tutub alar əlindən. Giley qopar, fəqan yağar dilindən, Mar qarışar ləblərinin balına.
"Nə gülürsən bu qocanın halına" "Nə gülürsən bu qocanın halına" Reviewed by Camil Asad on 9.7.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.