Bu gün 1 apreldir. Amma bu bayramın tarixi
barədə nə bilirik? Demək olar ki, çox az məlumatımız var.
Gülüş günü bir çox ölkələrdə sevilənən bayramlardan olsa
da, amma onun yaranması barədə hamı tərəfindən qəbil edilən
rəsmi versiya yoxdur.
1 aprel gülüş gününun yaranması ilə bağlı vahid versiya irəli sürlüməsə də, versiyaların hər biri yaşamaq hüququna malikdir. Bu versiyalar hansılardır?
Bəziləri bü bayramın tarixini qədim Roma
imperiyası ilə bağlayır. Deyilənə görə orada hər il Səfehlər
günü qeyd edilirmiş, amma bu bayram aprelin əvvəlinə deyil,
fevralın əvvəlinə təsadüf edirmiş. Qədim Romada yaşamış
yazıçı, şair, filiosof, «Metamarfozlar» («Qızıl uzunqulaq»)
əsərinin müəllifi Apuley Romada bir aprel aldatmalarının Gülüş
tanrısının şərəfinə keçirilən bayramla əlaqədardır
olduğunu hesab edirdi.
Digərlərinə görə isə bu bayram qədim
Hindistanda meydana gəlib. 31 mart orada gülüş günü kimi qeyd
edilir.
Başqa
bir gümana görə isə qədim dünyada 1 apreldə yalnız irlandlar,
özü də Yeni ilin şərəfinə zarafatlaşırmışlar. İslandiya
dastanları sayılan saqalara görə isə 1 aprel skandinaviya
mifologiyasında Tiassi tanrısının qızı ovçu-ilahə hesab
edilən Skadyenin şərəfinə təssis edilib.
Avropada
1 aprel bayram kimi qeyd edilməsi yeni ilin başlanğıcı
ilə əlaqələndirənlər də var. Belə ki, 1 aprel ilin başlanğıcı hesab edilirdi və Fransada, İrlandiyada yeni ildən öncə ki,
həftəni zarafatlar, gülüş və əyləncə ilə leçirmək burada
bir adət halımı almışdır.
XVI
əsrin ortalarında, daha dəqiq desək 1564-cü ildə Fransa
kralı IX Karl ilin başlanğıcını aprelin birindən yanvarın
birinə keçirilməsi barədə cərəncam imzalayır. Amma əksəriiyət
bunu qəbul etmir və hər il 1 apreldə bu günü "1 aprel səfehləri"
adlandıraraq bayram etməkdə davam edir və bir birinə gülüş,
istehza bayramı kimi qeyd etməkdə davam edirlər. Hətta "bir
aprel səfehlərinə" "səfeh hədiyyələr" vermək adəti də
dəbə minməyə başladı. Bu tarixçə haradasa həqiqətə
bənzəyir.
Başqa
mifik gümana görə bu bayram Napoli kralı Monterili ilə bağlıdır.
Belə ki, zəlzələnin bitməsiilə əlaqədər ona balıq yeməyi
verilir. Bir ildən sonrə eyni yeməyi kral tələb edir. Həmin
balıqdan tapılmlr və aşbaz ona oxşayan başqasını hazırlayır.
Kral fərqi hiss edir, amma aldadılmasından hirslənimir, əksinə
şənlənir. Həmin gündən də 1 aprel bayramı adət halını
alır.
Kimin
necə qeyd etməsindən, bu bayramın tarixinin necə
olmasından aslı olmayaraq hamımızın yaddaşında iz qoymuş,
sevilən bayramlardandır — BİZƏ GÜLMƏYİ ÖYRƏDƏN,
BAŞQALARININ ZARAFATINDAN İNCİMƏMƏYİ ÖYRƏDƏN BİR BAYRAM.
HEÇ OLMASA İLDƏ BİR DƏFƏ ÜRƏKDƏN GÜLƏK,ZARAFAT EDƏK,
ZARAFATLARI QƏBUL EDƏK.
"Sözün düzün zarafatla deyərlər"- deyib atalar.
Onsuz da ömrümüz yalan içində keçir, aldanıb aldadırıq — amma bu gün səmimi olaq, aldadanda da özümüz olaq, güləndə də.
"Sözün düzün zarafatla deyərlər"- deyib atalar.
Onsuz da ömrümüz yalan içində keçir, aldanıb aldadırıq — amma bu gün səmimi olaq, aldadanda da özümüz olaq, güləndə də.
Bayrmanız
bayram olsun!
Bəlkə heç olmasa bu gün bir-birimizə həqiqəti deyək?!
Reviewed by Camil Asad
on
1.4.18
Rating: