Weather forecast for Zardab

Zərdabın Xanməmmədli kəndindən “Археологические открытия” jurnalına uzanan tarix

Zardaba gedirəm: Xanmammadli kəndi

  Zərdab - Ağcabədi yolu ilə virtual səfərmiz rayonun ən iri yaşayış mənəqələrindən biri olan Gəlmə kəndində yarımçıq qalmışdı. Yolmuz üstündəki növbəti kəndlərdən biri şosedən bir az aralı yerləşən Xanməmmədlidir. Zərdabın digər kəndləri barəsində isə  buradan məlumat ala bilərsiniz.   

Zərdabın kəndləri tarixi Xanməmmədli

  Footodakı bu qoşa qovaqları bəzən  Zərdabın Xanməmmədli kəndinin simvolu da adlandırıblar. Fotoşəkilin müəllifi Elyar Bağırovdur. Onun dediyinə görə ağacların bitdiyi yerdən ötən əsrin ortalarında su arxı keçirmiş. Arxın kənarına  basdırılan qovaq çubuqları kök atıb böyüyürlər. O qədər böyüyürlər ki, gövdələrini bir-neçə nəfər əl-ələ tutub güclə qucaqlayır. 
    O, həmçinin bu qoşa qovaq haqqında bunları yazır: “Sovet dövründə pambıq yığımına kömək üçün Bakıdan gələn tələbələr, öz sevgi etirafını ağaca həkk ediblər. Onlarla ad var bu ağacların üzərində. Çox qəribədir ki, yaxınlıqda bir dənə də olsun ağac yoxdur.” (mənbə: zedab.com)
   Xanəmmədli kəndi Qarasu çayının sağ hissəsində, çaydan təxminən 4 km aralıda yerləşir. Ehtimala görə, kəndin adı Lələ Əhmədin oğullarının birinin adından götürülmüşdü.
Lələ Əhməd- XVI əsrdə yaşamış, dövrünün ən nüfuzlu şəxslərindən olmuşdur. 
   Köhnə Xanəmmədli indiki kənddən 5 km qərbdə duzlu axmazın ətrafında yerləsirdi. Həmin ərazinin içməli su problemi olduğundan kənd 1948-49-cu illərdə indiki əraziyə köcrüldü. 
   Xanməmmədli kəndinin ərazisi qədim dövrlərdə yaşayış maskanı olmuşdur. Kənd ziyalısı, tarix müəllimi ,"Əmək Şöhrəti" ordenli, respublikanın "Baş müəllimi” adını daşıyan  Cəlil Bəşirov kəndin ərazisindən çoxsaylı arxeoloji tapıntılar toplamışdır. O, bu tapıntılar əsasında dərs dediyi qonşu Hüseynxanlı kənd məktəbində  zəngin tarix kabineti yaratmışdır.
   5 min ildən çox tarixə malik şirli qablar, məişət  əşyalarının  tapılması onu göstərir ki, bu arazidə orta tunc dövründə  yaşayışı maskanı olmusdur.1973-cü ildə kəndin şimal qərbində meliorasiya işləri zamanı tapdığı küp qəbrin mühafizəsi və tədqiqində  C. Bəşirovun rolu böyükdür. Küp qəbirdən insan cəsədi, serodolik muncuqlar, xəncər ,məişət  əşyaları və Arşaki hökmdarı 1-ci Orodun adına kəsilmiş metal sikkə tapilmişdir. 
   
Zərdab kəndlər tarix Xanməmmədli
  
    Bu tapıntılar barədə rayonun "Pambıqçı" (indiki “Əkinçi”  qəzetində  C.Bəşirov  məqalə ilə çıxış etmiş, həmçinin Moskvada dərc olunan "Arxeoloqireskaya otkritiya" (“Археологические открытия” ) jurnalına məlumat vermişdir. ASE-nin 6-cı cildində Zərdab arxeoloji məntiqə kimi göstərilmiş,  Azərbaycan Respublikası Nazirlər Kabineti həmin tapıntını qeydə almısdır.  
   Xanməmmədli kənd əhalisi tarixən əsasən  qoyunçuluq və maldarlıqla məşğul olub. Hal-hazırda əhali bunlarla yanaşı  əkinçiliklə də məşğul olur. Son dövrlərdə arıçılıq da inkişaf  edir. 
   El arasında "köhnə yurd" kimi tanınan keçmiş kəndin yaxınlığında yerləşən Şor qobunun maraqlı özəlliyi vardır. Belə ki, Böyük Vətən müharibəsi illərində bu qobu zərdablıların duza olan tələbatını ödəmişdir. Müharibə dövründə Şor qobuda bitən  "axmaz şabalıdı" deyilən şabalıddan əhali  qida mənbəyi kimi istifadə etmişdir. Bu qobunun ətrafı nisbətən yüksəklikdə olduğu uçun Kür daşanda insanlar müvəqqəti olaraq Qobu ətrafına köçürdülər. 
   Hal-hazırda Xanməmmədli kəndində ibtidai məktəb, tibb məntəqəsi, kitabxana və kənd camaatlının köməkliyi ilə ərsəyə gəlmiş məscid var. Müstəqillik illərində kənddə böyük işlər görülüb. Kəndə elektron telefon çəkilib, kənd qazlaşdırılıb. Kənddə əhali təmizlənmiş içməli su ilə təchiz olunub.
Zərdab tarix kəndlər Xanməmmədli məktəbi

  Xanməmmədli kəndinə şöhrət gətirən onun ziyalılarıdır. Ötən əsrin 50-ci illərində Sankt-Peterbuq Universitetində təhsil alan Aslan Eyvazov, sonralar BDU-nun şərqşünaslıq fakültəsinin müəllimi kimi fəaliyyət göstərib. 
   Səlim Qocayev DİN-in əməkdaşı, Ənvər Əmirəliyev "Kommunist "qəzetinin müxbiri,  tibb elmləri namizədi, Tacı Qocayev Zərdab rayon xəstəxanasının baş həkimi,  Əmralı Əmirəliyev Zərdab rayon İcraiyyə Komitəsinin sədri kimi məsul vəzifələrdə çalışmış, Mirağa Bağırov uzun müddət "Pambıqçı" (indiki "Əkinçi") qəzetinin  məsul katibi işləmişdir. 
Xanməmmədlilər bu gün də müxtəlif səviyyələrdə respublikamızın elmi, ictimai həyatında fəal iştirak edirlər. İqtisad elmləri doktoru Damət  Bağırov İqtisad Universitetinin professorudur. Jurnalist Ruslan Bəşirli "Avropa.info " saytının direktorudur. Vəli Cavadlı Zərdab rayonda məsul vəzifədə çalışır. 
     Qarabağ savaşında bu kənddən onlarla şəxs iştirak etmişdir. Arif Qocayev şəhidlik zirvəsinə ucalmış, Elxan Əmrəliyev isə Qarabağ döyüşlərində itkin düşmüşdür.


P.S. Materialların toplanmasındakı köməyə görə Cəlil müəııimə və Pərviz Bəşirovatəşəkkür edirik.  
Zərdabın Xanməmmədli kəndindən “Археологические открытия” jurnalına uzanan tarix Zərdabın Xanməmmədli kəndindən  “Археологические открытия” jurnalına uzanan tarix Reviewed by Camil Asad on 7.12.18 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.