Weather forecast for Zardab

Həmyerlimiz Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi

Son aylarda dünyada koronavirus infeksiyası geniş yayılıb. Bütün dünya səfərbər olaraq bu virusla mübarizə aparır.  Ölkəmizdə də yoluxma halları var. Bu virusun yoluxma hallarının qarşısının alınması məqsədi ilə dövlət qurumları tərəfindən uyğun tədbirlər görülür. 

Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik,  dövlət – vətəndaş birliyini bir daha nümayiş etdirmək məqsədi ilə respublikamızda Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. 

Qanunla.az-ın verdiyi məlumata görə həmyerlimiz,  tanınmış iş adamı Vəfa Muradzadə 10.000 tibbi maskanı dövlət başçısı İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizə Dəstək Fonduna ianə edib.  

“Vəfa Collection” şirkətinin rəhbəri, "İş Qadınlarına Dəstək" İctimai Birliyinin sədri Vəfa Muradzadə bir necə müddətdən sonra yenidən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10.000 tibbi maskası  ianə edəcəklərini bildirib. 



Vəfa muradzadə



vəfa collection



Həmyerlimiz Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi Həmyerlimiz Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdi Reviewed by Zardob on 25.3.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.