Weather forecast for Zardab

Zərdab rayonu, Hüseyinxanlı kəndi


Hüseyinxanlı uşaq bağçası

Hüseynxanlı kəndi Zərdab - Ağcabədi yolunun 2 kilometrliyində yerləşir. Şose üzrə virtual səyahətimiz zamanı bu kənd barədə qısa da olsa məlumat vermədən keçmək istəmədik.  

Hüseynxanlı 2003-ci ilə kimi Zərdab rayonun Gəlmə kənd inzibati ərazi dairəsinin tərkibində olub. 17 iyun 2003-cü il tarixdə Xanməmmədli kəndi ilə birgə bu inzibati ərazi dairəsindən ayrılıb və Hüseynxanlı kəndi olmaqla, Hüseynxanlı kənd inzibati ərazi dairəsi yaradılıb.

Zərdab – Ağcabədi şose yolunun 2 kilometrliyində yerləşən  Hüseyinxanlı kəndi Şirvan düzündə, Türyan çayın  sahilində rayon mərkəzindən 6 kilometr şimal-qərbdə yerləşir. Hüseyinxanlıların əsas əsas məşğuliyyəti kənd təsəərüfatı məhsullarının, o cümlədən heyvandarlıq, taxılçılıq, pambıqçılıqdır.

Yerli əhalinin dediyinə görə bu kəndin əsasınl dövrün nüfuzlu şəxslərindən olan Lələ Əhmədin oğlu Hüseyin xan qoyub. Nazim Tapdıqoğlu “Zərdab enisklopediyası”-nda həndin ərzisində qədim dövrlərə aid müxtəlif növ memarlıq abidələrinin aşkar edildiyini qeyd edir. Hüseyinxanlı kəndində fətəlili, mollausublu, kərbalayı qululu, lələ əhnədli adlı nəsil və tirələr yaşayır.

Zərdabın Hüseynxanlı kəndinə ilk dəfə təbii qaz 27 noyabr 2014-cü ildə verilmişdir. 2019-cu ildə kənddə modul tipli yeni məktəb binası tikilmiş və körpələr evi-uşaq bağçası əsaslı təmir edilmişdir.  

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşən Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində Zərdabın Hüseynxanlı kəndində təmir edilmiş uşaq bağçası (2019-cu il)  icmada 30-dan çox uşağı isti, təhlükəsiz və sağlam tədris mühiti ilə təmin edir.

Azərbaycan Hökuməti və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi tərəfindən birgə maliyyələşdirilən "Sosial-iqtisadi inkişaf fəaliyyəti" layihəsi (SEDA) çərçivəsində Zərdab rayonunun Hüseynxanlı icmasında 2017-ci il tarixdə yem emalı müəssisəsi istismara verilmişdir. 

Rayonumuzun digər kəndləri ilə buradan tanış ola bilərsiz.

Zərdab rayonu, Hüseyinxanlı kəndi Zərdab rayonu, Hüseyinxanlı kəndi Reviewed by Zardob on 7.4.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.