Respublikanın əməkdar artisti Azər Mirzəyev 12
may 1952-ci ildə Zərdab rayonunun Əlvənd kəndində, müəllim ailəsində anadan
olub. Bir müddət sonra ailəsi, atasının işi ilə əlaqədar olaraq Sabirabad
rayonuna köçüb. Orta təhsilini bitirdikdən sonra, 1968-ci ildə SSRİ xalq
artisti Adil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində
fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.
Jurnalist olmaq istəyində olan Mirzəyev,
imtahanları verə bilməmişdir. 1970-ci ildə İncəsənət İnstitutunun dram və kino
aktyorluğu fakültəsinə qəbul olunmuşdur. İncəsənət İnstitutunda respublikanın
xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan
akytorluq sənətinin sirlərini öyrənib. 1974-cü
ildə ali təhsilini bitirib və təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar
Teatrına göndərilib. Ömrünün sonuna qədər bu teatrda çalışıb.
1989-cu
ildə ailə həyatı quran Azər Mirzəyevin 2 oğul övladı dünyaya gəlmişdir.
“Nekroloq” filmində Sərdar, “Qeybdən gələn səs”
filmində Sinman, “Yaşıl eynəkli adam” filmində rəis, “Dəvətnamə filmində molla
və tamada, “Yol yoldaşları filmində sabirabadlı, “Mükafat” filmində Bəhram,
“Mürafiə vəkillərinin hekayəti” filmində Hacı Rəcəbəli, “Sübhün səfiri” filmində
Zaman xan, “Cəza” film-tamaşasında Əbilov, “Unutmayın” tamaşasında Əli Dadaşov,
“Zəncirlənmiş Promotey” adlı tamaşada şair və digər rolları
canlandırmışdır. “Yol yoldaşları”
filminin ssenari müəllifidir, “Nuş olsun” animasiya filminə redaktorluq etmiş,
“Böyük ömrün davamı” filmində də rol almışdır.
Televiziyalar
üçün ssenarilər yazar, veriliş layihələri hazırlayar, aparıcılıq edərdi.
AzTV-nin “Gənclik” baş redaksiyası ilə əməkdaşlıq etmişdir. Zarafatı sevər və
zarafatları ilə insanların könlünü açmağı bacaran bir insan idi.
25 may 1998-ci ildə
"Əməkdar artist" fəxri adına layiq görülmüşdür.
1 il 8 aya qədər xəstə
oldu. Xəstə olduğu müddətdə ssenarilər yazmaqda davam etmişdir. Uzun müddət
insulit və ürək çatışmazlığından əziyyət çəkən Azər Mirzəyev, 19 iyul 2014-cü
ildə Bakı şəhərində vəfat etmişdir. Ölümündən
öncə kəlmeyi-şəhadətini aktyor dostları ilə birgə oxuyan Mirzəyev, Sabirabad
rayonunda dəfn olunmuşdur.
Əməkdar artist Azər Mirzəyev haqqında daha ətraflı buradan oxuya bilərsiniz.
Aşağıdakı keçidi vumaqla A.Mirzəyev haqqında video-çarxı izləmək olar.

Hiç yorum yok: