Weather forecast for Zardab

Zərdaba gedirəm: Pərvanlı kəndi

 


Zərdab – Ağcabədi yolu üzərində yerləşən kəndlərdən biri Pərvanlıdır.  Kənd rayon mərkəzindən 12 km cənub-qərbdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Rayonun digər kəndləri kimi burada da əhali taxılçılıq, heyvandarlıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. Pərvanlı kəndində köçəklilər, məzərilər, vəliməmmədlilər adlı nəsil və tayfalara məxsus ailələr yaşayır. 

Pərvanlı yaşayış məntəqəsi "pərvanlı" adlanan nəslin burada məskunlaşması nəticəsində yaranmışdır. Bu cografi ad “Pərvanlı nəslindən olanlar”, “pərvanlılar” mənasındadır. Vaxtı ilə Agsu və Kürdəmir rayonlarının kəndlərindən bəzi qohum ailələr buraya köç etmişlər. (Nazim Tapdıqoğlu “Zərdab enisklopediyası” )

Pərvanlı Zərdabın daha iki kəndi – Yarməmmədbağı və Lələağacı kəndi ilə qonşudur. Lələağacı kəndi ilə Yarməmmədbağı kəndinin sərhədində sıx bitmiş yulğun ağacları ilə örtülü ərazi var. Yerli əhali buranı pir adlandırırlar. Deyilənlərə görə XIX əsrin ortalarında çar Rusiyasına qarşı baş verən Şirvan üsyanının rəhbərlərindən biri olmuş Hacı Əhməd əfəndi rus hökumətinin təqibindən qaçaraq burada gizlənmişdir. Kənd ərazisində Lağar sahə adlanan ərazi də var. “Lağar” sözü “çökək” mənasındadır, ərazi “çökəklik sahə” anlamını verir.

Lələağacı kəndi haqqında buraya keçməklə daha çox məlumat ala bilərsiz.

Bu gün Zərdablılar  Pərvanlı kəndini daha çox “Təhməz kişinin matoru” adlanan yerlə daha çox tanıyırlar. Təjməz kişi kənd sakinidir. Əvvələr kənd su ilə təmin edən matoru işlədib. Sonradan ailə üzvləri ilə birgə həmin ərazini abadlaşdırıb, gözəl bir məkana çevirib. Vaxtınız olsa ora baş çəkib gözəlmənzərələrlər tanış ola bilərsiz. Bu şəkillər həmin ərazidə çəkilib. 

Zərdab Kür çayı Pərvanlı kəndi

Zərdab Pərvanlı kəndi Tələt

Zardab Kür Pərvanlı



Zərdab Kür Pərvanlı Təhməz kişi

Zərdaba gedirəm: Pərvanlı kəndi Zərdaba gedirəm: Pərvanlı kəndi Reviewed by Zardob on 8.11.21 Rating: 5
Blogger tarafından desteklenmektedir.