Weather forecast for Zardab

Zərdaba gedirəm: Müskürlülər

Zərdab Müskürlü

Zərdab- Ağcabədi marşrutu üzrə səyahətimiz zamanı bu yolun ətrafında yerləşən Müskürlü obaları haqqında məlumat verməsək olmaz.  Zərdabın 4 kəndi – Məmmədqasımlı, Gödəkqobu, Məlikli, Burunlu kəndləri qədim tarixə malik Müskürlü elləri tərəfindən formalaşdırılıb. Qoruqbağı kəndinin əhalisinin tərkibinin formalaşmasında müskürlülüərin əhəmiyyətli rolu var. 

Şirvan düzünə XIX əsrin ortalarında Quba qəzasının Müşkür mahalından köç etmiş müskürlü tayfası əvvəllər Göyçay qəzasının Xançobanı mahalında yaşamışdır. 

Müşkür toponimi Samur və Vəlvələçay arasındakı Xəzəryanı düzənliyə verilmiş addır. Mənbələrin əksəriyyətinə söykənərək bu adın massagetlərdən (masqutlardan) qaynaqlandığını söyləmək mümkündür. Əl-Bəlazurinin verdiyi məlumata görə, ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd VIII əsrdə İslamı qəbul etmiş xəzərləri Samur və Şabran arasındakı Maskata köçürmüşdür

Bir sıra mənbələr Müskür adının massaget və ya maskut adının dəyişmiş fonetik adına uyğun gəldiyini qeyd edirlər. Müasir dövrdə Müskür və ya Müşkür sözü “qışlaq” mənasını da ifadə edir.

XVI əsrdə Səvəfi-Osmanlı müharibəsi zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində Osmanlıların həyata keçirdiyi inzibati bölgü içərisində Zərdab sancaqlığı və Müskür sancaqlığının adı çəkilir.

Hazırda Müskürlü toponimi Qubanın Müskür kəndi və Qəbələnin Qəbələ-Müskürlü kəndinin adında saxlanılmışdır. Müskür mahalı XIX əsrdə Müskür, Dədəli və onların ətrafındakı digər kiçik kəndlərin birləşmiş inzibati ərazisi idi.

T.T.Mustafazadə qeyd edir ki, Quba xanlığı zamanında Müskür mahalının əhalisi sünni məzhəbli olub əksəriyyəti türk dilində, bir hissəsi isə tat dilində danışırdı

Zəngilanda və indiki Ermənistanın Sisian rayonunda da Burunlu adında kənd olub. Sisiandakı Burunlu kəndinin ilk sakinləri 1918-ci ildə ermənilər tərəfindən  yurdlarından qovulmuşdular.

Həmçinin Zəngilanda Məlikli adlı kənd var. Hazırda Göyçay rayonu Müskürlü adlı ilə bağlı yaşayış məntəqəsi var. 

Müskürlü obaları haqqında bu keçiddən daha çox məlumat ala bilərsiniz.

ZƏRDAB MƏMMƏDQASIMLI KƏNDİ

ZƏRDAB BURUNLU KƏNDİ

ZƏRDAB MƏMMƏDQASIMLI KƏNDİ

ZƏRDAB GÖDƏKQOBU MƏKTƏBİ



Zərdaba gedirəm: Müskürlülər Zərdaba gedirəm: Müskürlülər Reviewed by Zardob on 6.11.21 Rating: 5
Blogger tarafından desteklenmektedir.