Weather forecast for Zardab

Sadə insan, sadiq dost, gözəl pedaqoq

Bəhrəm Əliyev 1955-ci ildə Zərdab rayonunda anadan olub. 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya, 1991-ci ildə isə psixalogiya fakultəsini bitirib. Təhsil sahəsində çalışan Bəhrəm müəllimi yəqin ki, zərdablıların da çoxu tanıyır. 
  Bəziləri gözəl bir müəllim kimi, bəziləri sədaqətli dost kimi, bəziləri sadə bir insan kimi, bəziləri.... 
  Bu “bəziləri” siyahısını çox uzatmadan onun bəzi şerlərini sizlərə taqdim edirəm. Onu da qeyd etmək istərdim ki, 
   
 Tapıb yanıma gətirin 
       dünyanın ən ağıllı adamını.
                                                                     Şübhəm vardır onun da ağlına
                                                                Əğər qulaq asıbsa bu dünyanın nağılına.

- deyən Bəhrəm müəllim şerlərini çap etdirmək üçün deyil, özü üçün yazdığını deyir. 

Kişilər gecələr ağlayır

Bir gecə nəğmə oxuyar
                           öz səsiylə,
ağı deyər icin-icin -
                kişilər gecələr ağlayar.
Öz qara,
       zülmət bətnindən
                bir azman hönkürtü doğar gecə
                                         kişi hönkürtüsü.
Bu çağanın dədəsi
             donub qalar,
                   yarımgünlük uzaqlıqda
Bir gündüzə donub qalar,
                      qaldığı yerdə.
İndi də bir gecəlik əbədiyyət nəğməsi oxuyar
                                      balasının diliynən.
Bu nəğmə gecələrə qarışıb axar,
Axar gecələrə sarı.
Dunyanın harasında gecə varsa,
                 oradan səsi gələr…
Kişilər gecələr ağlayar...

Bir odlanmış papirosam

Bir odlanmış papirosam
 Qismətimə yazılıb ki, 
      yana-yana gərək susam.
Kim odladı?
         Harda?
             Nə vaxt? -
Biləmmədim. 
Hər yetənə bir qüllabam.
Sümürdülər,
Közərirəm öz-özümə,
               köz görünmür.
Əriyirəm aram-aram,
        gilə-gilə tüstü çıxmır,
                        iz görünmür.
Qoy sümürsün dostlar məni
Dərdli, qəmli çağlarında. -
Təsəllilik dilim yoxdur.
Yana-yana əriyim qoy
Ürəkləri soyudum kaş.
 Mən tüstüyəm,
                   odam,
                      közəm,
                         külüm yoxdur.
Sümürsünlər, 
          əridiyim bilinməyir,
                   gilə-gilə əriyirəm.
Tüstü-tüstü söküləcəm.
 Sümürsünlər
           ürəyimə çatanacan
Ancaq onda
          külə dönüb
                birdəfəlik töküləcəm.

 Açılmaz.

Bir daşam , atmısan, heç tutma məni, 
Bircə himə bəndəm, ağlatma məni.
Hönkürsəm, dil töküb ovutma məni.
Sarılsam boynuna , qolum açılmaz.

Dünyanın yolları varaq-varaqdır,
Yarısı nahaqdır, yarısı haqdır.
Açılmaz yollar da açılacaqdlr.
Sənə doğru gedən yolum açılmaz.

Bütün gümanlarım ağappaq, bəyaz,
Deyirdim, ümüdüm göyərər bu yaz.
Şaxta güclü gəldi, qovurdu ayaz,
Solur qonçələrim, gülüm açılmaz.
Ömrün bu çağında , mən bu yaşımda
Dadmışam sevginin sirli aşından.
Gəlib suçlu kimi indi qarşında
Durmişam, lal olub dilim açılmaz.
Sadə insan, sadiq dost, gözəl pedaqoq Sadə insan, sadiq dost, gözəl pedaqoq Reviewed by Camil Asad on 31.10.17 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.