Abbas Murad oğlu Əliyev
Zərdabın Gəlmə kəndində anadan olub. Bir müddət rayonda muxtəlif vəzifələrdə çalışıb. Hazırda İqtisadiyyat Nazirliyinin İctimai əlaqələr şöbəsinin müdiri-mətbuat katibi vəzifəsində işləyir.
"Dövlət qulluğuna görə" medalla təltif edilib. 2018-ci ildə "Əməkdar jurnalist" adına layiq görülüb.
"Dövlət qulluğuna görə" medalla təltif edilib. 2018-ci ildə "Əməkdar jurnalist" adına layiq görülüb.
Kiçik etüdlərin müəllifidir. Şeirlər yazır. "Səndən
ayrı", "Qızım", "Ay insafsı" və digər şeirlərinə
mahnılar bəstələnib.
Özünə qayıda bilməyəcəksən
Özündən əbədi itkinsən indi
Daha məhəbbətim alışdı, söndü
Mənimki ürəyim biryolluq döndü
Özünə qayıda bilməyəcəksən.
Könlünü yüzünə açşan da, gülüm
Hər qəlbə min işıq saçsan da, gülüm.
Sən məndən nə qədər qaçsan da, gülüm
Özünə qayıda bilməyəcəksən.
Kölgəm yollarında bitəcək sənin
Yoxluğum qəlbini didəcək sənin
Ruhum da dalınca gedəcək sənin
Özünə qayıda bilməyəcəksən.
Gözündə əbədi yaş olacağam
Ömrünə ömürlük qış olacağam
Ölsən, məzarında daş olacağam
Özünə qayıda bilməyəcəksən.
Qardaşımın xatirəsinə...
...Bu gün doğum günündür...
Dünyaya gəldiyin gün...
...Gəlişinlə gedişin çox da uzun çəkmədi. Vaxtında gəldiyin yeri çox tez tərk
etdin...Hələ də hara tələsdiyini bilmirəm. Bildiyim odur ki, bir daha geri
dönməyəcəksən...
...O gündən telefonun da susur. Səni tez-tez soruşduğum, cavab ala bilmədiyim
məzarın, başdaşın kimi...Telefonuna zəng çatmayır
Əhatədən kənardasan
Telefonuna zəng çatmayır.
Yandıracaq sağı, solu
Bağlandımı gedən yolun?
Telefonuna zəng çatmayır.
Harda qaldın, gəl çıx görək
Yığılıb yanına da gəlsək
Telefonuna zəng çatmayır.
Sabah gəldi, dün gəlmədi?
Heyf ki, o gün gəlmədi
Telefonuna zəng çatmayır.
Alo...qardaş,
de hardasan
Ağrılarım ürək dolu
Tənha qaldım dünyada, tək
Qulağına ün gəlmədi?
Qızıma
Bəxtiyar Vahabzadəni oxuyarkən...
Bəzək aramadın, özün bəzəksən
Bir gəncin sevgisi hilaldı Sənə.
Bir ailə istisi, hənirisənsə
Odum da, istim də halaldı Sənə.
Bir azca bənizin sozalıb qızım
İndi uşaqlığın qalıb arxada
Bir az səsin, küyün azalıb qızım
Deyən şıltaqlığın qalıb arxada.
Evim öz evindi, yuvan deyildir
Ürəyin bizimlə, üzün qapıda.
Bizdəki hava da havan deyildir
Arxanca gələrlər, gözün qapıda.
Mənim şirin balam, şipşirin balam
Tələs öz evinə, get yavaş-yavaş.
Sənintək işığı, alovu olan
Birisi evimi isidəydi kaş.
...Gələr gözlədiyin, qınamıram mən
Gələr, evinizə dönərsiz gülüm.
Bütün balaları ata evindən
Daim yuvasına tələsən görüm.
Gecələr
Sənsizlik üzdü məni hər gecə-gündüz, gözəlim
Özümlə hey danışıb dərdimi böldüm gecələr.
Tənhalıq üzdü məni, qəmə qərq oldum, gülüm
Süzülən göz yaşımı xəlvəti sildim gecələr
Həsrət nə, məhəbbət nə, sevgi nədir? Duymadın, yox
Bu odun atəşinə tək yandım, bildin gecələr?
Bu qədər əziyyəti, möhnəti versən də mənə
Xəyallar aləmimdə açılmış güldün gecələr.
Gündüzlər kənar gəzdin, dözdüm, axı neyləməli?
Yuxuma gəlmədin heç, vallahi öldüm gecələr.
Payız lövhələri...
Baharı itirib həzin ağlayır
Buludlar yeddinci qatından enib.
Bir payız nəğməsi coşub-çağlayır
Göyün durna simi kamantək dinir.
Dözməyib günəşin min cür nazınaBir payız nəğməsi coşub-çağlayır
Göyün durna simi kamantək dinir.
Göylərin tutulub qaşı-qabağı.
Dərələr utanıb tül əvəzinə
Çəkibdir üzünə duman duvağı.
Dərələr utanıb tül əvəzinə
Çəkibdir üzünə duman duvağı.
...Hər yan çal-çağırdı, hər yan toy, düyün
Hər yerdən göylərə mahnı yüksəlir.
Sevin ana torpaq, yurduma bu gün
Qızıl payız adlı bir gəlin gəlir.
Hər yerdən göylərə mahnı yüksəlir.
Sevin ana torpaq, yurduma bu gün
Qızıl payız adlı bir gəlin gəlir.
Şair qəlbli dövlət qulluqçusu
Reviewed by Camil Asad
on
25.6.17
Rating:
Hiç yorum yok: