Weather forecast for Zardab

"Cəsus”, "rəhbər”, “ideal insan", “homoseksual” DAHİ

31.1.19

   Ölümündən sonra güllələnən rəhbər

   
Lenin muzey zərdab

   
   Moskva,1924-cü il yanvarın 21-i,  Sovetlərin XI qurultayı. Partiya rəhbərlərindən biri Buxarin  iştirakçılara qara xəbəri çatdırdı  - Rus İnqilabının rəhbəri Vladimir İliç Lenin  ölmüşdür.
   Lenin kimdir? Araşdırsanız onun müxtəlif “titullarını” taparsınız, istər neqativ, istərsə də pozitiv:
“Almaniyanın casusu”, “dünya proletariatının və inqilabının rəhbəri”, “inqilabdan yan ötən fırıldaqçı”, “qaniçən diktator” ,  “ideal insan”, “homoseksual” ...
 Bizim nəslin yaddaşında isə onun obrazı belə canlanır -  uşaqkən fincanı sındırıb sonra da boynuna alan vunderkind və Qubadan xurcunla gələn almanı uşaq evinə göndərən baba.
  Bəs həqiqətən o kim olub? Gəlin onun özünü “dinləyək”.
Vladimir Lenin Rusiya Müvəqqəti Hökumətin çar ailəsini sağ saxlaması barədə 1921-ci ildə bunları söyləyir:
 "Bu qorxaqlar, çox danışanlar, özlərinə vurğun narsistlər, Hamlet kimi karton qılınclarını yelləyənlər hətta monarxiyanı belə məhv edə bilmədilər. Biz isə monarx tullantılarını bir dəfəlik və heç kimin bacarmayaçağı şəkildə zibilliyə tulladıq".
 Bu o zaman idi ki, artıq  çar ailəsi yox idi: 1918-ci ildə Lenin Ural İnqilab Komitəsinə gizlicə əmr vermişdi:  "İmperator ailəsi güllələnməlidir". Əmr iyunun16-dan 17-nə keçən gecə yerinə yetirildi.

  Vladimir Leninin 1918-ci ildə Bakıya, Stepan Şaumyana yolladığı teleqramlarda bu sözlər daha çox işlənirdi: "Hər kəsi doğrayın!" yaxud  "Hər kəsi doğramaq zorundayıq..."

  1919-cu ildə əsir Ümumrusiya Fövqəladə Komissiyasının rəhbəri Feliks Dzerjinski əsir götürülmüş kazakların taleyini dəqiqləşdirmək məqsədi ilə Xalq Komissarları Sovetinin sədri Vladimir Leninə məktub yazır. Leninin cavabı çox qısa idi: "Son nəfərə qədər güllələyin!"
  
  "Qırmızı terror" haqqında dekretində isə açıq şəkildə deyilirdi: "Asın, bacardığınız qədər çox insan asın, kulakları, kəndliləri, keşişləri asın..."
  
   Lenin açıq şəkildə ziyalıların məhvini tələb edirdi. O, savadsızlığın ortadan qaldırılması ilə bağlı yazırdı: "Bizim "Savadsızlığı ləğv edək" şüuarımızı heç də yeni ziyalı nəslinin yaradılması kimi anlaşılmamalıdır. Savadsızlıq ona görə ləğv olunmalıdır ki, hər bir kəndli, hər bir fəhlə bizim dekretlərimizi, əmrlərimizi və çağırışlarımızı başqalarının köməyi olmadan oxusunlar. Məqsəd ancaq və ancaq bundan ibarətdir".
  
   Bir dəfə mübahisə düşür ki, kim daha çox qəddar idi -“ Lenin yoxsa Stalin?” Molotov qəribə sözlər danışıb: “Əlbəttə ki, Lenin. Çox sərt idi. Stalindən daha amansız idi. Onun Dzerjinskiyə yazdığı məktubu oxuyun. O, ən sonda verilməli olan qərarları bir andaca əmr edirdi. Sadəcə Tambov üsyanına baxmaq bəs edir, o əmr etmişdi ki, hamını əzib yandırsınlar...” 
  
  "Ayrıldıq, ayrıldıq biz, əzizim! Bu elə kədərlidir... Bilirəm ki, bir daha buralara gəlməyəcəksən! Həyatda necə önəmli yer tutduğunu mən indi dərk etdim" – bunları  Leninə onun sevgilisi yazıb, arvadı Nadejda Krupskaya yox, məhz sevgilisi İnessa Armand.  Armanda olan ehtirasını Lenin ingilis dilində belə ifadə edib: "Oh, I would like to kiss you thousand times..." ("Səni min dəfə öpərdim..."). 

   Amma arxivdə başqa eşq məktubları da var - Zinovyevin Leninə, Leninin də ona yazdığı sevgi məktubları...

  Lenin-Zinovyev cütlüyünə mane olan əsas şəxs Nadejda Krupskaya olub. Zinovyevin Leninə məktublarının birində də bu öz əksini tapıb:

  “Yadındadır, biz Cenevrədə olanda bu qadından necə gizlənirdik. Bizi, bizim hisslərimizi, bir-birimizə bağlılığımızı heç kim başa düşə bilməz. Tez qayıt gəl, gözləyirəm səni, mənim çiçəyim. Sənin Qerşelin” (Zinovyevin əsl adı Qerş olub).
  Digər bir məktubda Zinovyev fikirlərini daha açıq ifadə edib: “İliç, bütün tapşırıqlarını yerinə yetirmişəm. Burada mənim üçün çox çətindir. Ürəyimi ancaq onunla isidirəm ki, yaxın günlərdə səni görəcəm. Sən bizim yuvamızı saxlamısanmı? Ora başqa adam aparmırsan ki? Mən çox həyəcan keçirirəm, yalnız sənin sədaqətinə olan ümidim məni isidir. Öpürəm. Sənin Qerşelin”.
  Leninlə Zinovyevin arasındakı “sevgi” macəralarını Krupskaya təfsilatı ilə bilib. O, Cenevrədə öz gözləri ilə onların yataq oyunlarının şahidi olub. Krupskaya bu utanc əməllərə qarşı mübarizə aparmaqda cıxış yolu tapmadığından susmağa üstünlük verib.
   Tarixçi alim Sokolov öz tədqiqatlarından belə bir qənaətə gəlib ki, Lenin passiv, Zinovyev aktiv homoseksual olub.
  
  1970-ci illərdə Moskvada doğulmuş, milliyyətcə erməni olan yazıçı Marietta Şaqinyan Lenin haqqında kitab yazanda bütün arxivlərə buraxılışı olub. O da Leninin seksual orientasiyası ilə bağlı bir sıra arxiv materialları əldə edib və bu haqda Brejnevi məlumatlandırmaq üçün ona məktub yazıb. Brejnev bu məsələni yaxın ətrafı ilə müzakirə edib. O dövrdə SSRİ-nin baş ideoloqu sayılan Suslovu bu xəbər dəhşətli dərəcədə sarsıdıb. Suslov təklif edib ki, Marietta Şaqinyanı aradan götürtmək lazımdır. Brejnev isə məsələni başqa cür həll edib. O, erməni yazıçını Lenin haqqında kitab yazdığına görə dövlət mükafatı və mənzillə mükafatlandırıb, bununla da onun susmağına nail olub.
  
  Faktları uzatmaq da olar, amma hər halda Lenin dahi olub – dahi isə müsbət yaxud mənfi olmur, sadəcə dahi olur.
  
  19 mart 1934-cü ildə isə onu yenidən “öldürdülər” - "Proqress" kolxozunun üzvü Mitrofan Mixayloviç Nikitin proletariatın dahi rəhbəri Vladimir Leninin movzoleydəki cəsədinə qarşı terror aktı həyata keçirdi. Movzoleyə ziyarətə gələn kolxozçu Leninin cəsədinə yaxınlaşıb üzərindəki naqandan atəş açdı. 

"Cəsus”, "rəhbər”, “ideal insan", “homoseksual” DAHİ "Cəsus”, "rəhbər”, “ideal insan", “homoseksual” DAHİ Reviewed by Zardob on 31.1.19 Rating: 5

Zərdabın yaxın keşmişindən 8 xəbər: 2010, oktyabr

29.1.19

Zərdabda nələr olub?

Zərdab uşaq incəsənət məktəbi
Uşaq incəsənt məktəbi - 2017-ci il



/22.10.2009/ Zərdabda Uşaq İncənət Məktəbi istifadəyə verildi


        Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Zərdab rayonunda da incəsənətin təbliğinə və inkişafına xüsusi diqqət göstərilir. Bu fikirlər bugünlərdə rayonumuzda inşasına 2007-ci ilin dekabr ayında başlanmış Uşaq İncəsənət Məktəbinin açılışında səsləndirilib. Bildirilib ki, Zərdabda smeta dəyəri 750 min manat olan 200 yerlik Uşaq İncəsənət Məktəbinin tikilib istifadəyə verilməsi də bu diqqət və qayğının bariz nümunəsidir. Məlumat üçün qeyd edək ki, Uşaq İncəsənət məktəbində 8 ixtisas fənni üzrə dərslər keçiriləcək. Açılışdan öncə Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev rayonumuza səfər etmiş Uşaq İncəsənət Məktəbi ilə tanış olmuşdu. 



/20.10.2009/ YAP Zərdab rayon təşkilatı bələdiyyə namizədlərini müəyyənləşdirdi



        Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatı bələdiyyə seçikləri ilə bağlı fəaliyyət proqramına uyğun olaraq müvafiq addımlar atır. www.zardab.com.az-ın YAP-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Proqrama əsasən seçki qərargahının üzvləri arasında iş bölgüsü aparılıb. Belə ki, rayon üzrə 27 bələdiyyəyə 235 namizəd irəli sürüləcək. Artıq bütün namizədlər müəyyənləşdirilib və hazırda lazımi sənədlərin dairə seçki komissiyasına təqdim olunması üçün iş aparılır. 



/17.10.2009/ Prezident rayonumuzun daha bir müəlliminə "Tərəqqi" medalı verdi



        Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətləri olan şəxslərə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. 30 sentyabr tarixli sərəncamla Azərbaycan Respublikasında təhsilin inkişafında və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə mükafatlandırılan müəllimlər sırasında Zərdab şəhər 3 saylı məktəbin müəlliməsi Cavahir Əlabbas qızı İsmayılova da var. www.zardab.com.az-ın kollektivi həmyerlimizi bu münasibətlə təbrik edir, yeni-yeni uğurlar arzulayır. 



/17.10.2009/ Zərdabda xeyirxah aksiya


        Bugünlərdə Mərkəzi Neftçilər Xəstəxanasının həkim briqadası Zərdab rayon Mərkəzi Xəstəxanasına gələrək burada pulsuz göz əməliyyatları aparıblar. www.zardab.com.az-ın xəbərinə görə, göz əməliyyatları həmyerlimiz tibb elmləri doktoru, professor Çingiz Cərullazadənin təşəbbüsü və dəstəyi ilə gerçəkləşib.

       Zərdab rayon Mərkəzi Xəstəxanasından www.zardab.com.az-a daxil olan məlumata görə, ümumilikdə 4 müharibə veteranı gözündən əməliyyat olunub. Digər əməliyyat olunan şəxslərdən isə yalnız əməliyyat üçün lazım olan tibbi materiallar alınıb. 



/13.10.2009/ Milli Dram Teatrı Zərdabda "Varlı" qadın"ı səhnələşdirəcək



        Həmyerlimiz Maqbet Bünyatovun rəhbərlik etdiyi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı oktyabrın 13-14-də Zərdab rayonunda qastrol səfərində olacaq. Bu barədə www.zardab.com.az-a teatrın direktor müavini, əməkdar artist Azər Mirzəyev məlumat verib. Azər Mirzəyevin sözlərinə görə, səfər çərçivəsində teatrın yaradıcı kollektivi yazıçı-dramaturq Əli Əmirlinin "Varlı qadın" tamaşası ilə çıxış edəcək. Direktor müavini oktyabrın 15-də isə həmin əsərin Ucar rayonunda səhnələşdiriləcəyini bildirib. 



/09.10.2009/ Müəllimlər günü Zərdabda da qeyd olundu
    
    Beynəlxalq Müəllimlər günü Azərbaycanın bir çox bölgələrində olduğu kimi, Zərdab rayonunda da qeyd olundu. www.zardab.com.az-ın xəbərinə görə, bu münasibətlə keçirilən tədbirdə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, rayon təhsil işçiləri və bir sıra qonaqlar iştirak etdilər. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı son illər ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan söz açdı. Lütvəli Babayev həm prezident İlham Əliyevin, həm də ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına, yeni-yeni məktəblərin inşasına xüsusi diqqət göstərdiklərini bildirdi. İcra başçısı son illər Zərdab rayonunda da bir neçə təhsil müəssisəsinin inşa olunduğunu, bəzilərinin isə yenidənqurmadan sonra şagirdlərin istifadəsinə verildiyini söylədi.

     Zərdab rayonundan olan 6 müəllimin "Əməkdar müəllim" adına layiq görülməsini məmnunluq hissi ilə vurğulayan Lütvəli Babayev uğurların davamlı olacağına ümidli olduğunu bildirdi. Tədbirin sonunda müəllimlərə hədiyyələr təqdim olundu.



/06.10.2009/ www.zardab.com.az Ramiz Kərimovu tanımayan qəzet əməkdaşını məlumatlandırdı



        Bu günlərdə "Yeni Müsavat" qəzetində "Sahibi tanınmayan heykəllər" adlı məqalə dərc olunub. Yazının müəllifi Nailə Rövşənqızı məqaləsində Bakıda sahibinin kimliyi bilinməyən bir neçə heykəl haqqında məlumat verib. Onların sırasında həmyerlimiz Ramiz Kərimovun Bakının Nizami rayonu ərazisində, daha dəqiq desək Rüstəmov Rüstəmov küçəsində ("Xəzər" Universitetinin yaxınlığında) yerləşən heykəli də qeyd olunub. Ötən gün www.zardab.com.az-ın əməkdaşları "Yeni Müsavat" qəzetinin redaksiyası ilə əlaqə saxlayaraq müəllif Nailə Rövşənqızına Ramiz Kərimovla bağlı bir sıra məlumatları çatdırıblar (məlumatların toplanmasında göstərdikləri köməyə görə Zərdabda nəşr olunan “Əkinçi” qəzetinin baş redaktoru İ.Əhmədova və şəhər sakini E.Bağırova minnətdarlığımılzı bildiririk- red.). Müəllif yaxın vaxtlarda bu mövzuya yenidən qayıdağacağını və həmin informasiyaları oxucuların diqqətinə çatdıracağını söyləyib. 

        Qeyd edək ki, Ramiz Kərimov 1953-cü il mart ayının 10-da Zərdabın Şəftəhal kəndində anadan olub. Hemyerlimiz 1977-ci ildə Bakı neftayırma zavodunda baş verən dəhşətli yanğının söndürülməsi zamanı xüsusi fədakarlıq göstərib və 24 yaşında dünyasını dəyişib. Ölümündən sonra Ramiz Kərimov SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif olunub. Həmin dövrdə şöhrəti bütün Azərbaycana yayılmış Ramiz Kərimovun haqqında görkəmli şair Hüseyn Arif "Hünər" poeması, şair Əli Vəkil "Əbədiyyət" adlı şer, yazıçı Zeynal Babayev isə "Əbədiləşən ömür" adlı kitab yazmışdı. 


/06.10.2009/ Ucar-Zərdab yolunun 3-cü kilometrliyində dəhşətli avtomobil qəzası

        Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucar rayon Polis Şöbəsinin yaydığı məlumata görə, hadisə Ucar-Zərdab yolunun 3-cü kilometrliyində qeydə alınıb. Ucar rayonu Lək kənd sakini, 1986-cı il təvəllüdlü Fərəcov Şahlar Tahir oğlunun idarə etdiyi 61 BD 446 dövlət nömrə nişanlı "Opel" markalı avtomobil əks istiqamətdə hərəkət edən, rayonun Bərgüşad kənd sakini, 1967-ci il təvəllüdlü Əhədov Elbrus Tapdıq oğlunun idarə etdiyi 09 BC 966 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə hər iki sürücü ağır bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. VAZ-2106-nın sərnişini, 1978-ci il təvəllüdlü Ucar rayonu Boyat kənd sakini Səfərəliyev İlqar Rəşid oğlu hadisə yerində dünyasını dəyişib. Hadisədən sonra "Opel" markalı avtomobildə qısaqapanma yarandığından maşın alışıb. Hadisə yerinə yanğınsöndürənlər gəlib. Yanğın söndürülüb. Faktla bağlı araşdırma aparılır.


Zərdabın yaxın keşmişindən 8 xəbər: 2010, oktyabr Zərdabın yaxın keşmişindən 8 xəbər: 2010, oktyabr Reviewed by Zardob on 29.1.19 Rating: 5

“Kişi səhv etdi, qadın isə həqiqəti dedi.”

20.1.19

İslamda qadın hüquqları


Islamda qadın hüquqları zərdabbloqda




586 –cı ildə Fransada dini şura qadınlar haqqında belə bir qərar çıxarmışdır:

“Qadınlar kişilərə xidmət etmək üçün yaradılmış bir növ insanlardır”.
İslamda isə qadın və kişi bir- birini tamamlayır, təkmilləşdirir:

 “Allah onların dualarını qəbul edərək cavab verdi: “İstər kişi, istərsə də qadın olsun, mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz” (Ali-İmran surəsiç 195-ci ayə).“Ər və arvadın bir-birlərinin boynunda qarşılıqlı haqları var” (Bəqərə surəsi, 228-ci ayə)
   Son əsrə qədər Avropa ölkələrində qadınlar hətta mülkiyyətdən istifadə etmək hüququndan məhrum idilər. İngiltərərdə 1850-ci ildə qəbul edilmiş qanuna görə, qadınlar ölkə vətəndaşları sayılmırdılar və heç bir mülkiyyət hüququna malik deyildilər. Hətta əyinlərindəki paltarları da onların mülkiyyəti hesab edilmirdi.
    Bütün sünni və şiə mənbələrinin təsdiq etdiyi belə bir tarixi hadisə var. Bir gün ikinci xalifə Ömər minbərə çıxıb belə dedi: “ Hər kəs 500 dirhəmdən artıq mehriyyə (başlıq) versə, onun artıq hissəsini müsadirə edib beytul-mala qatacağam!”
   Orada iştirak edən qadınlardan biri Ömərə etiraz edib dedi: “Sizin bu əmriniz Allah hökümlərinin ziddinədir! Çünki, Allah-taala belə buyurur:
-“Onlardan (qadınlardan) birinə çoxlu mal vermiş olsanız da, heç bir şeyi geri almayın.” (Nisa surəsi, 20-ci ayə).
    Ömər səhvini başa düşüb belə dedi:

 “Kişi səhv etdi, qadın isə həqiqəti dedi.”
   Bu tarixi hadisə bir daha İslamda qadının hansı yüksək mövqeyə malik olmasını sübut edir. Bir qadın xəlifə qarşısında etiraz edir və o da , cəmiyyətin hüzurunda öz səhvini etiraf edərək, Allah qanunlarına zidd olan göstərişini ləğv etməyə məcbur olur.
     Səkkizinci Henri qadınlara dini kitab oxumağı qadağan edən bir fərman vermişdi.
   Bir cavan evlənmək istədiyinin Peygəmbərə (s.ə.v.v.) bildiriəndə , Həzrət (s.ə.v.v) belə buyurur : “ Bu qadına Quran oxumağı öyrətsən , səni onunla evləndirərərəm.”
   1882-ci ildə Britaniyada təsdiq edilmiş yeni bir qanuna görə qadınlar həmin dövr üçün “misilsiz” hüquq əldə edirdilər: qazandıqları pulu istədikləri kimi xərcləyə bilər və öz ərlərinə təhvil verməmək ixtiyarı qazanırdılar.
   İslam dini isə bundan 14 əsr öncə qadının xüsusi mülkiyyətə sahib olması və onun iqtisadi cəhətdən müstəqilliyini elan etmişdi: qadın ticarətdən, hədiyyədən və sair yolla əldə etdiyi maliyyə vəsaitlərini ərindən aslı olmayaraq, istədiyi kimi xərcləməkdə azad və müstəqildir. “Kişilərin öz qazanclarından öz payı, qadınların da qazandıqlarından öz payı vardır.” (Nisa surəsi, 32-ci ayə).

    Kilsə uzun müddət böşanmaya ümumiyyətlə icazə verməmişdir. Xristianlıq boşanmanı qəti surətdə qadağan etdiyindən, sonda dövlətlər rəsmən ona icazə verməyə məcbur oldular. Məsələn, Fransada boşanma 1789-cu il inqilabına qədər qadağan idi. Yalnız 1804-cü ildə xalqın təzyiqi nəticəsində boşanmağa icazə verildi. Amma 1816-cı ildə yenidən qadağan edildi. Yenə xalqın tələbi ilə 1884-cü ildə müəyyən məhdudiyyətlətlə boşanmağa icazə verildi.
   İslamda isə boşanma təqdir olunmasa da onun hüquqi əsasları işlənmişdir. Burada boşanmanın İslam nöqteyi-nəzərindən hüquqi əsaslarını şərh etmədən Volterin etiraflarını xatırladırıq:


 “ Məhəmməd (c.ə.v.v) ağıllı bir qanunverici idi. O, istəyirdi ki, bəşəriyyəti bədbəxtlikdən, cahillikdən və fəsadlardan xilas etsin. Onun evlənmək və boşanma haqqındakı qanunları xristian qanunlarından nəyahətsiz dərəcədə üstündür... Quranın boşanma haqqındakı qanunlarından daha kamil qanun ola bilməz”
Seyyid Müctəba Musaəvi Lainin “İslam və Qərb mədəniyyəti” kitabından.

“Kişi səhv etdi, qadın isə həqiqəti dedi.”  “Kişi səhv etdi, qadın isə həqiqəti dedi.” Reviewed by Zardob on 20.1.19 Rating: 5

5G və ağıllı şəhərlər

13.1.19

Gələcək texnologiyalar və sürücüsüz avtomobillıər

5g ağıllı şəhər


Biz 2019-cu ilin ən maraqlı texnoloji yeniliklərindən biri ilə sizi tanış etmək istəyirik - bu 5G şəbəkəsidir.
2018-ci ildə beşinci nəsil şəbəkəsi barədə çox danışıldı. Artıq dünyada bu istiqamətdə çoxsaylı testlər keçirilib.  
Beşinci nəsil şəbəkələrin tətbiqi yüksək sürətli mobil internetin istifadəsinə yardımçı olacaq. 5G informasiyanın ləngimədən ikitərəfli ötürülməsinə imkan verəcək, virtual reallıqlara tamamlanmış əlavələrdən istifadə edilməsi, informasiyanın bulud servislərdə saxlanması imkanlarını genişləndirəcəkdir. Bu isə küçələrində özünüidarə edən avtomobillər şütüyən ağıllı şəhərlər ideyasının gerçəklənməsində daha bir addım deməkdir.
Aparılan təcrübələrin uğuruna baxmayaraq,  kommersiya əsaslı belə şəbəkələrin istifadəsinə tələsilimir. Hələ ki, dünyada rəsmi 2 operator 5G şəbəkəni dəstəkləyir. Bunun da səbəbi sadədir: çox baha başa gələn texnologiyadır. Amma tezliklə vəziyyətin dəyişəcəyi gözlənilir. Tezliklə küçələrdə sürücüsüz avtomobillər görsəniz təəccübləməyin.  

5G və ağıllı şəhərlər 5G və ağıllı şəhərlər  Reviewed by Zardob on 13.1.19 Rating: 5
Blogger tarafından desteklenmektedir.