Weather forecast for Zardab

Bu gün Zərdabinin döğum günüdür


hasan bəy zərdabi

Azərbaycanın bölünməsi, qafqaz türklərinin Rusaiya işğalına məruz qalması XIX yüzillikdə dövlətçiliyimizin bərpasına istiqamətləmiş istiqlal düşüncəsinin formalaşmasını və inkişafını zəruri edirdi. Milli kimliyə sahib çıxacaq ziyalıların yetişməsi üçün yeni tipıi məktəblərin, milli teatr, anadilli mətbuatın yaradılması vacib şərtlərdən idi. Vazeh, Bakıxanov, Axundovun öz maarifçilik fəaliyyətləri ilə bu istiqamətdə vacib addımlar atmış, marifşilik hərəkatının nəzəri əsaslarının qurulmasına öz töhfələrini vermişdirlər. Bu nəzri fəaliyyətini əmələ çevirmək, yeni düşüncəli xalq xadiminin nümünəsini yratmaq kimi şərəfli, amma əziyyətli bir missiya Həsən bəy Məlikov-Zərdabinin qismətinə düşmüşdür.
   Zərdabi çoxşaxəli fəaliyyəti ilə XIX əsrdən XX əsrə elmi-mədəni körpü saldı. Məhz buna görə Zərdabi milli oyanış tariximizin öndəri, yeni düşüncəli ziyalılar nəslinin MÜƏLİMİ, USTADI, ATASI kimi bir zirvəyə yüksəldi. Ölümündən sonra da Zərdabi nümunəsi milli-mədəni dairələrdə yüksək tutulurdu.
   Amma “ifrat milli” Zərdabi sovet dövründə təhlükəli sayıldı, adının xalqın yaddaşından silmək üçün hər şey edildi. Yalnız stalinizmin iflasından sonra Heydər Hüseynov, Firidun Köçərli, Cəlal Məmmədov, Abbas Zamanov, Mirəli Axundov, Ziyəddin Göyüşov, Zaman Məmmədov, Şirməmməd Hüseyov, Vəli Məmmədov, İzəət Rüstəmov və digərləri onun adını və irsini işığa çıxarmışlar.
   Sonrakı illərdə Rəhman Bədəlov, Tahir Aydınoğlu, Eldəniz Həsənov, İsaməddin Əhmədov, həmçinin adlarını çəkmədiyimiz, ancaq hər birinin qarşısında hörmətlə baş əydimiz digər ziyalılarımız Zərdabi irsinin öyrənilməsinə öz töhfələrini vermişlər.
   Əlbəttə, Zərdabi haqqında yorulmadan, mövzunu bitirmədən saatlarla, günlərlə danışmaq olar. Amma onun tədqiqatçılarından birinin qeyd etdiyi kimi:
...Zərdabi haqqında, onun yaşadığı məkan və zaman haqqınada, Zərdabi fəaliyyətinin nəticələrinin müasir Azərbaycana göstərdiyi (yaxud göstərmədiyi) təsirlər haqqında danışmağın mənim tərəfimdən sadəlövh bir cəhd olduğunu başa düşürəm. Bunun üçün, Azərbaycanın bütün humanitar elmlərinin nümayəndələrini, lazim gələrsə xarici ölkələrin alimlərini cəlb etməklə roman, bəlkə də bir neçə roman yazmaq lazımdır.
   Odur ki, Zərdabi haqqında bəzi məlumatların mənbəyini bu yazıda qruplaşdıraraq sizə çatdırmaq istədim. Bu mənbələr Zərdabinin yaxınları, düşüncələri, fəaliyyəti haqqında qısa da olsa məlumat əldə etməyə sizlərə bələdçilik edə bilər.
Zərdabi - Məlikovlar haqqında məlumatlar






İlk müasir milli azərbaycanlı  ailəsi

"Əkinçi" qəzeti

Bakıda ilk qızlar məktəbi



Azərbaycanın ilk təbiətşünas alimi


Marifçilik, azərbaycançılıq yöhümlü fəaliyyət


Zərdabinin dəfni
http://www.anl.az/down/meqale/525/525_iyul2009/87161.htm





Bu gün Zərdabinin döğum günüdür Bu gün Zərdabinin döğum günüdür Reviewed by Zardob on 28.6.20 Rating: 5

Hiç yorum yok:

Blogger tarafından desteklenmektedir.