Weather forecast for Zardab

Zərdab, Səfəvi-Osmanlı müharibəsi və Qoyun ülümü

5.1.24

Zərdab, Qoyun keçidi

Bir çox tarixi mənbələrdə Zərdabın adı “Qoyun ölümü” (yaxud “Qoyun ülümü”) ilə yanaşı çəkilir. Türk mənbələrinə görə Səfəvi-Osmanlı müharibəsinin (1578-1590) ikinci böyük döyüşü, “Koyun Geçidi Muharebesi” məhz bu ərazidə, Kür çayının ən böyük sol qolu olan Qanıq çayının sahilində, Qoyun keçidi məntəqəsində baş tutmuşdur.
[CƏ1] Döyüş Osmanlı ordusunun qələbəsi ilə bitmiş, onlar üçün Şirvana gedən yolu açmışdır.

Bəziləri Qoyun keçidi (Qoyun ölümü yaxud Qoyun ülümü) adlanan bu ərazinin Zərdabın Körpükənd kəndi, digərləri Lələ Əhmədli (indiki Dəli Quşçu) ərazisində yerləşdiyin sübut etməyə çalışır. Bəziləri isə bunun belə olmadığın iddia edir.

Həmin fikirləri nəzirənizə çatdırmazdan öncə, qeyd edim ki, biz çox zaman tarixi faktları şərk edərkən, unuduruq ki, “hər şey axır, hər şey dəyişir”, bu axının içərisində Kürün yatağı da dəyişib, Körpükənd kəndinin yeridə dəyişə bilər (ona görə, “bilər” yazıram ki, dəqiq bilmirəm, amma məncə dəyişib). Bu “dəyişmə” prosesində fakt odu ki, belə bir keçid olub, həmin keçiddə iki böyük türk dövlətinin ordusu, təəssüf ki, üz-üzə gəlib. Bu “təəssüf” olmasaydı, bəlkə də, tarixin axarı başqa istiqamətdə axardı.  Amma “yazan-yazıb”...

Bir də digər fakt odu ki, bu günkü Zərdabın ərazisi, bu torpaq bu döyüşlərə şahidlik edib, bu ərazilərdə eyni millətin düşmən ordusunun əsgərləri torpağa tapşırılıb.

 

Həmi keçid barədə iki baxış bucağını sizə təqdim edirik. Məlumatlar “Zərdab Videoçarxlar” Facebook səhifəsindən götürülüb.

 ““Qoyun ölümü” keçidi

"Qoyun ölümü" keçidinin keçmiş Zərdab kəndinin və eləcə də Lələ Əhmədli (Dəli Quşçu) kəndinin ərazilərində yerləşdiyini yazanlar var. Mənbələrə baxdıqda bunun yanlış olduğu məlum olur. "Qoyun ölümü" keçidi haqqında məlumat verilən sənədlərə əsasən bu keçidin Ərəş bölgəsində yerləşdiyini söyləmək olar. Zərdabın indiki Körpükənd, Bıçaqçı, Yuxarı Seyidlər və Sileyli kəndlərinin əraziləri də əvvəllər Ərəş bölgəsinin tərkibinə daxil idi.

Qaynaqlarda Kür çayı bəzən “Qoyunkeçidi” çayı şəklində də keçməkdədir.

Həm Səfəvi, həm də Osmanlı mənbələrində “Qoyun ölümü” keçidinin adına rast gəlinir. Müəllifinin kimliyi tam bəlli olmayan “Sahibqiran xaqanın dünyanı tutması” əsərində Şah İsmayılın Kürü keçməsi təsvir edilir. Əsərdə yazılır: "Şah əmrinə əsasən Bayram bəy Qaramanlı o biri sahildə mühafizə təşkil etmək məqsədilə Kür çayı sahilinə göndərilmişdir. Kür sahilinə, “Qoyun ölümü” keçidinə gələn Şah İsmayıl isə atını çaya sürür. Ordu da heç tərəddüd etmədən onun arxasınca atlarına suya salırlar və onların hamısı sağ-salamat çaydan keçirlər."

Qaynaqların yazdığına görə, Şirvanşaha cəsusluq edən bir xəbərçi Şirvan üzərinə irəliləyən Şah İsmayıl haqqında bilgi vermişdir. Verilən xəbərə görə Səfəvilər “Qoyun ölümü” keçidindən Kür çayını keçərək Şirvana daxil olacaqlar.

Oqtay Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” əsərində də bu keçid haqqında yazır: “Gürcüstan yürüşündən qayıdan Şah Təhmasib Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı. Zilhiccənin 11-də (fevralın 2-də) “Qoyun ölümü” keçidinin yanında Kürü keçdi və Ərəşi ötərək Əli Şabana (bəzi mənbələrdə Ali Çobana) gəldi.”

Krım tatarlarının Mollahəsən yaxınlığında darmadağın edilməsindən də yazan Oqtay Əfəndiyev, Mirzə Salmanın və əmirlərnin Qarabağdan təcili hərəkətə başladıqlarını və “Qoyun ölümü” keçidindən Kürü keçərək Şirvana daxil olduqlarını yazır.

1578-ci ildə Səfəvilər və Osmanlılar arasında baş verən savaş “Qoyun keçidi” savaşı kimi tarixə daxil olmuşdur. Osmanlı mənbələrinin bildirdiklərinə görə, “Qoyun keçidi” savaşı günümüzdəki Mingəçevir dənizinin yerləşdiyi bölgənin şimalında, Kür, Qanıx və Qabirri çaylarına yaxın bir bölgədə baş vermişdir. Bu savaşın müasir Gürcüstanda, Vaşlovani Milli Parkının yerləşdiyi ərazidə baş verdiyini də yazırlar.

Bu savaş haqqında Osmanlı mənbələrində geniş məlumat verilir. 1555-ci ildə Osmanlı imperatorluğu və Səfəvi dövləti arasında imzalanan sülh sazişi 1578-ci ildə pozuldu və osmanlılar Səfəvilər dövlətinin ərazisinə hücum etdilər. Tiflisdən yola çıxan Osmanlı ordusu ilk öncə Qabirri (İori) çayını keçmiş, bu çayla Qanıx (Alazan) çayları arasındakı Şırak düzünə daxil olmuşdular. Ordu osmanlı mənbələrində “Şirvan hüdudu”, “Şirvan qapısı” adlanan Qanıx çayı boyunca irərilədilər. Daşqın səbəbindən bir-neçə gün Qanıx və Qabirri çayları arasındakı yarımadada düşərgə saldılar. Osmanlı ordusu Qanıx və Qabirri çaylarının arasındakı bölgəyə çatdığı zaman, Səfəvilərin Təbriz hakimi Əmir xan 20 min nəfərlik bir ordu ilə Qarabağda yerləşmişdi. Kür çayı sahillərinə gələn Əmir xan, qüvvələrini Qabirri və Qanıx çaylarının birləşdiyi nöqtəyə yaxın bir yerdən, “Qoyun ölümü” keçidindən qarşı sahilə keçirdi.

Kür çayını keçən və sayca az olan Səfəvilər müharibə üçün əlverişsiz bir ərazidə basqın edərək Osmanlıları məğlub etmək istəyirdilər. Səfəvilər ilk olaraq ərzaq axtaran öndə olan birliklərə və heyvanları yemləyən dəstələrə, daha sonra əsas Osmanlı ordusunun üzərinə hücum etdilər. Səfəvi ordusunun ön hissələrinin hücumu xəbərini alan Lələ Mustafa Paşa ordusunu hərəkətə keçirdi.

Osmanlı ordusu tərəfindən sıxışdırıran Səfəvi ordusu tab gətirməyərək Kür çayına doğru geri çəkildilər. Əmir xan və əsgərləri keçiddə qaldıqları üçün geri çəkilə bilmişdilər. Amma oğlu Muğan hakimi Murad xanın rəhbərliyi ilə irəli göndərdiyi dəstə geri çəkilərkən keçidi tapa bilməmiş, Osmanlıların sıxışdırmaları səbəbindən çaya atılmışdılar. Murad xan da daxil olmaqla səfəvi əsgərlərinin əksəriyyəti Kür çayında boğularaq həlak olmuşdular. Osmanlı mənbələri savaşda səfəvilər tərəfindən 5000 nəfərin öldürüldüyünü, 5000 nəfərin yaralandığını və geri çəkilənlərin Kür çayında boğulduğunu yazsa da, öz itkiləri haqqında məlumat vermirlər.

"Qoyun keçidi” savaşından sonra Osmanlılar ələ keçirdikləri Şirvan və Dağıstanı birləşdirərək böyük bir bəylərbəyliyi yaratdılar, Özdəmiroğlu Osman Paşa isə Şirvan bəylərbəyi təyin olundu.

 Qulu Zərdabi Zərdab Videoçarxlar ilə birlikdədir.

27 Fevral 2023  ·

Qoyun Ölümü keçidi. Bir vaxt Qızıl Arslan bu keçidi keçib, Qara Su çayının Kürə tökülən yerinə gəlir. O yerlərin təbiəti Şahın o qədər xoşuna gəlir ki, çadır qurub bir neçə gün orda qalır. Ən maraqlısı odur ki, orda heyvanlar və quşlar insanlardan qorxub qaçmırmış.

Bəs harda olub Qoyun Ölümü keçidi?  Deyilənə görə bu keçid Zərdab rayonunun Körpükənd kəndinin ərazisində olub. Bəs bu kənd o ərazidə nə zaman məskunlaşıb? Axı kəndin ərazisində körpü üçün əlverişli yer yoxdur. Bundan əlavə, Kür çayı 1000 il əvvəl indiki yatağında olubmu? Xeyir. Əminliklə deyirəm ki, Kür öz indiki yatağından kilometrlərlə şimalda olub. Xüsusilə də Zərdab və Ağdaş rayonları ərazisində. Kürün axma istiqamətini təyin etmək üçün, axmazları tədqiq etmək kifayət edər. Yevlax, Ağdaş və Zərdab rayonunu ərazisində olan axmazlar buna sübutdur. Məsələn, Ağdaş rayonun Kotan Arx kəndindəki axmaz. Yəni Kür yeri. İndiki Kür çayından çox uzaqdır. Təxminən 20 km. Həmin rayonun Ağzıbir, Kotavan, Zərdab rayonunun Yuxarı Seyidlər kəndindəki Qanlıca gölü, Gödək Qobu kəndindəki axmaz Kürdən xeyli aralıda yerləşir. Deməli Kür indiki yatağından çox aralıdan axıb.

Bəs qədim Kür qırağında yaşayış məntəqələri olubmu? Əlbəttə olub. Zərdab rayonunun Körpükənd, Bıçaqçı və Yuxarı Seyidlər kəndi ərazilərində qədim yaşayış məntəqələri olub. Bunlardan biridə, Bıçaqçı kəndinin ərazisində Gümüşlü düzündə Yarayıc şəhəri olub. Sovet dövründə ərazidə aparılan meliorasiya işləri zamanı Yarayıcdan küplər tapılıb. Çox təəsüf ki tapılan hər şey məhv edilib.

Bəzi mənbələr şəhəri Bərzənc, bəziləri Bərciz kimi göstərib. Əslində hər üç söz, Yaraıc, Bərcis və Bərzənc eyni mənanı verir.

Bərzənc yəni Bərəkənd, Körpü kənd. Yaraız. Çox güman ki, Bərəüz, bərəüzən deməkdir. Yəqin ki Bərcizdə eyni mənanı verir.

Yaraıc demək olar ki ölkənin coğrafi mərkəzində yerləşib. Beş böyük şəhərin, Şamaxı, Qəbələ, Gəncə, Bərdə və Beyləqan şəhərlərinin əhatəsində olub. Bu şəhərlərin yaratdığı böyük darirənin mərkəzi olub. Bu şəhərlər buri biri ilə əlaqə yaratmaq üçün, ticarət etmək üçün yalnız Yaraıcdan keçməli idilər. Şəhər o qədər inkişaf edibmiş ki, deyilənə görə, şəhərdə kanalizasiya sistemi var imiş. Şəhərdən bir neçə km qərbdə Yasər və Suffin yaşayış məntəqələri olub.

Yəmənli Üveys Qəraninin ( Veyis Baba) o ərazidə dəfn olunması, həmin ərazilərdə iri və inkişaf etmiş yaşayış məntəqələrinin olmasına işarədir. Təbəri Üveysin Suffində xəstələnərək öldüyünü deyir.

Deyilənə görə şəhər zəlzələ nəticəsində dağılb. Ola bilər. Əgər zəlzələ nəticəsində Kür öz yatağını dəyişibsə, deməli yüz illər boyu Kür qırağında yaşamış Bərzənc əhalisi, yenədə Kür qırağına köçməli idilər. Çünki Kür gəmiçilik, balıqçılıq, əkinçilik, heyvandarlıq üçün böyük sərvət idi. Bundan əlavə insanlar içməli su ehtiyacını Kür suyu ilə ödəyirdilər. Beləliklə insanlar Yaraıcdan təxminən üç km cənuba, indiki Zərdab rayonunun Körpükənd ərazisinə köç etdilər. Qoyun ölümü keçidi isə tarixə qovuşdu. Əgər tədqiqatçılar zəhmət çəkib Bərzənc şəhərini tədqiq eləmək istəsələr, və ya tarixçilər zəhmət çəkib araşdırma aparsalar, çoxda uzağa getməyə ehtiyac yoxdur.  O yerlərin doğrudan da təqiqata ehtiyacı var.”

 

Zərdab, Səfəvi-Osmanlı müharibəsi və Qoyun ülümü Zərdab, Səfəvi-Osmanlı müharibəsi və Qoyun ülümü Reviewed by Camil Asad on 5.1.24 Rating: 5

Etel Lilian Voyniç və Tosu Zəngilanlı

1.6.22

 Bu günlrdə hamı Tosu Zəngilanlının (Əbülfət Abbasov) ölümündən yazır. Mən də "Allah rəhmət eləsin!" deyirəm. Bu yazılar mənə Etel Lilian Voyniçi xatırladı. O da nə vaxtsa yazıb - taleləri onunla oxşar olanlar haqqında. Səbriniz çatarsa, buyurun, oxuyun

Etel Lilian Voyniç :  “Ovod”

(Seçmələr)

Sirkə getmək istəyirsinizmi? Cemma təəccüblə ona baxdı. Cavab verməmişdi ki, Ovod yenə soruşdu:

- Siz heç sirk tamaşaları görmüsünüzmü?

- Yox, görməmişəm. Bu tamaşalar məni maraqlandırmayıb.

- Nahaq! Bunlar çox maraqlı olur. Mənə elə gəlir ki, bu tamaşaları görmədən xalqın həyatını öyrənmək olmaz. Köçəri sirk öz çadırını şəhər qapısından bayırda qurmuşdu. Ovodla Cemma oraya yaxınlaşanda, skripkaların zəhlətökən səsi, təbil gumbultuları tamaşanın başlandığını xəbər verdi. Tamaşa çox bəsit idi. Bütün truppa – bir neçə oyunbazdan, təlxəkdən, akrobatdan, çənbər içindən tullanan atlıdan, bəzək-düzək vurulmuş kolombinadan, bir də cansıxıcı və axmaq-axmaq zarafatlar edən qozbeldən ibarətdi. Zarafatlar ümumiyyətlə öz kobudluğu ilə həqarətli deyildi, ancaq onlar, adi həyatda çox-çox təkrar olunduğundan bayağılaşmış, zəhlətökən şeylərdi; ümumiyyətlə, bütün oyunlarda dözülməz bir bayağılıq vardı. Camaat, toskanalılara xas olan bir nəzakətlə gülür, oyunçuları alqışlayırdı. Lakin onları ən çox əyləndirən qozbelin çıxartdığı oyunlardı. Cemma onun bu oyunlarında nə məzəli, nə də gülməli bir şey görürdü. Onun çıxartdığı oyunlar bir sıra kobud, çirkin əzilib-büzülməkdən ibarətdi. Camaat ona öcəşirdi, uşaqları çiyinlərinə qoyub bu «kifir adamı» onlara göstərirdilər. Ovod çadırın ağac dayağına söykənib durmuşdu. Cemma ona sarı dönərək soruşdu: — Sinyor Rivares, siz burada maraqlı nə görürsünüz? Mənə elə gəlir ki..

Cemma onun üzünü görüb birdən susdu: bu vaxta qədər o, insan sifətində belə dərin, belə ümidsiz bir iztirab görməmişdi: yalnız bunu Livornoda, bağ qapısı yanında Montanellinin üzündə görmüşdü. Budur, oyunbazlardan biri qozbelə bir dürtmə vurdu. Qozbel havada mayallaq vurub, yumaq kimi, yöndəmsiz halda, diyirlənədiyirlənə meydandan çıxdı. Sonra iki oyunbaz arasında söhbət başlandı. Ovod yuxudan ayılmış kimi qımıldandı.

- Gedək, – dedi– bəlkə, siz yenə baxmaq istəyirsiniz? Mən getməyi üstün tuturam. Çadırdan çıxıb, kölgəli yaşıllıq içindən keçərək çaya sarı getdilər. Onlar bir neçə dəqiqə susdu. Ovod soruşdu:

- Tamaşa xoşunuza gəldimi?

- Çox ağır tamaşa idi, bəzən də adamı lap iyrəndirirdi.

- Nə iyrəndirirdi?

- O əzilib-büzülmələr. Bunlar lap biabırçı idi. Heç birində məzəli bir şey yox idi.

- Siz qozbeli deyirsiniz? Cemma Ovodun şikəstliyini xatırladan hər şeyə iztirablı həssaslıq göstərdiyini bilirdi, buna görə tamaşanın qozbelə aid olan hissəsindən daha az danışmaq istəyirdi. Lakin indi Ovod özü bunu soruşurdu.

- Bəli, hamısından pisi bu idi, – deyərək onun sözünü təsdiq etdi.

- Axı camaatı da elə hər şeydən çox o əyləndirirdi.

- Doğrudur; buna da ancaq təəssüf etmək lazımdı.

- Niyə? Ona görə ki, bunda kobud zövqlərin tələbi nəzərdə tutulur?

-Y-yox. Bütün tamaşada kobud zövqlərin tələbi nəzərdə tutulmuşdu.

Lakin buna rəhimsizlik də əlavə edilmişdi. Ovod gülümsədi.

- Rəhimsizlik? Qozbelə qarşı?

- Mən demək istəyirəm ki.. O özü, əlbəttə, buna tamamilə sakit baxır.

Atlı üçün tullanmalar, aktrisa üçün kolombina rolu qazanc mənbəyi olduğu kimi, bu əzilib-büzülmələr də onun üçün qazanc mənbəyidi. Ancaq adam ona baxanda qəlbində bir ağırlıq hiss edir. Onun rolu adamı alçaldan bir roldu; bu rolda insan ləyaqəti tapdalanır. .

- Yəqin ki, onun bu rolda gördüyü həqarətlər – truppaya girməmişdən əvvəl gördüyü həqarətlərdən çox deyil. Bizim həm birimizin insanlıq ləyaqəti onsuz da müxtəlif yollarla tapdalanır.

- Bu doğrudur. Amma burda. . Mənim bu deyəcəyim söz bəlkə də sizə mənasız görünəcək, lakin, məncə, insan bədəni müqəddəs olmalıdı, insan bədəni lağa qoyulanda, qəsdən eybəcər şəklə Salınanda mən dözə bilmirəm.

- İnsan bədəni! Bəs insan qəlbi?

Ovod birdən dayandı, əlini sahil küçəsinin daş sürahisinə söykəyib, Cemmanın düz gözləri içinə baxdı, ondan cavab gözlədi. Cemma da dayandı, təəccüblə ona baxaraq dedi:

- Bəs insan qəlbi?

Ovod sərt bir hərəkətlə qollarını açıb sözünə davam etdi:

- Yoxsa bu vaxta qədər heç sizin ağlınıza gəlmirdi ki, bu zavalı oyunbazın da, bir parça əyri-üyrü ağac kötüyünə oxşayan bədəninə zorla yerləşdirilmiş, ona köləlik etməyə məcbur olan, mübarizə edən canlı insan qəlbi var? Siz ki hər şeyə belə həssassınız, sizin ki belə gülünc, zınqırovlu paltar geydirilmiş bu bədənə yazığınız gəlir, bəs necə olur ki, onun zavalı qəlbini yaddan çıxarırsınız, – elə bir qəlb ki, onun müdafiəsiz qalan çılpaqlığını gizlətmək üçün heç təlxəklik bəzək-düzəyi də yoxdur! Bir düşünün: onun bu çılpaq qəlbi soyuqdan üşüyür, hamının gözü qabağında utanıb xəcalət çəkir, tamaşaçıların istehzası onu bir qamçı kimi parçalayır, onların gülüşü, odda qızarmış dəmir kimi onu yandırır! Bir düşünün: o, aciz-aciz ətrafındakı dağlara, daşlara baxır, bu dağlar nə üçün yerindən qopub onun üstünə tökülmür, onu bu əzab verən insanların əlindən xilas etmir, bu daşların nə üçün yazığı gəlmir, niyə uçub onu öz altında basdırmır! O, siçovullara da həsəd edir: çünki siçovulların yer altında yuvası var, qaçıb orada gizlənə bilərlər! Bunu da unutmayın ki, qəlbin axı dili yoxdur, səsi yoxdur, o çığıra bilmir. O gərək səbr etsin, səbr etsin, səbr etsin. . Mən boş-boş şeylər danışıram. . Siz niyə gülmürsünüz? Məzəli söhbətlər sizə təsir etmirmi?

Cemma bir söz deməyib geriyə döndü, sahil küçəsi ilə yavaşyavaş getməyə başladı. Onlar gəzməyə çıxandan bəri Cemmanın heç ağlına gəlməmişdi ki, Ovodun keçirdiyi bu anlaşılmaz həyəcanın bəlkə də köçəri sirklə bir əlaqəsi var; indi Ovodun birdən belə odlu-odlu danışması Cemmanın qarşısında onun daxili aləminin qaranlıq bir guşəsini işıqlandırdı, onun Ovoda yazığı gəldi, ona təsəlli üçün, bircə kəlmə də deməyə söz tapmadı.

*********************

*********************

 

- Sizinlə bərabər sirkə getmişdik ha, yadınızdadırmı? Elə bir sirk idi, ancaq ondan da pis, ondan da bayağı. Məramnamədə, əlbəttə, öküz döyüşü də vardı. Sirkin truppası gecələmək üçün böyük yolun kənarına düşmüşdü. Mən onların çadırına yaxınlaşıb sədəqə istədim. Hava yaman isti idi. Aclıq məni lap əldən salmışdı, elə çadırın ağzında özümdən gedib yıxılmışam. O zaman mən, möhkəm korset bağlamış institut qızları kimi, tez-tez özümdən gedirdim. Məni çadırın içinə aparıb araq verdilər, doyunca yedirtdilər, səhərisi də təklif etdilər ki.. O susdu.

— Onlara cırtdan, ya qozbel, ya da eybəcər bir adam lazımdı ki, tamaşaçıları əyləndirmək üçün ona narınc qabığı da ata bilsinlər. Siz onda qozbeli gördünüzmü? İki il mən də elə qozbel oldum. Xırda-para bəzi oyunlar çıxartmağı öyrəndim. Ancaq mənə hələ lazımi qədər eybəcər deyildim. Buna da əlac tapdılar: dalıma yumru bir şey qoyub məni qozbel elədilər, axsaq ayağımdan, şikəst qolumdan da mümkün qədər istifadə etməyə çalışdılar. Tamaşaçılar çox da elə tələbkar deyildi: az şeylə kifayətlənirdilər, ancaq bunu istəyirdilər ki, incitmək, əzab vermək üçün onlara canlı bir məxluq versinlər. Geydiyim təlxək paltapı mənim bağışlayacağım təsiri tamamladı. Bircə çətinlik burasında idi ki, tez-tez xəstələnirdim, belə olanda səhnəyə çıxa bilmirdim. Elə də olurdu ki, truppanın başçısı, halım pis olanda da səhnəyə çıxmağımı tələb edirdi, mənə elə gəlirdi ki, tamaşaçılar ən çox belə axşamlarda həzz alırdı. Yadımdadır, bir gün bədənimdə şiddətli ağrılar başlamışdı. Mən səhnəyə çıxdım, tamaşa verilən yerdə birdən özümdən gedib yıxıldım. Özümə gələndə gördüm ki, bütün tamaşaçılar ətrafıma toplaşıblar: hamısı da çığırır, nərə çəkir, üstümə şey atırdılar. .

— Bəsdi! Mən daha qulaq asa bilmirəm!. Siz Allah, bəsdir! Ovod astadan dedi:

— Gör mən nə sarsağam! Cemma pəncərənin qabağına getdi, üzünü döndərmədən bir neçə dəqiqə orada durdu. Çevriləndə gördü ki, Ovod yenə də oturub, stola dirsəklənib, əli ilə gözlərini örtüb. Sanki Cemmanın burada olduğunu unutmuşdu.


Etel Lilian Voyniç və Tosu Zəngilanlı Etel Lilian Voyniç  və Tosu Zəngilanlı Reviewed by Camil Asad on 1.6.22 Rating: 5

Gələcək peşəniz: iqtisadi yönümlü ixtisaslar

23.1.22
Sizin peşə iqtisadiyyat

Maliyyə iqtisadi ixtisasları birləşdirən əsas amildir

Hazırda respublikamızın, o cümlədən Zərdab rayonunun orta təhsil müəssisələrində oxuyan şagirdlər məzun olmağa hazırlaşır. Bu zaman onlarda bəzi suallar yaranır, bunlardan biri də peşə seçimi ilə bağlıdır. Odur ki, iqtisad yönümlü bəzi peşələr barədə qısa məlumat verməyi qərara aldım.

Qeyd edim ki, bu peşələrə müxtəlif təhsil ocaqlarında yiyələnmək, Bakıda və regionlarda fəaliyyət göstərən kurslarda səriştələrinizi artıra bilərsiniz.  

Çox vaxt gənclər müəyyən peşə sahiblərinin gördükləri işləri dəqiq təsəvvür etmirlər, bu da  ixtisas seçimi zamanı onlara problemlər yaradır. İqtisadi ixtisas sahiblərinin fəaliyyət sahəsi o qədər genişdir ki, onların supermarketlərdə kassirdən tutmuş iri neft şirkətlərində baş mühasib yaxud İqtisadiyyat nazirliyində rəhbər vəzifələrdə çalışdığını əminliklə demək olar. Onlar Zərdab rayonunun müxtəlif sahələrində də  uyğun iş tapa bilərlər. İqtisadi ixtisasları birləşdirən əsas amil maliyyədir. Bu sahədə çalışan mütəxəssislərin işinin əsas məqsədi:

  • maliyyə - pul axınlarının idarə edilməsi;
  • maliyyə göstəricilərinin təhlili;
  • maliyyə və resurs bazarlarında əlverişli və çox da əlverişli olmayan vəziyyətlərin qiymətləndirilməsi və proqnozlaşdırılmasıdır.

İqtisadi peşələrin tərkibi müxtəlif və genişdir. Eyni zamanda cəmiyyətin inkişafı yeni peşələrin də yaranmasına səbəb olur, çünki iqtisadiyyat mahiyyət etibarilə cəmiyyətin əsasını təşkil edir. Dünya elə qurulub ki, əsas maliyyə münasibətləri olmadan mövcud ola bilməz. Məhz buna görə iqtisadi və ya pul əməliyyatları ilə bağlı peşələrə, başqa sözlə, maliyyə-iqtisadi münasibətlər sahəsində mütəxəssislərə istənilən cəmiyyətdə tələbat olacaqdır.

 Ən çox tələb olunan 6 peşə

Ən çox tələb olunan 6 iqtisadi peşənin siyahısı belə tərtib edə bilərik:

Auditlə bağlı peşələr. Auditor mühasibat sənədlərini yoxlayır, maliyyə fəaliyyətinin qiymət verir. O, həmçinin   sahibkara keyfiyyətli mühasibat təminatı üzrə də məsləhətlər verir.

Mühasibat uçotu. Təsərrüfat fəaliyyətində uçotun aparılması vacibdir, fərq etməz, istər kiçik şirkət olsun yaxud  istər ən böyük holdinq. Bunu həm də qanun da tələb edir. Bu peşənin sahibləri dövlət və özəl müəssislərdə maliyyə vəziyyətinə nəzarət edir, vergiləri hesablayır və vaxtında ödənməsini təmin edir,  müxtəlif dövlət orqanları üçün hesabatları hazırlayır,  rəhbərliklə maliyyə məsələləri üzrə daim təmasda olur. Respublikamızın regionlarında, o cümlədən Zərdabda da bu sahədə peşəkrlara ehtiyac var.

Marketinq mütəxəssisləri. Onlar müəssisə üçün daha çox gəlir gətirən mal yaxud xidmətlərin yaradılması, təşviqi və satışı ilə bağlı prosesləri həyata keçirirlər. Satış bazarının öyrənilməsi, bazara uyğun reklam fəlsəfəsinin hazırlanması ilə də bu peşə sahibləri məşğul olur.

Maliyyə meneceri. Maliyyə resurslarının formalaşması və bölüşdürülməsi bu peşə sahiblərinin əsas funksiyalarıdır. İlk öncə daxili ehtiyatlar səfərbər edilir, sonra isə cəlb edilmiş vəsaitlərin səmərəliliyi qiymətləndirilir.

İqtisadçılar. Bu peşə sahibləri pul vəsaitlərinin hərəkəti ilə əlaqəli məsələlərin nəzəri təhlili üzrə mütəxəssis hesab olunur. Onlar maliyyə planları hazırlayır, onalrın icrasına nəzarət edir.

Satış menecerləri. Təsərrüfat fəaliyyətinin effektivliyi satışların həcmindən asılıdır. Bu peşənin sahibləri mal və ya xidmətlərin satışını idarə edən mütəxəssisədirlər. Satış menecerləri ilə Zərdabın ticarət obyektlərində işləyənlər tez-tez rastlaşırlar.

Maliyyəçi – universal peşə sahibi

 Maliyyə ixtisasını bitirən şəxs mühasib, menecer, iqtisadçı kimi peşələrə də yiyələnə bilər. Əslində İqtisadçı və maliyyəçi bir-birindən ayrılmazdır. Müasir dünyada maliyyə və iqtisadiyyat bir növ siam əkizləridir və onları hər birindən ayırmaq mümkün deyil. Həyatımın bir hissəsi keçən sovet dövrünün bir deyimini uyğunlaşdırıb, deyə bilərik ki, “maliyyə” deyəndə iqtisadiyyat, “iqtisadiyyat” dedikdə isə maliyyə nəzərdə tutulur (orijinal belə idi: “Partiya” deyəndə xalq, “xalq” deyəndə partiya nəzərdə tutulur. Yaxşı maliyyəçi olmaq üçün:

  •        mühasibat uçotunu bilmək;
  •          rəqabət, reklam nəzəriyyələrini öyrənmək;
  •          kredit, sığorta, vergilər haqqında məlumatlara malik olmaq lazımdır.

Maliyyəçi bazarın, investisiyanın mahiyyətini anlamalıdır, çünki, bir qayda olaraq, iri  maliyyə resursları ilə “oynayır”, onların qoyuluşu və idarəçiliyini həyata keçirir. Yuxarıda qeyd edilən səriştələr təhsil ocaqlarında öyrədilir. Məhz bun görə də bu ixtisası bitirən şəxsləri geniş profilli hesab etmək olar. 

Yuxarıda ən çox tələb olunan peşələr sadalanıb. İqtisadi yönümlü peşələrin siyahısı genişdir, buraya  vergi müfəttişlərini, loqistləri, sığorta işçilərini, gömrük müfəttişlərini və digərlərini aid etmək olar. 

Peşə seçimi zamanı yazşadığınız regionun ehtiyaclarını da nəzərə almaq önəmlidir. Məsələn, Zərdabda gömrük müfəttişi kimi iş tapmaq mümkünsüzdür. 

Gələcək peşəniz: iqtisadi yönümlü ixtisaslar Gələcək peşəniz: iqtisadi yönümlü  ixtisaslar Reviewed by Zardob on 23.1.22 Rating: 5

Nurlan Yunusov: “Dirilər məzarlığı”

29.11.21

Nurlan Yunusov: “Dirilər məzarlığı”


Gənc yazar Nurlan Yunusovun, bildiyim qədər, bu günə kimi 4 kitabı nəşr olunub. Bu kitablardan biri “Dirilər məzarlığı”- dir. Kitab gənc həkim Ömərin faciəvi həyatından bəhs edir. 

Biz adətən oxuduğumuz kitabda müsbət yaxud mənfi qəhrəman axtarır, seçir, bu kriteriyaya görə qruplaşdırırıq. Ömər müsbət qəhrəmandır yoxsa mənfi? Düzünü deyim, bilmirəm.  O, sadcə insandar, bizlərdən biri. Belə insanlarla Zərdab rayonun kitabsevərləri də həyatda rastlaşıblar. O, çox oxuyib, çox çalışıb, həyatda nəyəsə nail olub. Amma məni çoxdan düşündürən sualı, bu kitabı oxuyarkən bir daha özümə veridm: “Həqiqətənmi , çoxlu oxumaq vacibdir?”  Məncə çox yox, necə oxumaq önəmlidir.

 “Sözün gücü böyükdür.  Ona görə böyükdür ki, sözlə insanları birləşdirmək də olar, ayırmaq da, sözlə məhəbbət də qazanmaq olar, ədavət və düşmənçilik də” – yazır  Lev Tolstoy. Kitab müəllifin, o nə qədər dahi olsa belə, bir başqasının fikirləridir. Bu fikirlər həyat, yaşam üçün təlimat deyil, hadisələrin təsviri, müəllifin bu hadisələrə baxışlarıdır. Əgər biz kitabdakı fikirləri düşüncəmizin ələyindən keçirə bimiriksə, məncə, oxumağa dəyməz.  

Deyə bilərsiz ki, bütün bunların “Dirilər məzarləğı”-na nə dəxli? Kitabda həyatından bəhs edilən Ömər də çoxlu kitab oxuyib, amma bunlar ona xoşbəxtlik yox, bədbəxtlik gətirib. O, sadəcə çox oxuyub, başını kitabdan qaldırmadan, ətrafa, real həyata baxmadan, ona yer üzündə ayrılmış vaxtı qiymətləndirmədən , ömrü yaşamadan oxuyub. Son isə faciəvidir- real hadisələrlə rastlaşanda özünü itirir, çaş-baş qalır, həyatın zərbəsi dizini bükür. O, oxuduğu kitablardakı fikirləri, həqiqətləri özününki edə bilməyib, reallıqla uyğunlaşdırmağı bacarmayıb. Sonda isə, iradəsizlik, müalicədən imtina -bu isə, əslində, intihar kimi bir şeydir. İntihar insanın zəifliyi, onun olmayana əl uzatmasıdır. Ömrin taleyi göstərir ki, insan tarazlığı qorumağı bacarmalıdır – oxumaqda da, işləməkdə də, istirahətdə də. Ürək və beyin, sevgi və ağıl bir-birini inkar etməməli, əksinə, birləşib insanın yolunu işıqlandırmalıdırlar. 

Kitabda bəyəndiyim, müəllifin xüsusi şiriftlə fəqrqləndirib önə çıxartdığı fikirlərin ifadə formasıdır. Bu fikirlər qısadır, konkretdir, eyni zamanda tutumludur. Düzdur, bəziləri, mənim üçün mübahisəlidir (məsələn “kommunizm işığı” yaxud “eşqin həyatda bir dəfə olması” barədə), amma bu artıq zövq, düşüncə, hadisələrə baxış məsələsidir ki, hər kəsdə fərqli ola bilər. 

Kitabda, bəzən cümlələr ağır oxunur. Sanki cümlə, rus dilində yazılıb, redaktə olunmadan tərcumə olunub. Bu da fikirin axıcılığını, mətnin oxunaqlı olmasını pozur. Məncə, kitabın nəşri zamanı redaktor yazarla birgə işləməli, bu problemləri aradan qaldırmalı idi.

Çox ümid edirəm ki, bunlar gələcəkdə aradan qaldırılacaq. Müəllifə can sağlığı, yeni üğurlar arzulayıram.   


Nurlan Yunusov: “Dirilər məzarlığı” Nurlan Yunusov: “Dirilər məzarlığı” Reviewed by Zardob on 29.11.21 Rating: 5

Həsən bəy Zərdabi

26.11.21

 

Həsən bəy Zərdabi

 Moskva Universitetini bitirmiş Həsən bəy uğurlu biznes qura bilərdi, daha çox sərvət qazanardı. Amma bu BÖYÜK AZƏRBAYCANLI həyatı boyu qazanmaqdan daha çox xərcləmiş, ömrünü millətinin digər xalqlarla müqayisədə zəlil günə düşməməsi üçün sərf etmişdi.

 28 iyun 1837-ci ildə Rus imperiyasının inzibati ərazisi olan Şirvan əyalətinin Zərdab kəndində, indiki Zərdab şəhərində anadan olmuşdur. Babası Rəhim bəy və ulu babası Fətəli bəy Şirvan bölgəsinin ən nüfuzlu və tanınmış bəyləri, Zərdab kəndinin sahibi, naibi idilər.  

 Çar ordusunun zabiti olan atası Səlim bəy təhsilə, elmə, incəsənətə önəm verirdi. Onun evində tez-tez şairlər, xanəndələr, musiqiçilər qonaq olardılar.  Atasının və qonaqların söhbətləri uşaqlıqdan beynində həkk olunmuş, elmə, təhsilə marağı artmışdır.

 İlk təhsilini mollaxanada alan Həsən bəy, 1852-ci ildə Şamaxı şəhər məktəbinə, şkolasına daxil olur. Tezliklə istedadı büruzə verir, təhsildə müvəffəqiyyət qazanır. Qafqazın maarif müdiri onu Tiflisə aparır və hökümət hesabına gimnaziyanın 5-ci sinfinə qəbul olunur.

 1861-ci ildə Tiflis gimnaziyasını bitirir, yenə hökümət hesabına Moskva Universitetinə göndərilir. İstedadı, savadı, çalışqanlığı sayəsində Universitetdə də böyük nüfuz qazanır. Tələbəlik illərində rus cəmiyyətinin fəal, nüfuzlu şəxsləri ilə, şair Aleksey Nikolayeviç Pleççeyev, tarixçi Sergey Mixayloviç Solovyov və digərləri ilə dostluq etmişdir.

 1867-ci ildə təhsilini bitirib vətənə qayıdır, Tiflisdə Torpaq İdarəsində, 1868-ci ildən isə Qubada məhkəmə katibi olaraq işləməyə başlayır. Hökümət idarələrində çalışan Həsən bəy həmişə ədalətsizliyə qarşı mübarizə aparmışdır. Vəkillər, tərcüməçilər, digər məmurlar məhkəmə qanunlarından xəbəri olmayan əhalini incidir, onlara qarçı haqsızlıqlar edirdilər. Həsən bəy bacardığı qədər məhkəməyə müraciət edənlərə köməklik edərdi. Bu da bürokrat, rüşvətxor məmurların xoşuna gəlmir və Həsən bəyə qarşı sui qəsd təşkil etdilər. Təsadüf nəticəsində Həsən bəy ölümdən xilas ola bilmişdi.

 Bir müddət müstəqil məhkəmə vəkilliyi etmişdir. 18 noyabr 1869-cu ildə Bakı gimnaziyasına təbiət elmləri üzrə müəllim kimi işə düzəlmişdir. Bununla da onun həyatında yeni dövr başlamışdır.

 Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində yeganə ali təhsilli azərbaycanlı idi. Gimnaziyalarda azərbaycanlı şagirdlərin sayı da çox az idi. Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün təbliğat aparmağa başlayır.

 26 fevral 1872-ci il tarixdə rus dilində nəşr olunan "Bakinski listok" qəzetində dərc olunan ilk ilk mətbu məqaləsində də Bakı Realnı gimnaziyasında müsəlman şagirdlərinin az olmasından da yazırdı. Zərdabi yazırdı ki, öz uşağını xəzinə hesabına gimnaziyanın pansionuna göndərmək istəyənlərin sayı günbəgün artır, amma çoxu ora düşə bilmir, çünki bunun üçün bir neçə il gözləməlidirlər, növbələri çatanda isə artıq gec olur, onlar təlimsiz qalır, ötüb keçən yaşları isə gimnaziyanın aşağı sinfinə daxil olmağa imkan vermir. Həsən bəy məqaləsində kasıb müsəlman uşaqlarının təhsil alması üçün Xeyriyyə cəmiyyətinin vacibliyini vurğulamışdır.

 1871-ci ildə rus və Azərbaycan dillərində xeyriyyəçilik cəmiyyətin nizamnaməsini yazmışdı. Bu cəmiyyət hökumət dairələri tərəfindən hüquqi cəhətdən təsdiq edilmişdır. Həsən bəy Qafqazı gəzərək, cəmiyyətə üzv toplamağa çalışırdı. İanələr böyük zəhmət ilə yığılırdı, əhali və hətta nizamnamə ərizəsinə imza atanlar da xeyriyyəçilik çağırışına yetərincə qoşulmurdu. Cəmiyyətin vəsaiti yetərsiz olduğu üçün fəaliyyəti dayanır və tədricən bağlanır.

 1872-ci ildə Tiflis Müqəddəs Nina məktəbini bitirən Hənifə xanım ilə ailə həyatı qurmuşdur. Hənifə xanım Həsən bəy Zərdabiyə tək həyat yoldaşı yox, həm də mübarizə yoldaşı olmuşdur. Birgə yaşadıqları müddətdə həyat yoldaşına həmfikir olur və yardımlar edir.

 1873-cü ilə qədər Azərbaycanda peşəkar teatr nümayiş edilməmişdir. Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ilin mart və aprel aylarında, Bakıda Mirzə Fətəli Axundzadənin komediyaları səhnələşdirilmiş və Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulmuşdur. 

 Peşəkar teatrın yaranmasını istəyən Həsən bəy, Nəcəf bəy Vəzirov, Əsgər ağa Adıgözəlov və digər tələbələri ilə müzakirələr aparırdı. Bir qədər məşq etdikdən sonra, gimnaziya otaqlarının birində tamaşanı oynayırlar. Tamaşadan təxminən 40-50 manat vəsait yığılır və bu vəsaiti kasıb tələbələr arasında paylayırlar. İkinci tamaşadan isə yüz manat pul yığılmışdır. Gimnaziyanın yuxarı sinif şagirdlərinin Bakını tərk etmələri teatr prosesinin ləngiməsinə səbəb oldu. 1886-cı ildən isə Bakıda teatr işində önəmli irəliləyiş başladı. 1896-cı ildə Həsən bəy Zərdabi, Cahangir Zeynalov, Nəriman Nərimanov, İskəndər bəy Məlikov, Məhəmməd bəy Məlikov, Əbülfət Vəli və digər ziyalılar Bakıda peşəkar teatrımızın gələcəyinə təminat verən ilk professional teatr kollektivi, "Müsəlman dram truppası” yaratdılar.

 Həsən bəy Zərdabi 1870-ci ildə türk dilində qəzet çap etdirmək üçün fəaliyyətə başlamışdır. Müəyyən dairələr və eləcə də ermənilər türk dilində qəzetin çap edilməsinə imkan vermək istəmirdilər. Həsən bəy 5 il inadkarlıqla mübarizə apardıqdan sonra, 1875-ci ilin iyul ayının 22-də arzusuna çatdı və “Əkinçi” qəzetini çap etdirməklə Milli Mətbuatımızın təməlini qoydu.  İlk saylarında  “Əkinçi” dörd əsas şöbədən,  “Daxiliyyə”, “Əkin və ziraət xəbərləri” , “Elm  xəbərləri”  və “Tazə  xəbərlər”dən ibarət idi. "Əkinçi"nin 6-cı nömrəsindən sonra qəzetdə məktublar şöbəsi də açıldı və "Məktubat" rubrikası altında məqalələr dərc olunmağa başlandı. Həsən bəy naşiri, redaktoru, korrektoru, həm də mürəttibi olduğu "Əkinçi" qəzeti tezliklə ümumrusiya müsəlmanlarının qəzetinə çevrildi.  Qəzetin sorağı Avropaya da gedib çıxmışdı. "Əkinçi" az yaşadı, cəmi 56 sayı işıq üzü gördü. Lakin Rusiya müsəlmanlarının həyatında böyük rol oynadı.

 1877-ci ilin dekabrında Bakıda Şəhər Duması, Uprava təsis olundu və 1918-ci ilədək fəaliyyət göstərdi. Əhaliyə şəhər Dumasına üzvlər seçmək hüququ verilmişdir. Duma üzvləri arasında başqa millətlərin nümayəndələri sayca çoxluq təşkil edirdi. Əhalisinin 75 faizi müsəlmanlardan ibarət olan şəhərdə, duma üzvlərinin yalnız beşdə biri müsəlmanlardan seçilə bilərdi. Bu ədalətsizlik ilə barışa bilməyən Həsən bəy təkbaşına qubernatorun qəbuluna gedərək xəbərdarlıq etmişdi ki, müsəlmanlar bu ədalətsizliyə görə hiddətləniblər, əgər siz tədbir görməsəniz şəhər idarəsini dağıdacaqlar. Qubernator bu məsələyə ciddi yanaşır və Tiflisə gedərək canişin vasitəsilə nazirdən yeni əmr alır. Yeni əmrə əsasən Duma üzvlərinin üçdə biri azərbaycanlılardan, üçdə biri ruslardan, üçdə biri isə ermənilərdən ibarət olmalı idi.

 1880-ci ildə ailəsi ilə birlikdə Zərdaba köçən Həsən bəy kənddə də insanlardan köməyini, məsləhətini əsirgəməmişdir. O, sakinlərə hüquqlarını anladar, vergi qanunlarını başa salar, rüşvətxor məmurlardan qəzetlərə yazar, hökümətə şikayət edərdi. Hənifə xanım yazır kı, məmurlar Həsən bəydən çəkinirdilər, odur ki, Zərdab kəndinə az-az gəlirdilər.

 Həsən bəy Zərdabda məktəb açılmasına çalışmış, 1885-ci ildə Zərdab kəndində ikisinifli məktəbin açılması haqqında qərarın verilməsinə nail ola bilmişdir. Lakin, Həsən bəyin 1887-ci ildə yazdığına görə, məktəb açılmasını zərdablılar üçün lüzumsuz xərc hesab etdiklərinə görə, bu məsələni tamamilə unutmuşdular.

 Məktəb açılmasına mane olan “şeyx” və tərəfdarları əhali ilə istədiyi kimi rəftar edər, onların yalnız mal-dövlətini deyil, qızlarını, qadınlarını da əllərindən alırdı. Həsən bəy insanların gözlərini açmağa, avam insanları bu murdar əməllərdən xilas etməyə çalışırdı. Bakıya gedərək “şeyx”in qorxulu bir qüvvə olduğunu sübut edə bilmişdir. Əli Baba adlı “şeyx” iki qardaşı ilə birllikdə Rusiyaya sürgün olunmuşdur.

 Pristavların himayəsində olan bir çox qaçaq, quldur dəstələri ancaq əhalini soyub talamaqla məşğul olurdular. Həsən bəy bu soyğunlar haqqında qəzetlərə yazar, hökümət dairələrinə məlumat verirdi. Mütəşəkkil quldur dəstəsi yaradan Əli Xıdır oğlu onun əməlləri haqqında qəzetlərə məlumat göndərən Həsən bəyə ismarıc göndərərək ölümlə hədələmişdir.

 Həsən bəy Zərdabda şəxsi təsərrüfat da yaratmışdır. Ona məxsus olan torpaq sahələrində taxılçılıq, yemçilik və bağçlıq ilə, eyni zamanda ipəkçilik, balıqçılıq ilə də məşğul olurdu. Rəhbərlik etdiyi sexlərdə toxunan yun kilimlər və ipək cicimlər kiçik gümüş medala, hazırladığı yüksək keyfiyyətli arpa və buğda, “saluf” adlanan yem və yüksək keyfiyyətli saman bürünc medala layiq görülmüşdür. Yetişdirdiyi meyvələr bölgənin ən böyük bazarlarından biri olan Əlvənd bazarında satılırdı. Balıqçılıqla da məşğul olan Həsən bəy Zərdab kəndində 4 nömrəli vətəgəni icarəyə götürmüşdür.

 Zərdabda yaşadığı müddətdə sevimli məşğuliyyətlərindən biri də ov olmuşdur. Qərib Soltan xanım yazırdı ki, atam evimizin yaxınlığındakı Kür sahili meşələrdə ov etməyi çox sevərdi.

 Kənddə Həsən bəyi sevməyənlər də var idi, onu “şapkalı urus”, övladını isə “urus balası” adlandırırdılar. Sonda Həsən bəydən yalan donos verirlər və araşdırma aparmaq üçün qubernator şəxsən Zərdaba gəlir və ittihamların əsassız olduğu sübut olunur.

 Həsən bəy Zərdabi 1896-cı ildə yaşamaq üçün yenidən Bakı şəhərinə köşmüşdür.

 Həsən bəy ermənilərin xalqımızı min illik tarixindən məhrum etmək siyasəti apardığını başa düşürdü və buna qarşı bacardığı qədər mübarizə aparırdı. İrana da bir-neçə dəfə səfər edən Həsən bəy, Nəsrəddin şahdan Şimali Azərbaycandakı əhalinin taleyin hökmünə buraxılmamasını xahiş etmişdir. Həmin dövrdə erməni Mirzə Melkum Xana İranda "Lotoreya” təşkil etmək imtiyazı verilmişdir. Həsən bəy bu məsələ ilə də əlaqədar İrana səfər edərək Nəsrəddin şahla görüşməyə nail olur və bu görüşün nəticəsi olaraq 1889-cu ilin dekabrında Nəsrəddin şah "Lotoreya” imtiyazını ləğv etdirir.

 Bakıya qayıdan Həsən bəy çətinliklərə baxmayaraq Duma üzvləri arasına düşə bilmiş, ardıcıl olaraq Dumaya üzv seçilmiş, əvvəl təftiş komissiyasının üzvü, sonra sədri, məktəb, tibb, bağçılıq və təsərrüfat komissiyalarının daimi üzvü, yarmarka komitəsinin və su təchizatı komissiyanın üzvü olmuşdu. Eyni zamanda, "Qocalar evi"nin qəyyumu, Mariya gimnaziyasında qəyyumlar şurasının üzvü idi. Bakı rus-müsəlman qız məktəbinin layihəsinin və nizamnaməsinin hazırlanmasında iştirak etmişdi.

 İclasların, toplantıların əksəriyyətində iştirak edən, demək olar ki, müzakirəyə çıxarılan bütün məsələlərlə bağlı fikir bildirən Həsən bəy, Bakı Dumasının ən fəal üzvi olmuş, əhali üçün böyük xidmətlər göstərmişdir.

  “Folklor xalqın zəkası, idealı və temperamentidir” söyləyən Həsən bəy milli folklor nümunələrimizə də çox dəyər verər, onların qorunub saxlanması üçün çalışar və bunun vacibliyi haqqında söyləyər, yazardı. Həmişə milli folklor nümunələrimizin “bütün insanların qulağı üçün əlçatan etmək lazımdır!” fikrini təbliğ edərdi. “Sizin bir zaman qəzet və jurnallarınız olacaq” söyləyərək gənclərə, müxbirlərə ana dilindəki mahnıları, nağılları, misalları, atalar sözlərini toplamağı və onları qoruyub saxlamağı məsləhət görərdi.

 Həsən bəy Azərbaycan folklorunun ilk nəşrlərindən biri olan M.Qəmərlinin toplayıb tərtib etdiyi “Atalar sözü” kitabına resenziya yazmış və “Kaspi” qəzetinin 30 dekabr 1899-cu il buraxılışında çap etdirmişdir.

 Şeirdən, musiqidən xalqı tərbiyələndirmək qayəsini tələb edən Həsən bəy, mənasız şeirləri tənqid edər, bayağı nəğmələrin gərəksizliyini söyləyərdi. Zövqə oxşamayan şeirlər yazan şairləri məzəmmət etməkdən də çəkinməzdi. Şairlərə çağırış edərək, “Türk nəğmələri” adı ilə tanınan ilk milli nəğmə mətnləri yazdırdı. Həsən bəy özü də nümunə kimi nəğmə mətni yazmışdı. “Türk nəğmələri” kitabını ilk dəfə 1901-ci ildə nəşr etdirdi və pulsuz olaraq məktəblərə payladı. Həsən bəy “Türk nəğmələri” kitabını nəşr etdikdən sonra özü də atalar sözləri toplamağa başlamışdır. Çox təəssüf ki, topladığı atalar sözlərini çap etdirməmişdir.

 Qızlar və oğlanlar üçün dünyəvi təhsilin təbliğatçılarından biri olan Həsən bəy Zərdabinin həyat yoldaşı Hənifə xanım hələ 1873-cü ildə öz evində 12 nəfər qıza təhsil verimişdir. Şəriət qanunlarının hökm sürdüyü dövrdə bu çox cəsarətli addım idi. Bakıya qayıdan Həsən bəy Bakı qubernatoruna qızlar üçün rus-müsəlman məktəbinin açılması ricası ilə müraciət etmişdi. Rus administrasiyasından icazə ala bilsə də, məktəbin açılması üçün vəsait tapılmamışdır. Hacı Zeynalabdin Tağıyevin səyi və əməyi nəticəsində 1901-ci ildə Bakıda qızlar məktəbi fəaliyyətə başlamışdır. Həsən bəy Zərdabi məktəbin qəyyumlar şurasına seçilmiş və qız məktəbinin sonrakı fəaliyyətində mühüm rol oynamışdır.

 Həsən bəy XX əsrin əvvəllərində yenidən xeyriyyəçilik cəmiyyəti yaratmağa təşəbbüs etmişdir və bu dəfə “Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti”nin rus və Azərbaycan dillərində nizamnaməsini yazmışdır. Nizamnamə 10 oktyabr 1905-ci il tarixdə Tiflisdə Qafqaz canişini tərəfindən təsdiq edilmişdir.

 Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti əsasən Bakı və onun ətraf ərazilərində fəaliyyət göstərirdi. Bu cəmiyyətin də fəaliyyətində çətinliklər yaranırdı. Həsən bəy bölgələri gəzər, bütün gücünü sərf edərdi ki, cəmiyətə mümkün qədər çox üzv cəlb etsin və cəmiyyət onların hesabına yaşaya bilsin.

 Həsən bəy Zərdabinin təşəbbüsü ilə Bakıda Azərbaycan müəllimlərinin iki qurultayı çağırılmışdır. 1906-cı ildə keçirilən I qurultay onun sədrliyi ilə baş tutmuşdur. Bu qurultayın qərarlarına hökümət əhəmiyyət verməsə də, bəzi vacib əhəmiyyət oldu. Belə ki, müəllimlər öz doğma ana dillərinə daha çox fikir verməyə, türk dilini bilməyən müəllimlər isə bu dili öyrənməyə başladılar. Həsən bəy xəstə olduğu üçün II qurultayın iclaslarında iştirak etməsə də, qurultaya təbrik məktubu göndərmişdir.

 Millət fədaisi Həsən bəy Zərdabi sağlığında həqiqi qiymətini ala bilməmişdi. “Təəssüf ki, bizim vətənimizdə həmişə olduğu kimi bu dəfə də yada düşmək üçün mütləq ölmək lazım gəldi" - "Kaspi" qəzetinin əməkdaşı A.Olendskinin yazdığı bu sözlər, nə qədər acı olsa da, həqiqət idi.

 Həsən bəy 1907-ci il noyabr ayının 28-də vəfat etmişdir. 1907-ci il noyabr və dekabr aylarında onun vəfatı və dəfni həm Azərbaycan, həm də rus dillərində nəşr olunan qəzetlərinin ən mühüm mövzularından birinə çevrilmişdi. Köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdılmış, mərhumun sümükləri bir müddət qızı Qərib Soltan xanımın evində qalandan sonra, həyat yoldaşı Hənifə xanımın məzarında basdırılmışdır. 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabana köçürülmüşdür.

    Hazırladı: Bəxtiyar Əsədli


Həsən bəy Zərdabi Həsən bəy Zərdabi Reviewed by Bəxtiyar on 26.11.21 Rating: 5

Zərdaba gedirəm: Pərvanlı kəndi

8.11.21

 


Zərdab – Ağcabədi yolu üzərində yerləşən kəndlərdən biri Pərvanlıdır.  Kənd rayon mərkəzindən 12 km cənub-qərbdə, Kür çayının sahilində, Şirvan düzündə yerləşir. Rayonun digər kəndləri kimi burada da əhali taxılçılıq, heyvandarlıq, pambıqçılıq və baramaçılıqla məşğul olur. Pərvanlı kəndində köçəklilər, məzərilər, vəliməmmədlilər adlı nəsil və tayfalara məxsus ailələr yaşayır. 

Pərvanlı yaşayış məntəqəsi "pərvanlı" adlanan nəslin burada məskunlaşması nəticəsində yaranmışdır. Bu cografi ad “Pərvanlı nəslindən olanlar”, “pərvanlılar” mənasındadır. Vaxtı ilə Agsu və Kürdəmir rayonlarının kəndlərindən bəzi qohum ailələr buraya köç etmişlər. (Nazim Tapdıqoğlu “Zərdab enisklopediyası” )

Pərvanlı Zərdabın daha iki kəndi – Yarməmmədbağı və Lələağacı kəndi ilə qonşudur. Lələağacı kəndi ilə Yarməmmədbağı kəndinin sərhədində sıx bitmiş yulğun ağacları ilə örtülü ərazi var. Yerli əhali buranı pir adlandırırlar. Deyilənlərə görə XIX əsrin ortalarında çar Rusiyasına qarşı baş verən Şirvan üsyanının rəhbərlərindən biri olmuş Hacı Əhməd əfəndi rus hökumətinin təqibindən qaçaraq burada gizlənmişdir. Kənd ərazisində Lağar sahə adlanan ərazi də var. “Lağar” sözü “çökək” mənasındadır, ərazi “çökəklik sahə” anlamını verir.

Lələağacı kəndi haqqında buraya keçməklə daha çox məlumat ala bilərsiz.

Bu gün Zərdablılar  Pərvanlı kəndini daha çox “Təhməz kişinin matoru” adlanan yerlə daha çox tanıyırlar. Təjməz kişi kənd sakinidir. Əvvələr kənd su ilə təmin edən matoru işlədib. Sonradan ailə üzvləri ilə birgə həmin ərazini abadlaşdırıb, gözəl bir məkana çevirib. Vaxtınız olsa ora baş çəkib gözəlmənzərələrlər tanış ola bilərsiz. Bu şəkillər həmin ərazidə çəkilib. 

Zərdab Kür çayı Pərvanlı kəndi

Zərdab Pərvanlı kəndi Tələt

Zardab Kür Pərvanlı



Zərdab Kür Pərvanlı Təhməz kişi

Zərdaba gedirəm: Pərvanlı kəndi Zərdaba gedirəm: Pərvanlı kəndi Reviewed by Zardob on 8.11.21 Rating: 5

Zərdaba gedirəm: Müskürlülər

6.11.21
Zərdab Müskürlü

Zərdab- Ağcabədi marşrutu üzrə səyahətimiz zamanı bu yolun ətrafında yerləşən Müskürlü obaları haqqında məlumat verməsək olmaz.  Zərdabın 4 kəndi – Məmmədqasımlı, Gödəkqobu, Məlikli, Burunlu kəndləri qədim tarixə malik Müskürlü elləri tərəfindən formalaşdırılıb. Qoruqbağı kəndinin əhalisinin tərkibinin formalaşmasında müskürlülüərin əhəmiyyətli rolu var. 

Şirvan düzünə XIX əsrin ortalarında Quba qəzasının Müşkür mahalından köç etmiş müskürlü tayfası əvvəllər Göyçay qəzasının Xançobanı mahalında yaşamışdır. 

Müşkür toponimi Samur və Vəlvələçay arasındakı Xəzəryanı düzənliyə verilmiş addır. Mənbələrin əksəriyyətinə söykənərək bu adın massagetlərdən (masqutlardan) qaynaqlandığını söyləmək mümkündür. Əl-Bəlazurinin verdiyi məlumata görə, ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd VIII əsrdə İslamı qəbul etmiş xəzərləri Samur və Şabran arasındakı Maskata köçürmüşdür

Bir sıra mənbələr Müskür adının massaget və ya maskut adının dəyişmiş fonetik adına uyğun gəldiyini qeyd edirlər. Müasir dövrdə Müskür və ya Müşkür sözü “qışlaq” mənasını da ifadə edir.

XVI əsrdə Səvəfi-Osmanlı müharibəsi zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində Osmanlıların həyata keçirdiyi inzibati bölgü içərisində Zərdab sancaqlığı və Müskür sancaqlığının adı çəkilir.

Hazırda Müskürlü toponimi Qubanın Müskür kəndi və Qəbələnin Qəbələ-Müskürlü kəndinin adında saxlanılmışdır. Müskür mahalı XIX əsrdə Müskür, Dədəli və onların ətrafındakı digər kiçik kəndlərin birləşmiş inzibati ərazisi idi.

T.T.Mustafazadə qeyd edir ki, Quba xanlığı zamanında Müskür mahalının əhalisi sünni məzhəbli olub əksəriyyəti türk dilində, bir hissəsi isə tat dilində danışırdı

Zəngilanda və indiki Ermənistanın Sisian rayonunda da Burunlu adında kənd olub. Sisiandakı Burunlu kəndinin ilk sakinləri 1918-ci ildə ermənilər tərəfindən  yurdlarından qovulmuşdular.

Həmçinin Zəngilanda Məlikli adlı kənd var. Hazırda Göyçay rayonu Müskürlü adlı ilə bağlı yaşayış məntəqəsi var. 

Müskürlü obaları haqqında bu keçiddən daha çox məlumat ala bilərsiniz.

ZƏRDAB MƏMMƏDQASIMLI KƏNDİ

ZƏRDAB BURUNLU KƏNDİ

ZƏRDAB MƏMMƏDQASIMLI KƏNDİ

ZƏRDAB GÖDƏKQOBU MƏKTƏBİ



Zərdaba gedirəm: Müskürlülər Zərdaba gedirəm: Müskürlülər Reviewed by Zardob on 6.11.21 Rating: 5

Mammed Ali Safarov - bioqrafiya

31.8.21

Mammed Ali Safarov - bioqrafiya

    Я родился почти точно посередине минувшего века 8-го марта 1950 года в Баку. Мой отчий дом, неоднократно описанный мной в разных произведениях, находится в Крепости, чуть выше двойных ворот, если идти вверх, к Баксовету (Ичеришехер), вдоль левой стороны крепостной стены, по улице Малая Крепостная. К сожалению, прожил в этом доме я совсем немного. Мой отец, Гаджи ага Сафаров, в семнадцать лет, добровольцем ушёл на войну и так там и остался, всё воспринимая и измеряя по фронтовым меркам. Его становление взрослым человеком прошло в окопах большой войны, к жерновам этой войны он оказался прикован на всю свою жизнь. А в мирной жизни он так и не нашёл себе место. Моя мама, Фатима Митхат гызы Меликова не сумела создать семью с человеком, видевшим окружавший мир через прицел своего пулемёта. Лейтенант Сафаров воевал командиром пулемётного взвода. Прожили вместе они совсем недолго. После скитания по съемным квартирам, и недолгих попыток восстановить семью, после проживания у отцовской сестры, Гариб Солтан, мама уехала в Ставрополь, к своей маме, Лидии Матвеевне Троицкой, главному человеку моего раннего детства. Бабушка взяла на себя функции родителей — и матери и отца, но были люди ещё авторитетнее бабушки — её мама, Анна Николаевна, и дедушка Митхат. Дедушка был не на самом деле, он существовал виртуально, как символ всего необходимого и хорошего, но отсутствующего. Так, желая меня похвалить, бабушка говорила: «Ну, вылитый дедушка Митхат. Дедушка годился и для порицания — «и в кого ты такой уродился, дедушка никогда... и, далее следовал список качеств и поступков, не имевших никакого отношения к деду: не врал, ни чего не боялся, не рвал одежду, и не пачкал её, не нарушал данное слово, одним словом, не совершал ничего предосудительного И, как только жил человек, за- гадка. Немалую роль в создании культа личности дедушки сыграли бабушкины сёстры, жившие, в те годы, с нами в одном дворе. «По секрету» они рассказывали мне, что бабушка «натерпелась» от деда: «Представляешь, он за царя был, говорил, что к власти пришли хамы, и теперь всё будет по хамски… Мы ему и так, и этак, а он одно своё - хамы и коммунисты. Мы ему: «Митхат, ты хоть дочур ку пожалей, если себя не жалко», а он одно своё: «хамы и коммунисты, плевать на них, не боюсь».

   Вторым, очень важным человеком, была «старенькая» бабушка, Анна Николаевна, мать моей бабушки. Это был первый человек в моей жизни, который умер. Первый человек, холод смерти, которого я ощутил. Мне было семь лет, я должен был пойти осенью в школу, бабушке было девяносто с чем-то лет. И мы с ней жили очень дружно. Когда она умерла, и лежала у себя в постели, я по привычке, взял её за руку и вдруг ощутил холод, но не обычный холод, а смертельный, связанный с концом жизни, непреодолимый холод смерти. Это случайное прикосновение к мёртвой руке родного человека запомнилось мне на всю последовавшую жизнь. Нельзя сказать, что мы жили бедно, это невыразительное слово никак не годится для описания финансового и имущественного состояния нашей семьи. Беда была даже не в отсутствии необходимого, беда была в том, что дом, в котором мы жили разваливался. Денег на его ремонт не было и не могло быть. Мама, работавшая в библиотечном коллекторе, получала ничтожную зарплату, иногда, правда, ей удавалось зарабатывать чтением антирелигиозных лекций, тогда, чтением лекций можно было заработать. Видимо, руководство державы считало, что религия мешает людям счастливо достроить общество всеобщего благоденствия, коммунизм, когда каждый будет отдавать обществу по способностям, а взамен получать по потребностям. Сейчас меня охватывает ужас, когда я вспоминаю, что во главе великой державы стояли люди, действительно мыслившие подобным образом. Итак, общество двигалось к коммунизму, наша хижина разваливалась буквально на глазах, единственным коммунальным достижением в нашем быту были тазы, которые подставлялись под текущие с потолка ручьи. Иногда, куски штукатурки с шумом падали в водосборные тазы. Наша хижина грозила развалиться. Надо было что-то делать. Отец к тому времени из-за фронтовых ранений, стал инвалидом, и в Ставрополе, сумасшедший почтальон, дядя Федя, каждый месяц кричал, появляясь во дворе нашего жилища: «Али Мамед, пролил обед, иди пенсию получай». Пенсия, или алименты, которую присылал отец, составляла пятнадцать рублей. Как он жил на оставшие сорок пять, — загадка, разгадав которую, всё равно не ясно было, откуда нам взять деньги на ремонт жилья. В то время, между мамой и бабушкой возник разговор о «дедушкином портрете». Я видел эту волшебную вещь — прямоугольник из белого металла, с жёлтой рамкой в середине, а в рамке портрет необычного человека, в шапке, с лицом благообразным настолько, что поверить в реальность существования его прототипа было невозможно даже ребёнку. Портрет вполне годился бы для иллюстрации волшебной сказки, повествующей о добром мудреце. Жили мы тогда в одной комнатке, и я, по вечерам, слышал, как бабушка с мамой обсуждают судьбу волшебного портрета. Выяснилось, что сам белый прямоугольник сделан из серебра, и ничего не стоит, серебро очень дёшево, рамка для портрета, хоть и золотая, тоже, никому не нужна, едва нашёлся зубной техник, готовый заплатить за этот лом какие-то, очень небольшие, деньги. Бабушка была не согласна отдавать волшебную вещь на лом, но куда деваться? Хижина вот-вот упадёт и придушит всех, в нёй живущих. Беда в том, что денег, предлагаемых за семейную реликвию, и близко не хватало на решение жилищной проблемы. Мне казалось странным, что изящная рамка называется словом «лом». В итоге, мама вдруг проявила не свойственную ей предприимчивость — по ехала в Баку и продала портрет своего деда в музей. Я помню, как бабушка переживала, что дочь будет возвращаться «с такими деньжищами». И её могут за эти деньги, по дороге убить. О банковских операциях, кажется, тогда ничего не было известно. Я не помню о какой сумме шла речь. Но, в итоге, денег не хватило даже на приобретение стандартного домика из фанеры, с засыпанными между фанерными листами опилками, и обложенного силикатным кирпичом.

  Сейчас, вспоминая, те, давно минувшие дни, я пора жаюсь, насколько символичным было всё, происходившее с нашей маленькой семьёй. Насколько наша маленькая жизнь отражала жизнь державы. Всё вместе не сложившаяся жизнь родителей, раны отца, стоявшие ему жизни, он оставил этот свет в сорок четыре года, продажа траурного адреса Гасан бека, и приобретение на вырученные деньги жилья для его невестки, и её дочки, его внучки, всё, происходящее с людьми, на земле является символом чего то важного. Очень непонятного, и, вероятно, страшного, как моё существоваие, на протяжении вот уже шестидесяти лет, в том самом фанерном домике, купленном за деньги от продажи прадедушкиного траурного адреса с портретом в золотой рамке. Да и вообще, все последовавшие. А последовало вот что: пока я с нетерпением готовился к жизни по потребностям в коммунистическом обществе и к полётам в космос, воспитанник дедушкиной сестры, композитор Рауф Гаджиев стал министром культуры и вследствие этого, очередь на квартиру, в которой мама стояла уже много лет, внезапно сократилась и мы получили двухкомнатную квартиру в Баку. Надо отдать должное Рауфу Гаджиеву, люди обычно забывают о существовании бедных родственников, а ведь он, нам не был даже родственник, так, воспитанник матриарха, той женщины, что на азербайджанском языке называется «агбирчек», на испанском «матриарх», а на русском «тётя». В итоге колоссальных изменений в нашей жизни, я, в возрасте пятнадцати лет, оказался в новой для меня среде — этнической, социальной, всякой... Мои попытки говорить на языке предков вызывали приливы искреннего, жизнерадостного веселья у отцовской родни, смущённый, я умолкал, но я с моим именем, и характерной внешностью, всё равно вынужден был хоть в какой-то степени овладеть азербайджанским. Увы, не нашлось никого, кто бы объяснил мне, что язык этот также прост, как и благозвучен. Для изучения его не требуется лингвистической одарённости и много времени. Тем не менее, постепенно я адаптировался. Закончив школу, я поступил на географический факультет педагогического института. Не из любви к географии, а потому, что конкурс там был самый низкий, не требовалось знания языков, а отсрочка от армии, всё равно, полагалась. В армию я, всё равно попал, но не на два года, а на год, служить пришлось попал в строительные войска, в Чечню, тогда мирную и дружелюбную. Поверить в то, что советская авиация будет через полтора десятка лет бомбить эти мирные края было невозможно. После службы я начал работать в Гидрометслужбе. Мизерность зарплаты компенсировалась дружескими, почти родственными отношениями с коллективом, и даже начальством. Но, компенсировать отсутствие денег душевным настроем весьма сложно, в результате я оказался в противолавинном отряде, в Аксаутском ущелье в Карачаево Черкесии. Работая там, я сделал много важных открытий для себя, оказалось, что свободы в СССР намного больше, чем кажется, и там я приобрёл друзей - геологов и просто бодяг, искателей приключений, без юридических последствий. Жизнь в горах имеет ряд преимуществ-помимо зарплаты, платят командировочные, экспедиционные и пайковые, кроме того, нахождение вне дома способствует сохранению прочных семейных отношений.

А сколько я там перечитал книг! Но времена стали меняться, зенитки, из которых мы работали по лавинам стали предметом, интересным разного рода борцам за народное дело, стало ясно, что оставлять орудия без охраны, в горах, уже не безопасно, так совпало, что «биби оглы» предложил работу в Баку, в порту.

Та же свобода, та же жизнь на природе, и зарплата чуть выше. Подумав немного, я перешёл работать на море, но вот беда — Советский союз приказал долго жить и работать с Российской пропиской в Азербайджане стало невозможно. Зато была легализирована торговля, люди стали ездить в заграницу. Я осмотревшись, пошёл на рынок, познакомился там с хозяином одного ларька, Робертом Джебладзе, так начал работать с ним вместе и на чалась моя, капиталистическая жизнь. Торговать я начал естественно, семенами чем ещё мог торговать правнук «Акинчи»?) Но, проснулся во мне Меликов, а Сафаров, дед Мамед, удачливый лесоторговец, вот кто проснулся во мне. Жизнь моя переминилась полностью. Роман о жизни моих дедов , «и зарево окрасит волны рек» переносит нас немного назад.

Я, не умевший водить машину, начал жить в автомобиле, каждый день проезжая несколько сот километров. Я, всегда точно знал, что никогда заграницу мне не попасть, не тот я человек, чтобы объяснять работникам безопасности, почему хочу посетить Болгарию. В итоге, я сменил несколько автомобилей, побывал в 19 странах — пять раз в полюбившейся мне Испании, два раза в Индии, два раза во Франции, два раза в Италии. В новых условиях это оказалось и не нужно. Покупай билет и езжай, куда хочешь. Хочешь прямо в Монако. А хочешь, вначале заедь в Кемерово. Начал я осторожно, с Турцией. Полузаграница, где говорят на почти понятном языке, где всё как дома, только немного лучше. После Турции мы с женой поехали посмотреть Индию, вызвавшую у меня сильный культурный шок, к счастью, жена, объяснила мне, что на самом деле, мне всё здесь очень нравится, просто я это не сразу понял.

 


Mammed Ali Safarov - bioqrafiya  Mammed Ali Safarov - bioqrafiya Reviewed by Camil Asad on 31.8.21 Rating: 5
Blogger tarafından desteklenmektedir.